Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi

Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçisidir

24/08/2026

Tələbə adını qazanan bütün abituriyentlərimizi təbrik edirik! 🎓🇦🇿
ETİHİ Masallı Rayon Komitəsi olaraq ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanan bütün abituriyentlərimizi ürəkdən təbrik edirik!
Bu uğur ilk növbədə illərlə göstərilən əzmkarlığın, zəhmətin və məqsədyönlü çalışmağın nəticəsidir. Bu yolda onların yanında olan, bilik və təcrübələrini əsirgəməyən müəllimlərimizi, övladlarının uğuruna hər zaman dəstək olan valideynlərimizi də ürəkdən təbrik edir, onlara təşəkkürümüzü bildiririk.
Əziz gənclər!
Siz artıq həyatınızın yeni və mühüm mərhələsinə qədəm qoyursunuz. İnanırıq ki, tələbəlik illərində də bilik və bacarıqlarınızı daim inkişaf etdirəcək, Vətənimizə layiqli, savadlı və peşəkar mütəxəssislər kimi yetişəcəksiniz.
Hər birinizə tələbəlik həyatınızda möhkəm can sağlığı, bol uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq!
Qoy bugünkü uğurunuz gələcək böyük qələbələrinizin başlanğıcı olsun!
Təbrik edirik, əziz tələbələr! Yolunuz açıq, uğurlarınız davamlı olsun! 🌟
ETİHİ Masallı Rayon Komitəsi

Əməkdar müəllim Əhməd Məmmədovun 65 illik yubileyi qeyd olunubETİHİ Masallı Rayon Komitəsində Masallı rayon texniki-riya...
18/08/2026

Əməkdar müəllim Əhməd Məmmədovun 65 illik yubileyi qeyd olunub
ETİHİ Masallı Rayon Komitəsində Masallı rayon texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyinin tədris işləri üzrə müavini, əməkdar müəllimi Məmmədov Əhməd Əbülfəz oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə Əhməd Məmmədovun uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllimlik peşəsinə sədaqəti və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri yüksək qiymətləndirilib.
ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb. Sədr tərəfindən Əhməd Məmmədova Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
Səmimi görüşdə yubilyar ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

🇦🇿🇨🇳 Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsinin iştirakçıları ilə görüş keçirilibElm ...
15/08/2026

🇦🇿🇨🇳 Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsində Çində keçirilən “Robot Challenge World 2026” beynəlxalq istedad müsabiqəsində Azərbaycanı uğurla təmsil edən, Masallı rayonunun Banbaşı kənd C. Qasımov adına tam orta məktəbin şagirdləri ilə görüş keçirilib.
Görüş zamanı şagirdlərin beynəlxalq müsabiqədə iştirak etmələri, nümayiş etdirdikləri bilik, bacarıq və innovativ düşüncə yüksək qiymətləndirilib. 43 ölkədən iştirakçıların qatıldığı mötəbər yarışda ölkəmizi təmsil edən şagirdlərin iştirakı rayon təhsil ictimaiyyəti üçün qürurverici hadisə kimi qeyd olunub.
ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev şagirdləri beynəlxalq müsabiqədə iştirakları münasibətilə təbrik edərək, onlara gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb. Şagirdlərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsinin gənc nəslin elmə, texnologiyaya və innovasiyalara olan marağının göstəricisi olduğu vurğulanıb.
Görüş zamanı komanda üzvləri də çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Şagirdlər qeyd ediblər ki, ETİHİ Masallı Rayon Komitəsi onların hər bir uğuruna sevinir, yarışlarda iştiraklarını daim diqqətdə saxlayır və hər dəfə müsabiqədən sonra onları qəbul edərək uğurlarını təqdir edir. Onlar göstərilən diqqət və dəstəyin yeni uğurlara, daha böyük məqsədlərə doğru inamla irəliləmələri üçün əlavə stimul verdiyini vurğulayıblar.
Görüşün sonunda müsabiqə iştirakçıları ilə xatirə şəkilləri çəkilib və onların gələcək fəaliyyətlərində uğurlarının davamlı olması arzulanıb.
🇦🇿 Sizin uğurunuz bizim qürurumuzdur!

Masallı məktəblilərinin beynəlxalq yarışda iştirakıMasallı rayonunun Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəb...
10/08/2026

Masallı məktəblilərinin beynəlxalq yarışda iştirakı
Masallı rayonunun Cavanşir Qasımov adına Banbaşı kənd tam orta məktəbinin şagirdlərini “Robot Challenge World 2026” beynəlxalq müsabiqəsində qazandıqları uğur münasibətilə ürəkdən təbrik edirik!
Çin Xalq Respublikasında dünyanın 43 ölkəsinin iştirakı ilə keçirilən beynəlxalq yarışda məktəbin şagirdlərinin ölkəmizi təmsil etməsi böyük qürurverici nailiyyətdir.
Bu uğur gənclərimizin bilik və bacarıqlarının, istedadının və əzmkarlığının, eyni zamanda onların hazırlanmasında əməyi olan müəllimlərin zəhmətinin bariz göstəricisidir.
Azərbaycanın adını beynəlxalq səviyyədə uğurla təmsil edən gənclərimizlə fəxr edirik! 🇦🇿
ETİHİ Masallı Rayon Komitəsi

03/08/2026

Azərbaycan kinosu xalqımızın zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və tarixinin bədii salnaməsidir. Bu əlamətdar gün münasibətilə ölkəmizin kino xadimlərini və kinosevərlərini ürəkdən təbrik edir, Azərbaycan kinosunun inkişafına töhfə verən hər kəsə yeni yaradıcılıq uğurları arzulayırıq.

🇦🇿 1 AVQUST – AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜAzərbaycan dili – milli varlığımızın, mənəvi dəyərlərimizin və ...
01/08/2026

🇦🇿 1 AVQUST – AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜ
Azərbaycan dili – milli varlığımızın, mənəvi dəyərlərimizin və tarixi yaddaşımızın ən möhkəm dayaqlarından biridir.
Ana dilimiz xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin mədəniyyəti, ədəbiyyatı və milli düşüncəni yaşadaraq nəsildən-nəslə ötürən əvəzsiz mənəvi sərvətimizdir.
Bu gün Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə təhsil işçilərinin üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür. Çünki ana dilimizin sevgisini və zənginliyini gənc nəslə məhz biz aşılayırıq.
🌿 Dilimiz kimliyimizdir!
📚 Ana dilimizi sevək, qoruyaq və yaşadaq!
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün həmkarlarımızı və xalqımızı ürəkdən təbrik edirik!
🇦🇿 Ana dilimiz daim var olsun! Azərbaycanımız daim ucalardan uca olsun!
ETİHİ Masallı Rayon Komitəsi

ETİHİ Masallı Rayon Komitəsi olaraq sərhədçilərimizi “Dövlət Sərhəd Xidmətinin yaranması günü" münasibətilə ürəkdən təbr...
31/07/2026

ETİHİ Masallı Rayon Komitəsi olaraq sərhədçilərimizi “Dövlət Sərhəd Xidmətinin yaranması günü" münasibətilə ürəkdən təbrik edir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzu edirik...

22/07/2026
ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclası keçirilib Bu gün ETİHİ Masallı Rayon Komitə...
30/06/2026

ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclası keçirilib

Bu gün ETİHİ Masallı Rayon Komitəsində Rəyasət Heyətinin üzvləri ilə növbəti iclas keçirilib. Görüşdə ittifaq üzvlərinin sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışlarla təmin olunması qaydaları müzakirə edilib.
Rayon Komitəsinin sədri Rasim Nurullayev tərəfindən yollayışların verilməsi mexanizmi, onlayn qeydiyyat prosesi, növbəlilik prinsipi və müraciətlərin qiymətləndirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın və ədalətliliyin təmin olunması məqsədilə bütün müraciətlər müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbul edilir və növbəlilik əsasında icra olunur.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, yerlərdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları ittifaq üzvlərini yollayışların verilmə qaydaları, elektron qeydiyyat prosesi və tələb olunan sənədlər barədə mütəmadi olaraq məlumatlandırsınlar. Bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi və üzvlərin müraciətlərinin operativ şəkildə yönləndirilməsi tövsiyə olunub.

Görüşdə həmçinin qarşıda duran vəzifələr, həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Address

Heydər Əliyev Prospekti 34
Masallı
4400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share