akberovaturkan

akberovaturkan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from akberovaturkan, Education, Mingechaurges.

Peşə gününüz kutlu olsun dəyərli sərhədçilərimiz🇦🇿❤️
18/08/2026

Peşə gününüz kutlu olsun dəyərli sərhədçilərimiz🇦🇿❤️

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədov Məhyəddin Yaşar oğlunun doğulduğu gündür. Qəhrəmanımız 17 avqust 199...
17/08/2026

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Məmmədov Məhyəddin Yaşar oğlunun doğulduğu gündür.
Qəhrəmanımız 17 avqust 1998-ci ildə Ağdaş rayonunun Nemətabad kəndində anadan olub. Ailə Mingəçevir şəhərinə köçdükdənsonra Məhyəddin energetiklər qəsəbəsindəki 8 nömrəli orta məktəbdə təhsil alıb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqanda xidmətdə olarkən rabitəçi kursunda oxuyub. 2018-ci il aprel ayının 12-də hərbi xidmətini başa vursa da müddətdən artıq hərbi xidmətinə davam edib. 2019-cu ildə imtahan verərək Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu rütbəsini alıb. Torpaqlarımızın düşmən hücumlarından qorunmasında fədakarlıqlar göstərib. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 2020-ci il sentyabr ayının 28-də Tərtər rayonunun Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Ruhun şad olsun qəhrəman qardaşım.

Şəhid mayor Elnur Əliyev 🇦🇿 16 avqust onun doğum günü idi. 6 il əvvəl aprel ayında gedən döyüşlərdə neçə-neçə əsgərlərin...
17/08/2026

Şəhid mayor Elnur Əliyev 🇦🇿

16 avqust onun doğum günü idi.
6 il əvvəl aprel ayında gedən döyüşlərdə neçə-neçə əsgərlərin həyatını xilas etdi qumbaranın üzərinə atılarkən...

Tanrıdan diləyirik ki, Vətənə əmanət 2 övladı xoşbəxt və firavan yaşasınlar!

Vətən Müharibəsi şəhidi Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ...
17/08/2026

Vətən Müharibəsi şəhidi Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür.
Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır.
Əmisi Mahir Qafar oğlu Allahverdiyev ehtiyatda olan zabit, döyüş tapşırığını yerinə yetirərkən ikinci qrup əlil olmuşdur.
Dayısı Akif Hümbət oğlu Alıyev Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ əlilidir.
Vüsal Allahverdiyevin ailədə özü ilə bərabər bir bacısı var idi. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində "Həmlə" bölüyünün tərkibində döyüşmüşdür. Yaralıları xilas etmiş, şəhidləri döyüş meydanından çıxarmışdır. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Ruhun şad olsun qəhrəman qardaşım.

🇦🇿 ŞƏHİDLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!LAÇIN ŞƏHİDİ POLKOVNİK - LEYTENANT BAXŞƏLİYEV QƏRİB İNQİLAB OĞLU 🇦🇿 Kişiyə ürək ❤️🇦🇿...
15/08/2026

🇦🇿 ŞƏHİDLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!
LAÇIN ŞƏHİDİ POLKOVNİK - LEYTENANT BAXŞƏLİYEV QƏRİB İNQİLAB OĞLU

🇦🇿 Kişiyə ürək ❤️
🇦🇿 Dosta kürək 💪
🇦🇿 Bayraga külək 🇦🇿
🇦🇿 Çox yaraşır ✊
Deyən Qızıl Adam
— Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.

!

15 avqust 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərin birində - Daşbaşı postunda ermənilərlə qeyri-bərabər savaşda 28 ...
15/08/2026

15 avqust 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərin birində - Daşbaşı postunda ermənilərlə qeyri-bərabər savaşda 28 nəfər cəbrayıllının şəhid olduğu gündür.



Şəhid Şaban Ələsgər oğlu Cəfərov 🇦🇿🥺 11.03.1958-ci ildə Mingəçevir şəhərində anadan olub. 10.03.1992-ci ildə könüllü ola...
15/08/2026

Şəhid Şaban Ələsgər oğlu Cəfərov 🇦🇿🥺
11.03.1958-ci ildə Mingəçevir şəhərində anadan olub. 10.03.1992-ci ildə könüllü olaraq döyüşlərə qatılıb. 13.08.1992-ci ildə Ağdam rayonu Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 14.08.1992-ci ildə Mingəçevir şəhərində dəfn edilib.
Ruhun şad olsun qəhrəman qardaşımız.

Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan biri Şəhid baş leytenant Elvin Zakirov 🇦🇿Elvin Zakirov 1980-ci il ...
15/08/2026

Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan biri Şəhid baş leytenant Elvin Zakirov 🇦🇿
Elvin Zakirov 1980-ci il avqustun 15-də Sumqayıt şəhərində anadan olmuşdur.
Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Zakirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə döyüşə getmək üçün könüllü olaraq ərizə təqdim edir.Ona cəbhəyə göndəriləyəcini deyəndə idarədəki yüksək rütbəli zabitə sarılaraq təşəkkür edir və 16 oktyabrdan etibarən Füzuli istiqamətində döyüşlərə qatılır.Füzuli döyüşlərində iştirak edir.Noyabrın 6-da Xocavənd uğrunda gedən gərgin döyüşlərə qatılaraq burada da qəhrəmanlıq göstərir.

Noyabr ayının 9-da Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.Noyabr ayını 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunur.

Şəhidimiz ailəli idi, Yağmur adında qızı və Toğrul adında oğlu Vətənə əmanətdir.

Ümüd Niftəliyev 20 oktyabr 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 2006-2015-ci illərdə Babək r...
15/08/2026

Ümüd Niftəliyev 20 oktyabr 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. 2006-2015-ci illərdə Babək rayon Nehrəm qəsəbə tam orta məktəbində təhsil almışdır. 2015-2017-ci illərdə Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Subay idi.
Ümüd Niftəliyev 2020-ci ilin sentyabrın 29-da kursantlığının dördüncü ilində hərbi təhsilini dondurmuş və "kiçik leytenant" rütbəsi ilə Vətən müharibəsində iştirak etmişdir.
Azərbaycan Ordusunun kiçik leytenantı olan Ümüd Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü zabit olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ayağından qəlpə yarası almışdır.
16 noyabr 2021-ci ildə Laçın-Kəlbəcər rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin atəşkəs rejimini pozmuşdur. Bu zaman Laçın rayonu istiqamətində xidmət edən Ümüd Niftəliyev keçirilən hərbi əməliyyatlarda vuruşmuşdur və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 18 noyabr 2021-ci ildə torpağa tapşırılmışdır.

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan igidlərimizdən biri Şəhid Zülal Rəhim oğlu Mədətlidir.Zülal Mədətli 19...
15/08/2026

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan igidlərimizdən biri Şəhid Zülal Rəhim oğlu Mədətlidir.
Zülal Mədətli 1991-ci il avqustum 14-də Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Zülal Mədətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Zülal Mədətli 10 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Address

Mingechaurges
AZ4500

Website

Alerts

Be the first to know and let us send you an email when akberovaturkan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category