Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbi

Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbi Gədəbəy rayon Moruxlu kənd tam orta məktəbin rəsmi facebook hesabı

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN !!!
10/11/2025

ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN !!!

12/08/2025

Vakansiya seçimi mərhələsinin nəticələri elan edildi📢

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanıb. Ümumilikdə isə müsabiqə üzrə 3957 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!

"Reproduktiv sağlamlığ"ın fəaliyyət planına uyğun olaraq "Mən və mənim  əhatəm ","Təhlükəsiz informasiya axtarışı" mövzu...
29/11/2024

"Reproduktiv sağlamlığ"ın fəaliyyət planına uyğun olaraq "Mən və mənim əhatəm ","Təhlükəsiz informasiya axtarışı" mövzularında VIII və IX siniflərdə maarifləndirici tədbir kecirilmişdir.

7 noyabr 2024-cü il tarixində "Zəfər Günü"və "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirildi.Tədbir Azərbaycan Respu...
07/11/2024

7 noyabr 2024-cü il tarixində "Zəfər Günü"və "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Şagirdlər zəfər sevincini qonaqlara çatdıran şeirlər və mahnılar ifa etdilər.

30/09/2024

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilir.



Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21520-1

29/09/2024

"Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş "Müəllimliyin insanlıq fəlsəfəsi" adlı esse müsabiqəsinə start verilir.

Təhsilin istənilən pilləsində 2 il pedaqoji təcrübəyə malik olan müəllimlər müsabiqədə iştiraka dəvət olunurlar.

Ətraflı: muallim.edu.az/news.php?id=32435

29/09/2024
15 iyun 2024-cü il tarixində Moruxlu kənd tam ortada məktəbində son zəng tədbiri keçirildi. Məzunlarımızı təbrik edir və...
14/06/2024

15 iyun 2024-cü il tarixində Moruxlu kənd tam ortada məktəbində son zəng tədbiri keçirildi. Məzunlarımızı təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq.

Gədəbəy rayon ümumtəhsil müəssisələrində təhsil alan 8 və 9-cu sinif şagirdləri arasında "Yaşıl dünya naminə həmrəylik i...
14/06/2024

Gədəbəy rayon ümumtəhsil müəssisələrində təhsil alan 8 və 9-cu sinif şagirdləri arasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təbiəti qoruyanlardan olaq" adlı inşa-yazı müsabiqəsi keçirilib.
Nəticələrə əsasən məktəbimizin 9-cu sinif şagirdləri Zeynalova Ruqiyyə Hikmət qızı II yerə, Sadıqlı Ləman Elnur qızı III yerə layiq görülüb.
Şagirdlərimizi təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq.

15 may 2024-cü il tarixində Moruxlu kənd tam orta məktəbində "Mülki müdafiə günü" ilə əlaqədar təlim-məşq keçirildi.Tədb...
10/06/2024

15 may 2024-cü il tarixində Moruxlu kənd tam orta məktəbində "Mülki müdafiə günü" ilə əlaqədar təlim-məşq keçirildi.Tədbirin gedişində fövqəladə hallar zamanı tədris-pedaqoji, texniki və şagird heyətinin yerinə yetirilməli olduğu ilkin və davamlı tədbirlərlə bağlı biliklər verildi, əyani olaraq təlim-məşqlər keçirildi.
Tədbirin gedişində tədris-pedaqoji, texniki və şagird heyətinin birgə iştirakı ilə təlimlər keçirildi. Tədbirin sonunda nəticələrə əsasən baş vermiş nöqsanlar taktika sıra metodu ilə aradan qaldırıldı. Bütün heyət FH zamanı görülməli olan işlər, üzərlərinə düşən vəzifələr başa salındı, suallar cavablandırıldı.


1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Moruxlu kənd tam orta məktəbində tədbir keçirilmişdir. Tədbird...
01/06/2024

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Moruxlu kənd tam orta məktəbində tədbir keçirilmişdir. Tədbirdə şagirdlər müxtəlif musiqili fəaliyyətlərlə çıxış etmişdilər.



27 may 2024-cü il tarixində Moruxlu kənd tam orta məktəbində 28 may Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir. ...
28/05/2024

27 may 2024-cü il tarixində Moruxlu kənd tam orta məktəbində 28 may Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Moruxlu kənd tam orta məktəbinin təlim-tədris üzrə müavini Qaşqay Məsimov çıxış etmiş və
Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd etmişdir.🇦🇿🇦🇿🇦🇿




Address

Gədəbəy
Morukhlu

Telephone

+994506417021

Website

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbi:

Shortcuts

Share