Mingəçevir Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti page of Mingachevir State University

🔴 Mingəçevir Dövlət Universitetində elmi metrik göstəricilər, beynəlxalq reytinqlər və dayanıqlı inkişaf mövzusunda semi...
15/08/2026

🔴 Mingəçevir Dövlət Universitetində elmi metrik göstəricilər, beynəlxalq reytinqlər və dayanıqlı inkişaf mövzusunda seminar keçirilib

📌 Ətraflı: https://mdu.edu.az/seminar-14-08-26/

 🙋🏻 Əziz abituriyentlər və onların valideynləri!🔴 Mingəçevir Dövlət Universitetinin Abituriyent Məsləhət Mərkəzi həftəso...
14/08/2026



🙋🏻 Əziz abituriyentlər və onların valideynləri!
🔴 Mingəçevir Dövlət Universitetinin Abituriyent Məsləhət Mərkəzi həftəsonu fəaliyyətini davam etdirərək sizə ixtisas seçimlərində dəstək göstərəcək.

✅ Sizi peşəkar komandamızın yaratdığı imkandan faydalanmağa dəvət edirik.

📍 Məkan: Mingəçevir Dövlət Universitetinin ikinci tədris binası, kiçik akt zalı

📌 Qeyd edək ki, Mərkəz tam ÖDƏNİŞSİZ şəkildə xidmət göstərəcəkdir.

📞 Qaynar xətt: 051-500-45-66 ("Whatsapp" mesajları üçün)



Təxmini bir ay sonra yeni nəfəs və istəklə qaldığımız yerdən davam edəcik. 😎Digər yandan, yeni tələbələrimizi də aramızd...
14/08/2026

Təxmini bir ay sonra yeni nəfəs və istəklə qaldığımız yerdən davam edəcik. 😎
Digər yandan, yeni tələbələrimizi də aramızda görməyi səbrsizliklə gözləyirik. 🤩



"Xalq qəzeti"nin 2026-cı ilin 14 avqust tarixli buraxılışında rektor Anar Eminovun "Kür qırağının gənc ali təhsil ocağı:...
14/08/2026

"Xalq qəzeti"nin 2026-cı ilin 14 avqust tarixli buraxılışında rektor Anar Eminovun "Kür qırağının gənc ali təhsil ocağı: Mingəçevir Dövlət Universiteti qlobal akademik məkana inteqrasiya yolu seçib" başlıqlı hesabat yazısı nəşr olunub.

Qəzetlə tanış olmaq üçün:https://xalqqazeti.az/uploads/pdf-files/252333/xalqqazeti-14.08.2026.pdf

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə I ixtisas qrupunda olan müəllimlik ixtisasları.
13/08/2026

Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə I ixtisas qrupunda olan müəllimlik ixtisasları.



🌍 Turizm təhsili ilə dünyaya açılan karyera!Səyahət, mədəniyyət, beynəlxalq əlaqələr, otelçilik və böyük tədbirlərin təş...
13/08/2026

🌍 Turizm təhsili ilə dünyaya açılan karyera!

Səyahət, mədəniyyət, beynəlxalq əlaqələr, otelçilik və böyük tədbirlərin təşkili — qlobal dünyanın ən dinamik sahələrindən biri səni gözləyir.

Mingəçevir Dövlət Universitetində turizm və qonaqpərvərlik sahəsində peşəkar karyera qurmaq istəyən abituriyentlər üçün müxtəlif seçimlər mövcuddur:

🔹 Turizm işinin təşkili – Azərbaycan və ingilis dillərində
🔹 Turizm bələdçiliyi

Burada sən yalnız yeni yerlər kəşf etməyi deyil, səyahətləri planlamağı, qonaqları qarşılamağı, mədəniyyətləri tanıtmağı və turizm biznesini idarə etməyi öyrənəcəksən.

🚀 Öyrən. Planla. Səyahət et. Bələdçilik et. İdarə et.
Turizm sahəsində karyeranı Mingəçevir Dövlət Universitetində qur!



🔴 Mingəçevir Dövlət Universitetində ingilisdilli təhsil imkanları genişlənir✅ 2026/2027-ci tədris ilindən etibarən Mingə...
12/08/2026

🔴 Mingəçevir Dövlət Universitetində ingilisdilli təhsil imkanları genişlənir

✅ 2026/2027-ci tədris ilindən etibarən Mingəçevir Dövlət Universitetində “Kompüter elmləri” və “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində təhsilə tələbə qəbulu aparılacaq.

✅ Bu yenilik universitetimizin beynəlxalqlaşma strategiyasının, tədrisin keyfiyyətinin yüksəldilməsinin və əmək bazarının müasir tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirdiyimiz ardıcıl fəaliyyətin mühüm nəticəsidir.



12/08/2026

📢Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.

Qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.

Address

D. Əliyeva Küçəsi, 21
Mingechaur
AZ4500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994516422372

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Dövlət Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mingəçevir Dövlət Universiteti:

Shortcuts

Share