Masallı rayonu Güllütəpə kənd tam orta ümumtəhsil məktəbi

Masallı rayonu Güllütəpə kənd tam orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Masallı rayonu Güllütəpə kənd tam orta ümumtəhsil məktəbi, Education, Güllütəpə kəndi, Masallı.

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

Son Zəng Tədbiri  🔔-----------------------------------------Bu gün məktəbimizdə məzunlarımız üçün əlamətdar və unudulmaz...
13/06/2026

Son Zəng Tədbiri 🔔
-----------------------------------------
Bu gün məktəbimizdə məzunlarımız üçün əlamətdar və unudulmaz olan “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edərək məzunları təbrik etdilər.
Məzunlarımız məktəb illərinə vida edərək yeni həyat mərhələsinə qədəm qoydular. Onlara gələcək təhsillərində və həyat yollarında uğurlar, yüksək nailiyyətlər və xoşbəxt bir gələcək arzulayırıq.

Əziz məzunlar, yolunuz daim açıq, uğurlarınız bol olsun!

06/06/2026
03 iyun 2026-cı il tarixdə  məktəbdə “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda tədbir keçirildi. Tədbir zamanı şagirdlər...
03/06/2026

03 iyun 2026-cı il tarixdə məktəbdə “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda tədbir keçirildi. Tədbir zamanı şagirdlərə Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumat verildi. Eyni zamanda bildirildi ki, BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nin həyata keçirilməsi yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım məqsədlərini əhatə edir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

01.06.2026-cı il tarixdə məktəb kollektivinin iştirakı ilə korrupsiyaya ilə mübarizə tədbirlərinə dair maarifləndirici t...
01/06/2026

01.06.2026-cı il tarixdə məktəb kollektivinin iştirakı ilə korrupsiyaya ilə mübarizə tədbirlərinə dair maarifləndirici tədbir keçirildi.

🇦🇿 28 May–Müstəqillik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.Tədbirdə şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin...
26/05/2026

🇦🇿 28 May–Müstəqillik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.
Tədbirdə şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və müstəqilliyimizin əhəmiyyəti barədə təqdimatlar etdilər, vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər və bədii kompozisiyalar nümayiş etdirdilər.

Müstəqilliyimiz əbədidir,sarsılmazdır, dönməzdir!
Yaşasın güclü,müstəqil Azərbaycan!

İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirildi.18 may–18 iyun tarixlərini əhatə edən "İnsan Hüquql...
21/05/2026

İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirildi.

18 may–18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində məktəbimizdə şagirdlərin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə insan hüquq və azadlıqlarının mahiyyəti, uşaq hüquqları, təhsil hüququ, bərabərlik prinsipi, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsi barədə ətraflı məlumat verildi. Şagirdlər mövzu ilə bağlı müzakirələrdə fəal iştirak etdilər.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə insan hüquqlarına hörmət, hüquqi mədəniyyət və vətəndaş məsuliyyəti hissinin formalaşdırılması olmuşdur.

16/05/2026

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

📚📖 Azərbaycan dili dərslərində “Oxu dəqiqələri”-------------------------------------------Şagirdlərdə oxu bacarıqlarının...
15/05/2026

📚📖 Azərbaycan dili dərslərində “Oxu dəqiqələri”
-------------------------------------------
Şagirdlərdə oxu bacarıqlarının və mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, kollektiv mütaliənin təşkili məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mətanət Cavadova tərəfindən V sinifdə “Oxu dəqiqələri” təşkil olundu.

13/05/2026

Bu gün məktəbimizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə şagirdlər böyük şairin zəngin yaradıcılığını əks etdirən “Vaqif” dramından maraqlı səhnəcik nümayiş etdirdilər.
Şagirdlərin təqdimatında nümayiş etdirilən səhnə əsərin ideya məzmununu, vətənpərvərlik ruhunu və milli dəyərləri dolğun şəkildə əks etdirmişdir. Tədbirin əsas məqsədi şagirdlərdə bədii ədəbiyyata marağın artırılması,milli-mənəvi dəyərlərin təbliği və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Səməd Vurğunun yaradıcılığının daha yaxından tanıdılması olmuşdur.

Address

Güllütəpə Kəndi
Masallı

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayonu Güllütəpə kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category