25/05/2026
Mingəçevir şəhəri N.Gəncəvi adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilən “Yaşıl Bağ” aqronomluq bacarıqlarının inkişafı layihəsinin bağlanış mərasimi baş tutmuşdur.
Bağlanış mərasimi zamanı layihə çərçivəsində yaradılmış bağın məhsullarından ibarət xüsusi süfrə hazırlanmışdır. Süfrədə bağda yetişdirilən reyhandan hazırlanmış reyhan kompotu, çiyələk və bağda yetişən meyvə-tərəvəz məhsullarından hazırlanmış səbət nümayiş olunmuşdur.
Tədbir zamanı layihə müddətində fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunmuşdur.
Tədbirdə məktəbin direktoru Aysel Xəlilova, layihənin rəhbəri Ruhanə Musayeva, Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” təşkilatının rəhbəri Qorxmaz Rəhimov, layihənin eksperti Aynur Quliyeva, Mingəçevir Dövlət Universitetinin Audit şöbəsinin müdiri Həmidə Zeynəlzadə iştirak etmişlər.
Xatırladırıq ki, “Yaşıl Bağ” aqronomluq bacarıqlarının inkişafı layihəsi Mingəçevir şəhəri N.Gəncəvi adına 8 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir və layihənin rəhbəri Ruhanə Musayevadır.