Masallı rayon Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Masali
  • Masallı rayon Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbi

Masallı rayon Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbi Masallı rayon Banbaşı kənd Cavanşir Qasımov tam orta məktəbinin rəsmi sayfası

Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı k...
01/09/2026

Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi.

Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmir Akifzadə ölümündən sonra “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elmir Akifzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

30/08/2026

Banbaşı kənd tam orta məktəbinin 2026-cı il məzunları və uğurları. ​Məzunlarımızın Uğur Yolu: Tələbə adını qazananlar.

Məktəbimizdən universitetlərə uzanan uğur yolu!Tələbə adınız mübarək, əziz məzunlarımız!
24/08/2026

Məktəbimizdən universitetlərə uzanan uğur yolu!Tələbə adınız mübarək, əziz məzunlarımız!

13/08/2026
Məktəbimizin uğurları davam edir. Belə ki, şagirdimiz Şamilzadə Şamil Bəhruz oğlu yüksək bal (551) toplayaraq Daxili İşl...
12/08/2026

Məktəbimizin uğurları davam edir. Belə ki, şagirdimiz Şamilzadə Şamil Bəhruz oğlu yüksək bal (551) toplayaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına Hüquqşünaslıq üzrə ixtisasına qəbul olmuşdur. Xatırladım ki, Şamil SAF-2023 Beynəlxalq yarışında "Boat racing" kateqoriyası üzrə məktəbimizi təmsil edən komandanın tərkibində iştirak etmiş və respublika 2-si olmuşdur. Şagirdimizə gələcək təhsilində uğurlar arzulayırıq!

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şagirdlərimizin Çinə səfər öncəsi qəbul edib. Müəllim  və şagirdl...
23/07/2026

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şagirdlərimizin Çinə səfər öncəsi qəbul edib. Müəllim və şagirdləri "Təşəkkürnamə" ilə təltif edib.

02/07/2026
Məktəbimizin müəllimlərinin nəticələri Riyaziyyat fənni Fərrux müəllim 48 və Fiziki tərbiyə müəllimi Sevinc  müəllim 41....
26/06/2026

Məktəbimizin müəllimlərinin nəticələri Riyaziyyat fənni Fərrux müəllim 48 və Fiziki tərbiyə müəllimi Sevinc müəllim 41. Müəllimlərimizi təbrik edirik və fəaliyyətlərində uğurlar arzulayırıq.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi yekunlaşıb.Test mərhələsinin sonuncu günündə məktəbimizin də, müəllimlər...
25/06/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi yekunlaşıb.

Test mərhələsinin sonuncu günündə məktəbimizin də, müəllimləri iştirak edib. Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə keçirilən test imtahanlarında müəllimlərimizdən Fiziki tərbiyə müəllimi Nəriman Məmmədzadə 54 bal, Kimya müəllimi Həsən Ağazadə54, Texnologiya müəllimlərimiz Aygün Əyyubzadə 54 və Aysu Əliyeva 53, bal toplayıblar. Müəllimlərimizi təbrik edirik!

Address

Banbaşı
Masali

Website

Alerts

Be the first to know and let us send you an email when Masallı rayon Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share