26/05/2026
Məktəbimizdə korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, şəffaflığın və dürüstlüyün əhəmiyyəti barədə məlumat verildi. Çıxış edən müəllimlər gənclərin hüquqi savadlılığının artırılmasının vacibliyini vurğuladılar. Tədbir zamanı şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi, maarifləndirici videoçarxlar nümayiş etdirildi və müzakirələr aparıldı. Məqsəd şagirdlərdə ədalət, məsuliyyət və vətəndaşlıq dəyərlərinin formalaşdırılması olmuşdur.