Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi

Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Education, Masalli Kosakül, Massaly.

01/05/2026
Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai hərbi hazırlıq üzrə təlim və məşğələlər davam etdirilir.M...
01/05/2026

Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai hərbi hazırlıq üzrə təlim və məşğələlər davam etdirilir.
Məktəbdə keçirilən məşğələlərə şagirdlərin cəlb olunması təmin edilmiş, onların hərbi bilik və bacarıqlarının artırılması istiqamətində mütəmadi işlər aparılmışdır. Təlimlər hərbi müəllimin rəhbərliyi ilə təşkil olunmuş, şagirdlərə ilkin hərbi hazırlıq, intizam qaydaları və praktiki bacarıqlar aşılanmışdır.
Eyni zamanda şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, fiziki hazırlığın artırılması və komandada işləmək bacarıqlarının formalaşdırılması diqqətdə saxlanılmışdır.
Qeyd edək ki, təlim və məşğələlərə cəlb olunan şagirdlərin sayında artım müşahidə olunur. Bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır.

Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 ...
29/04/2026

Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir zamanı şagirdlərə şairin həyatı və zəngin yaradıcılıq yolu haqqında geniş məlumat verildi, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulandı. Şagirdlər tərəfindən şairin şeirləri səsləndirildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu və onun əsərlərində əks olunan vətənpərvərlik, insanpərvərlik və milli-mənəvi dəyərlər müzakirə edildi.
Tədbir çərçivəsində şagirdlər Səməd Vurğunun yaradıcılığına böyük maraq göstərərək fikir mübadiləsi apardılar və onun ədəbi irsinin bu gün də aktuallığını qoruduğu vurğulandı.
Belə tədbirlər şagirdlərdə ədəbiyyata marağın artırılması, bədii düşüncənin formalaşdırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

27/04/2026
27 aprel 2026-cı il tarixində Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində peşə təhsilinin təşviqi məqsədilə m...
27/04/2026

27 aprel 2026-cı il tarixində Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində peşə təhsilinin təşviqi məqsədilə maarifləndirici görüş keçirildi.
Görüşdə Masallı Peşə Məktəbinin direktoru və nümayəndələri iştirak edərək IX, X və XI sinif şagirdləri ilə səmimi müzakirələr apardılar. Şagirdlər peşə təhsilinin üstünlükləri, müxtəlif ixtisaslar, tədris prosesi və praktik biliklərin əhəmiyyəti barədə ətraflı məlumatlandırıldılar.
Çıxışlar zamanı həmçinin məzunlar üçün mövcud iş imkanları, əmək bazarının tələbləri və düzgün karyera seçiminin önəmi xüsusi vurğulandı. Şagirdlərin sualları cavablandırıldı, onların gələcək planları ilə bağlı fikir mübadiləsi aparıldı.
Belə görüşlər şagirdlərin gələcək ixtisas seçiminə düzgün istiqamət vermək və peşə təhsilinə marağı artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

25/04/2026

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.
Monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

25/04/2026
25/04/2026

Address

Masalli Kosakül
Massaly

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category