03/09/2026
Xalq artisti, Naxçıvan Dövlət Universitetinin professoru, Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin bədii rəhbəri Çingiz Axundovu ad günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Naxçıvanın musiqi həyatının inkişafına, simfonik orkestrin peşəkar səviyyəyə yüksəlməsinə verdiyiniz dəyərli töhfələr və uzunillik pedaqoji fəaliyyətiniz böyük ehtiramla qiymətləndirilir.
Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq fəaliyyətinizdə yeni uğurlar və musiqi sənətinin inkişafı yolunda davamlı nailiyyətlər arzulayırıq!
Ad gününüz mübarək, hörmətli Çingiz müəllim! 🎶