04/01/2026
🔷Koriolis qüvvəsi nədir❓
🔶Koriolis qüvvəsi – Yer kürəsinin fırlanması səbəbindən, hərəkətdə olan hava, su və digər cisimlərin yolundan yayınmasıdır.
Yəni Yer fırlanır, biz isə onun üzərində hərəkət edəndə yolumuz düz yox, bir az əyri olur.
🔷Niyə bu baş verir❓
🔶Yer öz oxu ətrafında qərbdən şərqə doğru fırlanır.Amma Yer kürəsinin hər yeri eyni sürətlə fırlanmır:Ekvator daha sürətli fırlanır
Qütblərə yaxın yerlər daha yavaş fırlanır
Hava və su kütlələri ekvatordan qütblərə doğru hərəkət edəndə, fırlanma sürətləri dəyişir və buna görə də yan tərəfə yayınırlar.
🔷Nəticədə nə olur❓
🔶Koriolis qüvvəsi:
Küləklərin istiqamətini dəyişir.
Okean axınlarını döndərir.
Siklon və antisiklonların fırlanma istiqamətini müəyyən edir.
🔷Yayınma istiqaməti necə olur❓
🔶Şimal yarımkürəsində
Sağa, Cənub yarımkürəsində isə sola doğru.