Biləsuvar Peşə Liseyi

Biləsuvar Peşə Liseyi Biləsuvar Peşə Liseyinin rəsmi səhifəsi

“Turizm sektorunun tələblərinə cavab verən kadr hazırlığı dual peşə təhsili ilə yeni mərhələyə keçir.”2026–2027-ci tədri...
21/08/2026

“Turizm sektorunun tələblərinə cavab verən kadr hazırlığı dual peşə təhsili ilə yeni mərhələyə keçir.”

2026–2027-ci tədris ilində turizm istiqaməti üzrə 6 ixtisasda 920 nəfərin dual peşə təhsilinə qəbulunun nəzərdə tutulması sektorun real kadr ehtiyaclarına uyğun mütəxəssis hazırlığının genişləndirilməsinə xidmət edir.

Turizm sektorunun dayanıqlı inkişafında əmək bazarının tələblərinə uyğun, müasir bilik və praktiki bacarıqlara malik peşəkar kadrların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üç...

☀️ Gələcəyin enerjisini bu gündən öyrən!🔋 Biləsuvar Peşə Liseyi 2026/2027-ci tədris ili üçün “Günəş panellərinin quraşdı...
01/08/2026

☀️ Gələcəyin enerjisini bu gündən öyrən!

🔋 Biləsuvar Peşə Liseyi 2026/2027-ci tədris ili üçün “Günəş panellərinin quraşdırıcısı və təmirçisi” ixtisası üzrə tələbə qəbulu elan edir.

📅 Son müraciət tarixi: 10 avqust, saat 18:00

27/07/2026

📢 2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir!

Hörmətli vətəndaşlar,

Peşə təhsili müəssisələrinə qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Namizədlər ixtisas seçimlərini elektron sistem üzərindən edərək qəbul prosesində iştirak edə bilərlər.

Vətəndaşlara operativ dəstək göstərilməsi, qeydiyyat və ixtisas seçimi zamanı yarana biləcək sualların cavablandırılması məqsədilə peşə təhsili müəssisələrində qəbul komissiyaları fəaliyyət göstərir. Müraciət edən hər bir şəxs komissiyalara yaxınlaşaraq ödənişsiz məsləhət və texniki dəstək ala bilər.

📌 Qeyd edək ki:

* Qeydiyyat SİMA vasitəsilə həyata keçirilə bilər.
* Müraciət edən şəxslərin şəxsiyyət vəsiqəsinin şəkilli olması vacibdir.
* Qəbul və seçim prosesində istifadə olunan hesablar (myGov, SİMA və s.) mütləq şagirdin adına açılmalıdır.
* 2026-cı ildə IX və XI sinfi bitirən məzunlardan attestatın sistemə yüklənməsi ilə bağlı yaranmış texniki problem mərhələli şəkildə aradan qaldırılır.Əvvəlki illərin məzunları isə attestatlarını sistemə yükləməlidirlər.

Sizi ən yaxın peşə təhsili müəssisəsinə yaxınlaşaraq gələcəyinizə doğru ilk addımı atmağa dəvət edirik. Peşənizi seçin, gələcəyinizi qurun!


🎓 Biləsuvar Peşə Liseyi 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu elan edir. 🕐 Son müraciət tarixi: 10 avqust, 18:00🔗 Q...
24/07/2026

🎓 Biləsuvar Peşə Liseyi 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu elan edir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/



🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. 📌 Qəbul qaydaları:🔶 İlk və texniki peşə təhsili səviyyələri...
23/07/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Qəbul qaydaları:
🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib.📌 Peşə təhsili almaq istəyən şəxslər 23 iyul - 1...
23/07/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib.

📌 Peşə təhsili almaq istəyən şəxslər 23 iyul - 10 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1338/inner

📢 Biləsuvar Peşə Liseyində vətəndaş müraciəti əsasında “Əl-elektrik qaynaqçısı” peşəsi üzrə qısamüddətli təlimlərə başla...
10/07/2026

📢 Biləsuvar Peşə Liseyində vətəndaş müraciəti əsasında “Əl-elektrik qaynaqçısı” peşəsi üzrə qısamüddətli təlimlərə başlanılmışdır.

📌Qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.


📢Biləsuvar Peşə Liseyində 2025–2026-cı tədris ilinin sona çatması münasibətilə "Məzun Günü" tədbiri keçirilib.📌Tədbirdə ...
30/06/2026

📢Biləsuvar Peşə Liseyində 2025–2026-cı tədris ilinin sona çatması münasibətilə "Məzun Günü" tədbiri keçirilib.

📌Tədbirdə liseyin rəhbərliyi, pedaqoji heyət, valideynlər, məzunlar və qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək, peşə təhsilinin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, liseydə təhsil alan tələbələr nəzəri biliklərlə yanaşı, müasir istehsalat mühitində formalaşan praktik bacarıqlara yiyələnərək gələcək əmək fəaliyyətinə hazır mütəxəssis kimi yetişirlər. Bununıa yanaşı peşə təhsili ilə sənaye arasında qurulan səmərəli əməkdaşlığın tələbələrin peşəkar inkişafına, istehsalat təcrübələrinin genişləndirilməsinə və məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verdiyi qeyd olunub.

✂️Tədbirin bədii hissəsində buraxılış qrupları olan dərzi ixtisasında təhsil alan tələbələr tərəfindən hazırlanmış Azərbaycanın milli-mədəni irsini və zəngin geyim ənənələrini özündə əks etdirən milli geyim kolleksiyası nümayiş etdirilib. Tələbələrin peşə hazırlığı, yaradıcılıq bacarığı və estetik zövqünün təzahürü olan kolleksiya iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

📚Tədbir çərçivəsində tədris ili ərzində təhsil nailiyyətləri, peşə bacarıqları və nümunəvi davranışı ilə fərqlənən tələbələr, eləcə də uğurlu nəticələr göstərən tələbələr təltif ediliblər.


🎉Əziz dostlar, məzunlarımızın ən yaddaqalan günlərindən birinə – Məzun Günü tədbirinə sizi dəvət edirik.Gəlin, məzunları...
29/06/2026

🎉Əziz dostlar, məzunlarımızın ən yaddaqalan günlərindən birinə – Məzun Günü tədbirinə sizi dəvət edirik.

Gəlin, məzunlarımızın sevincini birlikdə paylaşaq!

Address

Biləsuvar Rayon Heydər Əliyev Küçəsi 21
Mugan
AZ1300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

(02529-)5-00-31

Website

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar Peşə Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biləsuvar Peşə Liseyi:

Shortcuts

Share

Category