4 nömrəli tam orta məktəb-Mingəçevir

4 nömrəli tam orta məktəb-Mingəçevir Natiq Qasımov adına 4№-li tam orta ümumtəhsil məktəbi 1980-ci ildə tikilib.

Məktəb tam təmirlidir .Ərazisi və binanin sahəsi 36900/4862,layihə tutumu / faktiki şagird tutumu 1172/1176,Sinif otaqlarının sayı / 1-4 / 5-11,37/19/18,İş rejimi 5 günlük,2 növbəli,Kompüter sinfi / Kompüter sayı 4/97,
Kabinet / Laboratoriya 4/3

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi, başda məktəbin direktoru Zaur Müse...
26/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi, başda məktəbin direktoru Zaur Müseyibov olmaqla, məktəbimizin şagirdi olmuş şəhid Cəfərli Ruslan Nəcəf oğlunun 25.05.2026-cı il tarixində doğum günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etmişdir.
Şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı önünə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi Mamedova Nurdanə tərəfindən...
22/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi Mamedova Nurdanə tərəfindən fənn aylığı ilə əlaqədar olaraq VI siniflər arasında təbiət fənnindən bilik yarışı təşkil olundu.
Şagirdlər yarış zamanı öz bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və rəqabətli mübarizə apardılar. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət fənninə marağını artırmaq, onların dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirmək olmuşdur.
Sonda fərqlənən şagirdlər təqdir edildi və bütün iştirakçılara uğurlar arzulanıldı.

Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinin buraxılış imtahan...
21/05/2026

Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinin buraxılış imtahanında yüksək nəticələr əldə etmələri münasibətilə məktəbin direktoru Zaur Müseyibov həmin şagirdlərlə görüş keçirib. Görüş zamanı şagirdləri təbrik edən direktor onlara təhsil və həyat yollarında uğurlar arzulayıb.
Zaur Müseyibov şagirdlərin əldə etdiyi nailiyyətdə əməyi olan müəllimlərə və valideynlərə öz təşəkkürünü bildirib, onların zəhmətini yüksək qiymətləndirib. Məktəb kollektivi adından şagirdlərimizə uğurlar arzulayırıq.

🏆 Respublika Fənn Müsabiqələrinin final mərhələsinə vəsiqə qazanan şagirdlərimizi ürəkdən təbrik edirik!Mingəçevir şəhər...
20/05/2026

🏆 Respublika Fənn Müsabiqələrinin final mərhələsinə vəsiqə qazanan şagirdlərimizi ürəkdən təbrik edirik!
Mingəçevir şəhər Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika fənni üzrə uğur qazanan şagirdləri və LMO qalibimiz məktəbimizin fəxridir.
👏 Xasayev Murad – 85 bal
👏 Cabbarlı Ramil – 78 bal
👏 Səmədli Selin – 63.7 bal
👏 İbrahimli İbrahim – LMO qalibi, 62.25 bal
Şagirdlərimizin bu uğurunda əməyi olan informatika müəllimləri A.Könül, X.Heyran və riyaziyyat müəllimi A.Mədinəyə təşəkkürümüzü bildiririk.
Əzmkarlığınız, bilik və zəhmətiniz sizi bu uğura aparıb. Final mərhələsində hər birinizə uğurlar, yeni nailiyyətlər və parlaq qələbələr arzulayırıq!
🌟 Zirvəyə gedən yol bilikdən başlayır! Siz məktəbimizin qürurusunuz!

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi-nin biologiya müəllimi Mamedova Nurdanə tərəfində...
19/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi-nin biologiya müəllimi Mamedova Nurdanə tərəfindən fənn aylığı çərçivəsində VI sinif şagirdləri ilə “Sıfır tullantı ilə gələcəyini daha yaxşı yaşa” mövzusunda konfrans təşkil olundu.
Konfrans zamanı şagirdlər ətraf mühitin qorunması, tullantıların azaldılması və təkrar emalın əhəmiyyəti barədə maraqlı təqdimatlarla çıxış etdilər. Tədbirin əsas məqsədi şagirdlərdə ekoloji maarifləndirməni artırmaq və təbiətə qarşı məsuliyyət hissini formalaşdırmaq idi. 🌱♻️

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili müəllimi Hacıyeva Ayişə tərəfi...
19/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili müəllimi Hacıyeva Ayişə tərəfindən 7 “B” sinif şagirdləri ilə Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” əsəri mövzusunda “Sinifdənxaric oxu” üzrə ustad dərsi keçirildi.
Dərs zamanı şagirdlər əsərin məzmunu, maarifçilik ideyaları və dövrün ictimai problemləri barədə fikir mübadiləsi apardılar. Müəllim dərsi süni intellekt texnologiyaları və dövrün müasir tələbləri ilə inteqrasiya edərək şagirdlər üçün daha maraqlı və interaktiv şəkildə təqdim etdi.
Ustad dərsində Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak edərək dərs prosesini maraqla izlədilər və öz fikirlərini bölüşdülər.
Maraqlı təqdimatlar və müzakirələrlə yadda qalan dərs şagirdlərin mütaliəyə olan marağının artırılmasına və bədii düşüncə bacarıqlarının inkişafına töhfə verdi. Müasir yanaşmasına və zəhmətinə görə müəllimə təşəkkür edirik.

19/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili müəllimi Hacıyeva Ayişə tərəfindən 7 “B” sinif şagirdləri ilə Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” əsəri mövzusunda “Sinifdənxaric oxu” üzrə ustad dərsi keçirildi.
Dərs zamanı şagirdlər əsərin məzmunu, maarifçilik ideyaları və dövrün ictimai problemləri barədə fikir mübadiləsi apardılar. Müəllim dərsi süni intellekt texnologiyaları və dövrün müasir tələbləri ilə inteqrasiya edərək şagirdlər üçün daha maraqlı və interaktiv şəkildə təqdim etdi.
Ustad dərsində Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak edərək dərs prosesini maraqla izlədilər və öz fikirlərini bölüşdülər.
Maraqlı təqdimatlar və müzakirələrlə yadda qalan dərs şagirdlərin mütaliəyə olan marağının artırılmasına və bədii düşüncə bacarıqlarının inkişafına töhfə verdi. Müasir yanaşmasına və zəhmətinə görə müəllimə təşəkkür edirik.

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində fənn aylığı çərçivəsində biologiya müəllimi Ma...
19/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində fənn aylığı çərçivəsində biologiya müəllimi Mamedova Nurdanə tərəfindən təbiət fənni ilə bağlı maraqlı sərgi təşkil olunmuşdur.
Sərgidə şagirdlərin hazırladıqları əl işləri, təbiəti əks etdirən nümunələr və müxtəlif təqdimatlar nümayiş etdirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərdə təbiətə sevgi aşılamaq, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Təşkil olunan sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

19/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 1 C sinif rəhbəri Pərvanə Aslanovanın təşkilatçılığı ilə “Rəqəmsal savadlılıq və tədris prosesində süni intellektdən (AI) istifadə” mövzusunda nümunəvi dərs keçirildi.
Dərsdə şagirdlərə rəqəmsal bacarıqlar, müasir tədris yanaşmaları və süni intellektin təhsil prosesində tətbiqi haqqında maraqlı məlumatlar təqdim olundu. İnteraktiv fəaliyyətlərlə yadda qalan dərs iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. 📚💻✨

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi Məmmədova Nurdanə tərəfində...
15/05/2026

Mingəçevir şəhər N.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi Məmmədova Nurdanə tərəfindən 6-cı sinif şagirdləri üçün “Canlılar bir-birindən necə asılıdır?” mövzusunda açıq dərs təşkil olundu.
Dərs zamanı şagirdlərə canlıların qarşılıqlı əlaqəsi, qida zənciri, ekosistemdə tarazlıq və təbiətdəki asılılıq münasibətləri əyani və interaktiv üsullarla izah edildi. Şagirdlər mövzu ətrafında fəallıq göstərərək müxtəlif tapşırıqları yerinə yetirdilər və öz biliklərini nümayiş etdirdilər.
Açıq dərs şagirdlərdə təbiətə marağın artırılması, ətraf mühitin qorunmasının vacibliyinin aşılanması və canlılar aləminin bir-biri ilə sıx bağlı olduğunu anlamaq baxımından mühüm əhəmiyyət kəsb etdi.

Address

Y. Mənsurov 3
Mingelchaur
AZ4508

Telephone

+994242761071

Website

Alerts

Be the first to know and let us send you an email when 4 nömrəli tam orta məktəb-Mingəçevir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 4 nömrəli tam orta məktəb-Mingəçevir:

Shortcuts

Share

Category