Kürdəmir rayonu Mollakənd kənd tam orta ümumtəhsil məktəbi

Kürdəmir rayonu Mollakənd kənd tam orta ümumtəhsil məktəbi Azərbaycan Respublikası Kürdəmir rayonu Mollakənd kənd tam orta ümumtəhsil məktəbin rəsmi səhifəsi Kürdəmir rayonu Mollakənd kəndi.

Mollakənd kənd tam orta ümumtəhsil məktəbi.

19/06/2026
09/06/2026

📢 Mərkəzi Aran Regional Təhsil İdarəsinin 2026–2027-ci tədris ili üzrə təmayül siniflərinə şagird qəbulu elan olunur!

Layihəyə 2026–2027-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin X - XI siniflərində təhsil alan şagirdlər müraciət edə bilərlər.

📚 Təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlığını məktəb daxilində daha səmərəli təşkil etməyə, akademik bilik və bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Qəbul aparılan məktəblər:
• Kürdəmir şəhəri 8 nömrəli tam orta ümumtəhsil məktəbi
• Mingəçevir şəhəri 28 nömrəli tam orta ümumtəhsil məktəbi
• Yevlax şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbi

🔗 Qeydiyyat üçün:
https://forms.gle/xEa9nEzFVVhiHRbC9

Təmayül tədris modelinin üstünlükləri:
✅ Ödənişsiz və sistemli abituriyent hazırlığı
✅ Peşəkar müəllim heyəti
✅ Aylıq sınaq imtahanları
✅ Akademik nailiyyətlərin yüksəldilməsi
✅ Yaradıcılıq, liderlik və sosial bacarıqların inkişafı üçün əlavə imkanlar

📌 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

Təmayül tədris modeli şagirdlərin həm akademik uğurlarını, həm də şəxsi inkişafını dəstəkləyən müasir təhsil imkanları təqdim edir.

Məktəbimizdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə  tədbir keçirildi. Bu tədbirin əsas məqsədi şa...
08/06/2026

Məktəbimizdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Bu tədbirin əsas məqsədi şagirdlərdə türk xalqlarının ortaq tarixi, dili, mədəni irsi və elmi fikir inkişafı haqqında daha geniş bilik formalaşdırmaq idi.
Məktəbimizin MKSKTİÜT-sı Məmmədov Zaur Ələkbər oğlu çıxış edərək 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyası üçün tarixi əhəmiyyətindən danışdı. Qeyd olundu ki, bu qurultay türk xalqlarının dil, əlifba, ədəbiyyat və tarix sahəsində elmi əməkdaşlığının əsasını qoymuş mühüm bir hadisədir.
Birinci Türkoloji Qurultay yalnız tarixi bir hadisə deyil, həm də bu gün də aktuallığını qoruyan elmi və mədəni bir körpüdür. Bu cür tədbirlər gənc nəslin öz köklərinə bağlılığını gücləndirir və milli-mədəni dəyərlərin qorunmasına xidmət edir.

Fənn aylığı çərçivəsində məktəbimizdə təsviri incəsənət fənni üzrə bilik yarışı keçirildi.
07/06/2026

Fənn aylığı çərçivəsində məktəbimizdə təsviri incəsənət fənni üzrə bilik yarışı keçirildi.

05/06/2026
Azərbaycan zəngin memarlıq və şəhərsalma irsinə malik ölkələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi döv...
05/06/2026

Azərbaycan zəngin memarlıq və şəhərsalma irsinə malik ölkələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində mühüm layihələr həyata keçirilmiş, tarixi abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirilmişdir.
Bu istiqamətdə keçirilən tədbirlərin əsas məqsədi Azərbaycanın memarlıq irsini tanıtmaq, gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq və şəhərsalma sahəsində əldə olunan nailiyyətləri ictimaiyyətə çatdırmaqdır.

Address

Kürdəmir Rayonu Mollakənd Kənd Tam Orta ümumtəhsil Məktəbi
Mollakent
3320

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayonu Mollakənd kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kürdəmir rayonu Mollakənd kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category