İstiqlal Regional İntellektual Klubu

İstiqlal Regional İntellektual Klubu Mingəçevir İntellektual Oyunlar Klubu 2015-ci ilin aprel ayından fəaliyyətə başlamışdır.

❓ İntellektual yarışlarda iştirak etmək, öz intellektini yarışdırmaq və qalib olmaq istəyirsən? Ancaq suallar səni həyəc...
07/09/2021

❓ İntellektual yarışlarda iştirak etmək, öz intellektini yarışdırmaq və qalib olmaq istəyirsən? Ancaq suallar səni həyəcanlandırır və heç təcrübən yoxdur?

O zaman Mingəçevir Gəncləri ilə birlikdə intellektual yarış həyəcanını yaşamağa tələsin. "Mingəçevir gəncləri üçün intellekt məktəbi"ndə siz müxtəlif formatlarda keçirilən intellektual yarışlara hazırlaşmaq, öz komandanızı formalaşdırmaq, yarışlarda iştirak və təcrübə əldə etmək imkanı qazanacaqsınız.🤩

Məşqlər hər həftənin IV günü ⏰16:00-da baş tutacaq.

📍 Mingəçevir Heydər Əliyev Mərkəzi

‼️Məşqlərdə 16-25 yaş arası gənclər iştirak edə bilər.

̇ntellektməktəbi

📢 İntellektual yarış həvəskarları! Sizi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Mingəçevir nümayəndəliyinin təşkilatçılığı...
11/06/2021

📢 İntellektual yarış həvəskarları! Sizi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin həyat və yaradıcılığı sahəsində gənclərin maarifləndirilməsi və bilik səviyyəsinin artırılması məqsədilə keçiriləcək "Dahi Nizami" adlı fərdi xəmsə intellektual oyununda iştirak etməyə dəvət edirik.

🔴 13 iyun - 1 avqust tarixləri arasında hər həftə baş tutacaq yarışda 14-29 yaş aralığında olan gənclər iştirak edə bilər.

‼️ Nizami Gəncəvinin həyat və yaradıcılığı sahəsində gənclərin maariflənməsi və bilik səviyyəsinin artırılması məqsədi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzi Mingəçevir nümayəndəliyi olaraq "Dahi Nizami" adlı fərdi xəmsə intellektual oyununa start veririk. Yarışma 13 iyun - 1 avqust tarixləri arasında hər həftə baş tutacaq. 14-29 yaş aralığında olan 32 gənc ilk öncə 8 qrup üzrə mübarizə aparacaqlar. Hər qrupda ən yüksək nəticə əldə etmiş ilk 2 pillənin sahibi növbəti tura vəsiqə qazanacaq. Bu turda mübarizə aparacaq 16 gənc 4 qrupa bölünərək hər qrup üzrə 2 ən güclünü müəyyən etməyə çalışacaqlar. Final uğrunda isə 8 gənc 2 qrupda yarışacaqlar və hər qrupun 2 ən güclüsü "Dahi Nizami" intellektual yarışının final turuna vəsiqə qazanacaq.

Qaliblər kubok, medallar, sertifikatlar, eləcə də, dəyərli hədiyyələrə sahib olacaqlar. Əgər siz də bir-birindən maraqlı suallarla öz biliyinizi sınamaq, gənclərlə birgə öz dünyagörüşünü artırmaq istəyirsinizsə, qeydiyyat formunu doldurub yarışmaya qatıla bilərsiniz

Qeydiyyat linki: https://forms.gle/bzPB75WTHj6SJkx48

Qeydiyyat üçün son tarix: 🗓️ 11 iyun ⏰ 23:00
İlk yarış: 🗓️ 13 iyun ⏰ 10:00

Azərbaycan Respublikasının Gənclər Fondu və GencApp mobil tətbiqi sizi asudə vaxtınızı düzgün və əyləncəli dəyərləndirmə...
02/02/2021

Azərbaycan Respublikasının Gənclər Fondu və GencApp mobil tətbiqi sizi asudə vaxtınızı düzgün və əyləncəli dəyərləndirməyə dəvət edir! 🎉😍

✨"Sirlər Xəzinəsi"✨ adlı müsabiqəmiz Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunur.

5 gün ardıcıl davam edəcək müsabiqədə 5 qalibimiz olacaq!🥳

❓Suallar hər gün GəncApp mobil tətbiqinin 📲Feysbuk səhifəsində saat ⏰21:00-da paylaşılacaq. Suallara doğru cavab verən gənclər isə qoyulmuş qaydalara əsasən xallar toplayacaq✅

Müsabiqə 1-5 fevral tarixlərində davam edəcək.

📝Xalların hesablanması aşağıdakı qaydada aparılacaq:

Doğru cavabı qeyd edən ilk 10 gənc

1-ci doğru cavab – 10 xal
2-ci doğru cavab – 8 xal
3-cü doğru cavab – 6 xal
4-cü doğru cavab – 4 xal
5-ci doğru cavab – 2 xal

Sonrakı doğru cavablara görə hər iştirakçı 1 xal qazanır.

Qaliblərimizi isə dəyərli hədiyyə gözləyir🎉🎁

Müsabiqə şərtləri isə çox sadədir:

🔸Postu və səhifəni bəyənməlisiniz;
🔹 Hər bir gənc bir şərh yaza bilər (redaktə olunmuş şərhlər qəbul edilməyəcək);
🔸Müsabiqədə 16-29 yaş aralığında gənclər iştirak edə bilər;
🔹 Profilin doğruluğu mütləqdir, əks halda iştirakınız nəzərə alınmayacaq.

📌Qeyd: Qaydalardan hər hansısa birinə riayət etməyən gəncin müsabiqədə iştirakı təmin olunmayacaqdır.

📌Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Onlayn Quiz" yarışması uğurla yekunlaşdı. Turnirin qalibi "Şəki" komandasını tə...
10/01/2021

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Onlayn Quiz" yarışması uğurla yekunlaşdı. Turnirin qalibi "Şəki" komandasını təbrik edirik! 🏆

Yekun nəticə isə aşağıdakı kimidir:

1. Şəki – 1230 🥇
2. Kompot – 1050 🥈
3. Replicants – 990 🥉

4. Nirvana – 940
5. Vendetta PA - 920
6. Mikhail Tall - 860
7. Panteon - 830
8. Queen`s gambit – 800
9. Diamonds are Forever - 750
10. THL - 700
11. Queentett - 670
12. Pentagram - 650
13. Tələsmə, Zaur - 630
14. Holy Cricket - 550
15. Qandaqan – 480
16. Midqard - 400
17. GO - 310
18. ZAD - 230
19. Zefer – 210
20. Young Crew - 210
21. Muşketyorlar -160
22. Qələbə bizimdir - 150
23. Differenza - 110
24. Tarixçilər klubu - 90
25. Difai - 40
26. Xarı Bulbul - 30
27. Gandagan - 0
28. Midgard İOK - 0
29. He Originals - 0
30. La Casa de Berlin - 0

Əziz dostlar!İstiqlal Regional İntellektual Klubu mərhum şahmatçımız Vüqar Həşimovun vəfatının ildönümü ərəfəsində onun ...
08/01/2021

Əziz dostlar!

İstiqlal Regional İntellektual Klubu mərhum şahmatçımız Vüqar Həşimovun vəfatının ildönümü ərəfəsində onun əziz xatirəsinə həsr olunmuş "Onlayn Quiz" yarışı ilə qarşınızdadır. Ümumilikdə 10 mövzuda sualların təqdim olunacağı turnirdə iştirak etmək üçün maksimum 4 nəfərdən ibarət komandanızı toplayıb qatıla bilərsiniz.

Qeydiyyatdan keçmək üçün komanda adını mesaj vasitəsilə göndərməyiniz kifayətdir.

Turnir 10 Yanvar saat 13:00-da "Open-Quiz" platformasında baş tutacaq.

Sual müəllifi: Nizami Xudatov

Bütün komandalara uğurlar!

10/09/2020
İstiqlal Regional İntellektual Klubu "Che" Liqasının V mövsümü öncəsi açılış turniri olan "Apertio" turniri uğurla yekun...
31/08/2020

İstiqlal Regional İntellektual Klubu "Che" Liqasının V mövsümü öncəsi açılış turniri olan "Apertio" turniri uğurla yekunlaşdı. "Open-quiz" platformasında baş tutan turnirin nəticələri aşağıdakı kimidir:

1. Go - 12
2. Replicants - 11
3. Fərid Şahmar - 10
4. Dragonfiles - 9
5. Legends - 8
6. THL - 7
7. Apokalipsis - 7
8. La Casa de Berlin - 7
9. Red Wings - 6
10. BrainStorm - 4
11. Young Crew - 3
12. Differenza - 3
13. Polad Həşimov - 2
14. Kiber - 2
15. Miracle - 1
16. Difai - 0
17. Tək Əl - 0

Qeyd edək ki, yaxın günlərdə "Che" Liqasının V mövsümü start götürəcək.

Qeydiyyatdan keçmiş komandaların yekun siyahısı:LegendsStimulPolad HəşimovBermud DragonfliesMircle Young crewLa Casa De ...
29/08/2020

Qeydiyyatdan keçmiş komandaların yekun siyahısı:

Legends
Stimul
Polad Həşimov
Bermud
Dragonflies
Mircle
Young crew
La Casa De Berlin
Go
Kiber
Tək əl
Brain storm
THL
Parni iz Goranboy
Differenza
Difai
Fərid Şahmar
Bats of Wuhan
Replicants
Evrika

"Che" Liqasının V mövsümü öncəsi "Nə? Harada? Nə zaman?" formatında baş tutacaq İstiqlal Regional İntellektual Klubunun açılış turniri olan "Apertio" turniri 30.08.2020 tarixində saat 13:00-da "Open-quiz" platformasında baş tutacaq.

Qeydiyyatdan keçən komandaların kapitanlarına oyun linkləri sabah 12:30-da göndəriləcək.

Bütün komandalara uğurlar!

İstiqlal Regional İntellektual Klubu yeni mövsümü açıq elan edir!"Che" Liqasının V mövsümü öncəsi dövrə oyunları, reqlam...
23/08/2020

İstiqlal Regional İntellektual Klubu yeni mövsümü açıq elan edir!

"Che" Liqasının V mövsümü öncəsi dövrə oyunları, reqlament və oyunların baş tutacağı onlayn platforma ilə tanış olmaq, eləcə də, açılış turnirimizdə iştirak etmək istəyən hər kəsi "Nə? Harada? Nə zaman?" formatında baş tutacaq "Apertio" turnirinə dəvət edirik.

Açılış turniri 30.08.2020 tarixində saat 13:00-da "Open-quiz" platformasında baş tutacaq.

Qeydiyyatdan keçmək üçün maksimum 5 nəfərdən ibarət komandanızı toplayıb səhifənin mesaj bölməsinə yazmağınız kifayətdir. Bütün komandalara uğurlar!

Əziz gənclər!“İrəli” İctimai Birliyi və “İstiqlal” Regional İntellektual Klubunun təşkilatçılığı ilə 28 May Respu...
22/05/2020

Əziz gənclər!

“İrəli” İctimai Birliyi və “İstiqlal” Regional İntellektual Klubunun təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş onlayn quiz intellektual yarışı təşkil olunacaq.

Turnir 28 may 15:00-da baş tutacaq.
İştirak etmək üçün maksimum 4 nəfərdən ibarət komanda ilə qeydiyyatdan keçməyiniz kifayətdir.
Qeydiyyat ödənişsizdir.
Qalib komanda sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Turnirin sual müəllifi: “İstiqlal” Regional İntellektual Klubu
Turnirdə iştirak üçün yaş həddi: 16-29
Son qeydiyyat tarixi: 26.05.2020 18:59

Qeydiyyatdan keçmək üçün link: http://ireli.az/28may-quiz/

"Penta-Trick" futbol mövzulu fərdi xəmsə oyununun sonuncu 7-ci turunun nəticələri aşağıdakı kimidir:Asiman Musayev 3560S...
03/05/2020

"Penta-Trick" futbol mövzulu fərdi xəmsə oyununun sonuncu 7-ci turunun nəticələri aşağıdakı kimidir:

Asiman Musayev 3560
Suleymanov Alekper 3260
Anar Kerimxanov 3250
Eşqin Daşdəmirov 2560
Pasa Salmanov 1440
Nurlan Məmmədli 1360
Ülvi Abbaslı 790
Zabil Cəfərli 680
Qismət Əli 570

Yekun siyahı, qaliblər və onların hədiyyələri 4 may tarixində elan olunacaq.

Bizimlə birgə olduğunuz üçün bir daha təşəkkür! Növbəti oyunlarda görüşənədək. ✌🏻

Düzgün cavab: Mert Nobre ve Mamadou NiangSon oyun günündə mövzular beləcə yekunlaşdı. Beləliklə, 1 həftədir davam edən "...
03/05/2020

Düzgün cavab: Mert Nobre ve Mamadou Niang

Son oyun günündə mövzular beləcə yekunlaşdı. Beləliklə, 1 həftədir davam edən "Penta-Trick" futbol mövzulu online fərdi xəmsə intellektual oyununun da sonuna gəldik. Bu günlər ərzində bizimlə olan, suallara doğru və yanlış cavab verən hər kəsə Klubumuz adından minnətdarıq! Ümid edirik sualları bəyəndiniz.

Bizə göstərdiyi dəstəyə görə Mingəçevir Gənclər Evinə də öz təşəkkürümüzü bildiririk.

Gün ərzində son turun nəticələrinə əsasən xal cədvəli paylaşılacağıq. Yekun cədvəl, qaliblər və onların hədiyələri barədə sabah ayrıca post paylaşılacaq.

P.S sual, təklif və iradlarınızı bildirə bilərsiniz 🙂

Address

Mingəçevir Gənclər Evi
Mingechaurges

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994242742856

Alerts

Be the first to know and let us send you an email when İstiqlal Regional İntellektual Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İstiqlal Regional İntellektual Klubu:

Shortcuts

Share

Category