Naxçıvan Musiqi Kolleci

Naxçıvan Musiqi Kolleci Bu səhifə Naxçıvan Musiqi Kollecini tanıtmaq üçündür

23/07/2026
21/07/2026

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin müəllimi Mais Muradov.
"Mahur Hindi" muğamı (tam şəkildə youtube kanalında)

15/07/2026

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin müəllimi Mais Muradov.
"Bayatı Şiraz" muğamı

11/07/2026

NDU nəzdində Naxçıvan Musiqi Kollecinin Saz çalanlar ansamblı Bayburt şəhərində 👏 Təbrik edirik!

Təbrik edirik!Naxçıvan Dövlət Universiteti Bayburtda keçirilən ### Beynəlxalq Dədə Qorqud Elm, Mədəniyyət və İdman Şölən...
11/07/2026

Təbrik edirik!
Naxçıvan Dövlət Universiteti Bayburtda keçirilən ### Beynəlxalq Dədə Qorqud Elm, Mədəniyyət və İdman Şölənində uğurla təmsil olunub.

Festival çərçivəsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin Sazçalanlar ansamblı, Zurna-balaban dəsti, həmçinin Xoreoqrafiya ixtisası üzrə müəllim və tələbələri uğurla çıxış edərək Azərbaycan milli musiqi və rəqs sənətini yüksək səviyyədə təqdim ediblər.

2025–2026-cı tədris ilində qiymətləndirmə meyarlarının nəticələrinə əsasən Naxçıvan Musiqi Kollecinin qanun ixtisası üzr...
10/07/2026

2025–2026-cı tədris ilində qiymətləndirmə meyarlarının nəticələrinə əsasən Naxçıvan Musiqi Kollecinin qanun ixtisası üzrə müəllimi Babayeva Sevinc Məmmədəli qızı “İlin ən yaxşı müəllimi” nominasiyasına və "Təşəkkürnamə"yə layiq görülmüşdür
Prezident mükafatçısı, Beynəlxalq və Respublika müsabiqələrinin Qran Pri laureatı Sevinc Babayeva zəngin yaradıcılıq və pedaqoji fəaliyyəti ilə seçilən müəllimələrimizdən biridir. Onu bu yüksək nailiyyət münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar, tükənməz yaradıcılıq ilhamı və möhkəm cansağlığı arzulayırıq.

2025–2026-cı tədris ilində uzunillik səmərəli pedaqoji fəaliyyəti ilə Naxçıvan Musiqi Kollecinin inkişafına dəyərli töhf...
10/07/2026

2025–2026-cı tədris ilində uzunillik səmərəli pedaqoji fəaliyyəti ilə Naxçıvan Musiqi Kollecinin inkişafına dəyərli töhfələr vermiş bir sıra müəllimlər əmək fəaliyyətini başa vuraraq təqaüdə yola salınmışlar. Onlara gələcək həyatlarında möhkəm cansağlığı, ailə səadəti, xoş günlər və bol sevinc arzulayırıq. İnanırıq ki, onların incəsənətə, təhsilə və mədəniyyətə xidmətlə zəngin həyat yolu, zəngin təcrübəsi və yaradıcılığı gələcək nəsillər üçün hər zaman örnək olacaq.

10.07.2026 - cı il tarixdə NDU nəzdində Naxçıvan Musiqi Kollecində Pedaqoji Şuranın sonuncu iclası keçiriımişdi.İclasda ...
10/07/2026

10.07.2026 - cı il tarixdə NDU nəzdində Naxçıvan Musiqi Kollecində Pedaqoji Şuranın sonuncu iclası keçiriımişdi.
İclasda 2025–2026-cı tədris ilində Naxçıvan Musiqi Kollecinin müəllimləri "Qiymətləndirmə meyarları və imtahan nəticələri"nə əsasən təşəkkürnamə ilə təltif olunmuşlar. Təltif olunan bütün müəllimləri ürəkdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı, tükənməz yaradıcılıq ilhamı və yeni nailiyyətlər arzulayırıq. Göstərdikləri əzm, zəhmət və peşəkarlığın daim yüksək qiymətləndirilməsini diləyirik.

Address

Nakhchivan
7000

Telephone

+994365440861

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Musiqi Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Naxçıvan Musiqi Kolleci:

Shortcuts

Share