Mingəçevir Turizm Kolleci

Mingəçevir Turizm Kolleci Mingəçevir Turizm Kollecinin rəsmi facebook səhifəsi. Official page of Mingachevir Tourism College.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-...
20/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. altı ay müddətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi;

2.1.2. üç ay müddətində:

2.1.2.1. turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi;

2.1.2.2. Dövlət Proqramının 8.8.1.3-cü abzasında və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş dövlət büdcəsi hesabına verilən subsidiya şərtlərinə dair;

2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;

2.3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

6. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2026-cı il"

Mənbə: president.az

14/08/2026

🔴 Mingəçevir Turizm Kollecində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib. ✅ 04 avqust 2026-cı il tarixində Mingəçe...
04/08/2026

🔴 Mingəçevir Turizm Kollecində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib.
✅ 04 avqust 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində tələbə və əməkdaşların yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirilməsi və fövqəladə hallar zamanı düzgün davranış bacarıqlarının formalaşdırılması məqsədilə praktiki təlim keçirilib.
✅ Təlim zamanı həyacan siqnalı verilib və kollecdə həmin vaxt olan tələbələr, pedaqoji və inzibati heyət təhlükəsizlik qaydalarına uyğun şəkildə kollecin qarşısındakı toplanış nöqtəsinə təxliyə olunublar.
✅ Təlim çərçivəsində Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis Vaqif Quluyev tələbə və əməkdaşlara yanğın təhlükəsinin yaranmasına səbəb ola biləcək amillər, yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə və yanğının söndürülməsi üsulları barədə ətraflı məlumat verib.
✅ Praktiki hissədə od söndürən balonlardan istifadə qaydaları izah olunub, onların tətbiqi zamanı diqqət edilməli əsas məqamlar iştirakçıların nəzərinə çatdırılıb.
✅ Təlim zamanı müəllim və tələbələrin mövzu ilə bağlı ünvanladıqları suallar cavablandırılıb, yanğın təhlükəsizliyi zamanı operativ və düzgün davranışla bağlı fikir mübadiləsi aparılıb.

🔴 Mingəçevir Turizm Kollecinin fərqlənən tələbələri Kollecin rəhbərliyi tərəfindən təltif olunub.✅ 03 avqust 2026-cı il ...
03/08/2026

🔴 Mingəçevir Turizm Kollecinin fərqlənən tələbələri Kollecin rəhbərliyi tərəfindən təltif olunub.
✅ 03 avqust 2026-cı il tarixində Mingəçevir Turizm Kollecində təhsildə fərqlənən, yüksək nəticələri ilə seçilən, eləcə də kollecin ictimai, mədəni-kütləvi və digər tədbirlərində fəal iştirak edən tələbələrlə görüş keçirilib.
✅ Görüş zamanı Kollecin direktoru Kamal Əhmədov tərəfindən tələbələrə göstərdikləri nümunəvi fəaliyyətə, fəallığa və kollecin ictimai həyatında yaxından iştiraklarına görə Təşəkkürnamələr təqdim olunub.
✅ Təltif olunan tələbələri təbrik edən direktor onların əldə etdikləri uğurların gələcək fəaliyyətləri üçün mühüm başlanğıc olduğunu vurğulayıb, hər birinə gələcək həyatında yeni nailiyyətlər, qarşıya qoyduqları məqsədlərə çatmağı, seçdikləri peşədə peşəkar və məsuliyyətli mütəxəssis, xalqına və dövlətinə sədaqətlə xidmət edən, milli-mənəvi dəyərlərimizi uca tutan, vətənpərvər kimi formalaşmağı arzulayıb.

🔴 Mingəçevir Turizm Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini AJB-nin Aran bölgəsi üzr...
02/08/2026

🔴 Mingəçevir Turizm Kollecinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsində iştirak edib.
✅ 1 avqust 2026-cı il tarixində Mingəçevir Gənclər Evində Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Aran bölgəsində fəaliyyət göstərən jurnalistlərlə zona müşavirəsi keçirilib.
✅ EL TV-nin təşkilatçılığı ilə baş tutan görüşdə AJB-nin sədri, Əməkdar jurnalist Elçin Şıxlı,Qafqaz” TV-nin direktoru Eltən Törəçi, EL TV-nin direktoru İqbal Məmmədəliyev, AJB-nin İşçi Qrupunun üzvləri, bölgədə fəaliyyət göstərən jurnalistlər, media rəhbərləri, televiziya, xəbər saytları və sosial media platformalarının nümayəndələri iştirak ediblər.
✅ Müşavirədə müasir jurnalistikanın qarşısında duran çağırışlar, bölgə mediasının inkişaf perspektivləri, yeni bilik və bacarıqların əldə olunmasının əhəmiyyəti, süni intellektdən səmərəli istifadə, video çəkilişi və montaj, sosial media idarəçiliyi, şəxsi brendin formalaşdırılması, data analizi, faktların yoxlanılması və kibertəhlükəsizlik kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

31/07/2026
🎓 İxtisas seçiminə az qaldı!Yaxşı düşün, seçimini doğru et — şəffaf və obyektiv təhsilə doğru addımını at!
30/07/2026

🎓 İxtisas seçiminə az qaldı!
Yaxşı düşün, seçimini doğru et — şəffaf və obyektiv təhsilə doğru addımını at!

🔴 Mingəçevir Turizm Kollecində müəllim vakansiyaları üzrə müsahibələrin I mərhələsi uğurla başa çatıb✅ 27 iyul 2026-cı i...
27/07/2026

🔴 Mingəçevir Turizm Kollecində müəllim vakansiyaları üzrə müsahibələrin I mərhələsi uğurla başa çatıb

✅ 27 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Mingəçevir Turizm Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi və kadr potensialının gücləndirilməsi məqsədilə elan olunmuş "Turizm" və "Muzey işi və abidələrin qorunması" ixtisasları üzrə müəllim vakansiyalarına müraciət etmiş namizədlərlə müsahibənin I mərhələsi uğurla həyata keçirilib.

✅ Müsahibə zamanı namizədlərin peşə bilikləri, ixtisas hazırlığı, pedaqoji bacarıqları və müvafiq sahələr üzrə nəzəri-praktiki bilikləri qiymətləndirilib, onlara turizm və muzey işi sahələrini əhatə edən müxtəlif suallar ünvanlanıb.

✅ Vakansiya müsabiqəsi davam edir və II mərhələ üzrə müraciətlərin qəbulu 30 avqust 2026-cı il tarixinədək davam edəcək.

✅ Mingəçevir Turizm Kolleci elan olunmuş ixtisaslar üzrə peşəkar və motivasiyalı namizədləri müsabiqədə iştirak etməyə dəvət edir.

Address

20 Yanvar Street, 12
Mingächevir
AZ4500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242743434

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir Turizm Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share