Güclü Atalar, Güclü Qızlar

Güclü Atalar, Güclü Qızlar Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb.

“Güclü atalar, Güclü qızlar!” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində qalib elan edilmişdir. Layihənin məqsədi Naftalan və Gəncə şəhərində 5, 6, 7-ci siniflərdə təhsil alan qız şagirdləri və onların ataları arasında dostluq münasibətlərini möhkəmləndirmək, ataların qız övladına qarşı stereotiplərini qırmaq, qızların təhsilə cəlb olunmasının önəmini irəli çəkmək və qız övladlarının dəyərinin təbliğ etməkdir.

Güclü atalar, güclü qızlar layihəsinin sosial videoçarxını izləməyə dəvət edirik.Qeyd edək ki, qız ataları ilə çox maraq...
31/12/2020

Güclü atalar, güclü qızlar layihəsinin sosial videoçarxını izləməyə dəvət edirik.

Qeyd edək ki, qız ataları ilə çox maraqlı müsahibə aparılıb.

youtube.com/watch?v=RKFHgbO5Zrs&feature=youtu.be

Qız övladlarının dəyərinin təbliği istiqamətində qız atalarının qızlarına dəstək olmaqları, onlara qayğı və diqqət göstərmələri haqqında fikirləri.“Güclü ata...

Güclü atalar, güclü qızlar layihəsinin son təlimi və bağlanış mərasimi baş tutdu!👨👧15 dekabr 2020-ci il tarixində “Güclü...
18/12/2020

Güclü atalar, güclü qızlar layihəsinin son təlimi və bağlanış mərasimi baş tutdu!

👨👧15 dekabr 2020-ci il tarixində “Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız ataları və qızları ilə Atalar və qızların birgə fəaliyyətləri mövzusunda təlimçi Tofiq Sadıxov tərəfindən üçüncü təlim keçirildi. Təlim müddətində atalar və qızlarla fikir mübadiləsi aparıldı.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu və onların layihədən məmnunluq haqqında fikirləri toplanıldı.

👨👧20-dən çox qız atasınının və şagirdin iştirak etdiyi layihədə əsas hədəf qız şagirdləri və onların ataları arasında dostluq münasibətlərini möhkəmləndirmək, ataların qız övladına qarşı stereotiplərini qırmaq, qızların təhsilə cəlb olunmasının önəmini irəli çəkmək və qız övladlarının dəyərinin təbliğ etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir. Layihə rəhbəri orta məktəbin direktoru Faiq Rüstəmovdur.

Güclü atalar, güclü qızlar layihəsini bukletini sizlərə təqdim edirik!👨👧20-dən çox qız atasınının və şagirdin iştirak et...
14/12/2020

Güclü atalar, güclü qızlar layihəsini bukletini sizlərə təqdim edirik!

👨👧20-dən çox qız atasınının və şagirdin iştirak etdiyi layihədə əsas hədəf qız şagirdləri və onların ataları arasında dostluq münasibətlərini möhkəmləndirmək, ataların qız övladına qarşı stereotiplərini qırmaq, qızların təhsilə cəlb olunmasının önəmini irəli çəkmək və qız övladlarının dəyərinin təbliğ etməkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir. Layihə rəhbəri orta məktəbin direktoru Faiq Rüstəmovdur.

👨Qız atalarına ikinci təlim keçirildi.👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində təhsil a...
14/12/2020

👨Qız atalarına ikinci təlim keçirildi.

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız ataları ilə Gender bərabərliyi məsələri üzrə ekspert Məryəm Məcidova tərəfindən ikinci təlim keçirildi. Təlimə ekspert qismində dəvət olunmuş BMT-nin Qlobal Kommunikasiyalar üzrə Azərbaycan Nümayəndəsi Rəşad Hüseynov öz təcrübəsini atalarla bölüşərək təlimə xüsusi maraq qatmış oldu.

9 Dekabr 2020-ci ildə keçirilən təlim müddətində qız ataları ilə ümumi müzakirə aparıldı. Erkən nigah, gender bərabərliyi, qızların həyatında təhsilin rolu mövzusunda məlumat verildi.

👨20-dən çox qız atasınının iştirak etdiyi təlimdə atalar öz fəallığı ilə təlimə maraq qatdılar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir. Layihə rəhbəri orta məktəbin direktoru Faiq Rüstəmovdur.

👧 10 Dekabr 2020-ci ildə “Güclü atalar, Güclü qızlar!” layihəsinin  📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız şagird...
14/12/2020

👧 10 Dekabr 2020-ci ildə “Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız şagirdlərlə psixoloq Rəna Uğurun təlimçiliyə ilə ikinci təlim keçirildi.

Təlim müddətində şagirdlərlə xüsusi psixoloji testlər keçirildi.

👧20-dən çox şagirdin iştirak etdiyi təlimdə qızlarımız öz fəallığı ilə seçildi.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir.

👨Qız atalarına təlim keçirildi.👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin onlayn müraciət əsasında seçilmiş 📍Naftalan v...
13/12/2020

👨Qız atalarına təlim keçirildi.

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin onlayn müraciət əsasında seçilmiş 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız ataları ilə Gender bərabərliyi məsələri üzrə ekspert Məryəm Məcidova tərəfindən ilk təlim keçirildi.

8 Dekabr 2020-ci ildə keçirilən təlim müddətində qız ataları ilə ümumi müzakirə aparıldı. Müzakirə zamanı qızların atalarının qızlara qarşı münasibəti, onlara dəstəyi və qız övladlarının təhsilə cəlb olunması haqqında maarifləndimə aparıldı.

👨20-dən çox qız atasınının iştirak etdiyi təlimdə atalar öz fəallığı ilə təlimə maraq qatdılar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir. Layihə rəhbəri orta məktəbin direktoru Faiq Rüstəmovdur.

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin onlayn müraciət əsasında seçilmiş 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan ...
13/12/2020

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin onlayn müraciət əsasında seçilmiş 📍Naftalan və 📍Gəncə şəhərində təhsil alan qız şagirdlərlə psixoloq Rəna Uğurun təlimçiliyə ilə ilk təlim keçirildi.

Təlim müddətində şagirdlərlə ümumi müzakirə aparıldı. Müzakirə zamanı qızların ataları ilə münasibətləri, ataların qızlarına dəstəyi, qızların ataları ilə anlaşması kimi mövzulara toxunuldu.

👧20-dən çox şagirdin iştirak etdiyi təlimdə qızlarımız öz fəallığı ilə seçildi.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir.

Əziz dostlar,‼️Ataların belə bir misalı var: Fərsiz oğuldan kor qız yaxşıdır.❓ Bəs siz nə düşünürsüz bu deyim haqqında?Q...
07/12/2020

Əziz dostlar,

‼️Ataların belə bir misalı var: Fərsiz oğuldan kor qız yaxşıdır.

❓ Bəs siz nə düşünürsüz bu deyim haqqında?

Qeyd edək ki, cəmiyyətimizdə qızlara qarşı olan stereotiplər hər gün onlarla qızın həyatını məhv edir.

Gəlin qız uşaqlarının dəyərini bilək və onlara təhsil verək!

Fikirlərinizi bölüşə bilərsiz.

👨‍👩‍👦Əziz şagirdlər və valideynlər!Sizləri 👧   onlayn kampaniyasına qoşulmağa dəvət edirik.📖Hər birimiz həyatımızın müxt...
06/12/2020

👨‍👩‍👦Əziz şagirdlər və valideynlər!

Sizləri 👧 onlayn kampaniyasına qoşulmağa dəvət edirik.

📖Hər birimiz həyatımızın müxtəlif mərhələlərində qız övladlarına qarşı xüsusi yanaşma olduğunun şahidiyik. Təəssüflər olsun ki, bu xüsusi yanaşma heçdə hər zaman müsbət olmur. Və nəticə olaraq qız övladlarımız müxtəlif sahələrdə ayrı-seçkiliyə məruz qalırlar. Onlar mövcud stereotiplərə görə təhsildən məhrum ola, erkən nigaha məcbur edilə, iş yerlərində diskriminasiya ilə üzləşə bilirlər. Bu məsələyə biganə yanaşmayaraq, cəmiyyətimizdə qız övladlarına qarşı aqressiyanı özündə əks etdirən atalar sözlərindən ibarət posterlər hazırladıq. Hər gün müxtəlif atalar sözləri olan posterlər paylaşılacaq.

📌Fikirlərinizi şərh bölməsində bildirə bilərsiz.

Posterləri paylaşmaqla Sizlər qız övladlarımızın dəyərinin təbliğində dəstək olmuş olacaqsınız. Posterləri paylaşarkən həştəqindən istifadə etməyinizi xahiş edirik.
Gəlin qızlarımıza qarşı ayrı-seçkilik etməyək.
Hər bir qız övladı dəyərlidir!

🎯Həyata keçirdiyimiz onlayn kampaniyası Güclü qızlar, güclü atalar layihəsi çərçivəsindədir. Kampaniyanın məqsədi ataların qız övladına qarşı stereotiplərini qırmaq, qızların təhsilə cəlb olunmasının önəmini irəli çəkmək və qız övladlarının dəyərinin təbliğ etməkdir.
Layihə Azərbaycan Respublikası Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir.

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində fəaliyyət göstərən məktəblərin müəllimləri ilə...
03/12/2020

👨👧“Güclü atalar, Güclü qızlar!” layihəsinin 📍Naftalan və 📍Gəncə şəhərində fəaliyyət göstərən məktəblərin müəllimləri ilə ilk görüş keçirildi.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəb tərəfindən həyata keçirilir.

Görüşdə iştirak edən layihə rəhbəri Faiq Rüstəmov və layihə ekspertləri tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədi və mərhələləri haqqında məlumat təqdim etdilər. Layihənin ümumilikdə 3 kompenentdən ibarət olduğunu və hər komponentin reallaşdırılma qaydaları haqqında fikir mübadiləsi aparıldı. Daha sonra layihənin Sosial Media Hesabları, çəkiləcək sosial videoçarx və keçiriləcək onlayn kampaniya haqqında məlumat verildi.
Qeyd edək ki, layihədə iştirak etmək istəyən atalar və qızları onlayn müraciət formasından qeydiyyatdan keçərək iştirak hüququ qazana bilərlər.
Ümumilikdə Naftalan və Gəncə şəhərlərindən təhsil alan 5, 6, 7, və 8-ci siniflərdə təhsil alan 20 qız şagird ataları ilə birlikdə təlimlərdə iştirak edə bilər.
🌐 Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdtYRKVuV_nzF8bmh-I5fP5uwqUKW1KurPzK7uhUnMSGZu11g/viewform

⌛️ Son müraciət tarixi 5 Dekabr 2020-ci ildir.

👨‍👧“Güclü atalar, Güclü qızlar!” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar ...
26/11/2020

👨‍👧“Güclü atalar, Güclü qızlar!” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi çərçivəsində qalib elan edilmişdir.

Layihənin məqsədi 📍Naftalan və 📍Gəncə şəhərlərində 5, 6, 7-ci siniflərdə təhsil alan qız şagirdləri və onların ataları arasında dostluq münasibətlərini möhkəmləndirmək, ataların qız övladına qarşı stereotiplərini qırmaq, qızların təhsilə cəlb olunmasının önəmini irəli çəkmək və qız övladlarının dəyərinin təbliğ etməkdir.

Layihə müddətində Naftalan və Gəncə şəhərlərində qız ataları və qız şagirdləri üçün psixoloji və maarifləndirici təlimlər keçməklə onlar arasında dostluq və güvəni daha da möhkəmləndiriləcək, qız övladlarının dəyərinin təbliğ ediləcək və mövcud stereotipləri qırılmasına dəstək olunacaq.

🤩Layihənin gedişatı və növbəti mərhələləri haqqında məlumat almaq üçün Sosial Media hesablarımızı izləməyə davam edin.

Address

Naftalan

Website

Alerts

Be the first to know and let us send you an email when Güclü Atalar, Güclü Qızlar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category