Şuşa şəhər 5 nömrəli tam orta məktəb

Şuşa şəhər 5 nömrəli tam orta məktəb Şuşa rayon 5 nömrəli tam orta məktəb

24/12/2025
Ümumi orta təhsil haqqında adi attestatlar verilib   İyunun 25-də məktəbin IX sinif məzunlarına Ümumi orta təhsil haqqın...
26/06/2025

Ümumi orta təhsil haqqında adi attestatlar verilib

İyunun 25-də məktəbin IX sinif məzunlarına Ümumi orta təhsil haqqında adi attestatlar paylanılıb. Öncə məktəbin direktoru Pərviz Salmanov məzunları attestat almaq münasibəti ilə təbrik edərək gələcək təhsillərində onlara müvəffəqiyyətlər arzu edib və attestatları şagirdlərə təqdim edib.
Sonda xatirə şəklləri çəkilib.

14/06/2025

Əziz məzunlar!

Bu gün sizin həyatınızda yeni bir mərhələnin başlanğıcıdır – xatirələrlə dolu məktəb illərinə vida edərək məsuliyyətli və arzularla zəngin bir yola qədəm qoyursunuz.

“Son zəng” münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlar, qazandığınız dəyərlər sizi uğur zirvələrinə aparacaq.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən hər il 18 may-18 iyun ölkəmizdə "İnsan hüquqları ay...
12/06/2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən hər il 18 may-18 iyun ölkəmizdə "İnsan hüquqları aylığı" elan edilmişdir.Bununla bağlı məktəbdə insan hüquqları,uşaq hüquqları,onların cəmiyyətdə tutmalı olduqları yerləri və s. haqqında şagirdlərə maraqlı məlumat verildi. Sonda "Hüquqlarımızı bilək" mövzusunda şagirdləri maraqlandıran suallara cavab verildi.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasıyla ələqə...
11/06/2025

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasıyla ələqədar görüş keçirildi. Korrupsiya, onun cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlar haqqında söhbət aparıldı.





,

Dahi şəxsiyyət müasir Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində ana...
09/05/2025

Dahi şəxsiyyət müasir Azərbaycanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
Ulu Öndər bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir. Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi idi.
8 may 2025-ci il tarixində məktəbin tarix müəllimi Aytən Cəfərova Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verdi.

08/05/2025
10/04/2025
"REPRODUKTİV SAĞLAMLIQ NƏDİR"  07.04.2025-ci il tarixində məktəbin Kimya-biologiya müəllimi Mircəlil Əbdülov IX sinif şa...
07/04/2025

"REPRODUKTİV SAĞLAMLIQ NƏDİR"

07.04.2025-ci il tarixində məktəbin Kimya-biologiya müəllimi Mircəlil Əbdülov IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusunun lll məşğələsini təşkil ediblər. Şagirdlərə əvvəlcə "Sağlamlıq nədir?", " Bu sözün tərifini necə vermək olar?" kimi suallar verilib və onların cavabları dinlənilib. Onların içərisindən ən yaxşı tərif seçilib və onun əsasında yeni bir tərif hazırlanıb. Daha sonra Reproduktiv sağlamlıq haqqında danışılıb, reproduktiv sağlamlığın nəsilvermə sisteminin xəstəlik və fiziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halı olması barədə geniş məlumatlar verilib. Şagirdlər reproduktiv sistemin qruluşu barədə məlumatlara yiyələniblər.

Məktəbin Kimya-biologiya müəllimi Əbdülov Mircəlil IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq “Qohumlar arası nigahın...
06/04/2025

Məktəbin Kimya-biologiya müəllimi Əbdülov Mircəlil IX sinif şagirdləri ilə Reproduktiv sağlamlıq “Qohumlar arası nigahın fəsadları” mövzusunda maarifləndirici söhbət apardı.

Reproduktiv Sağlamlıq və Sosial Əhatənin Əhəmiyyəti: “Qohumlar arası nigahın fəsadları”

Reproduktiv sağlamlıq, fərdlərin cinsi və reproduktiv funksiyalarını sağlam bir şəkildə həyata keçirmək qabiliyyətidir. Bu mövzu, təkcə fizioloji sağlamlıqla bağlı deyil, eyni zamanda psixoloji, sosial və mədəni amillərlə də əlaqəlidir. Reproduktiv sağlamlığın qorunması və təbliği yalnız fərdin öz məsuliyyəti deyil, həm də ətraf mühitin, o cümlədən cəmiyyətin və dövlətin dəstəyinə bağlıdır. Sağlam cinsi davranışlar, təhlükəsiz hamiləlik, qarşısının alınması və reproduktiv hüquqların müdafiəsi kimi məsələlər, ətraf mühitin təsiri altında inkişaf edir.
Reproduktiv sağlamlıq mövzusu həm fərdi, həm də kollektiv məsuliyyət tələb edən bir sahədir.



Elm və Təhsil nazirinin 28.02.25- ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4 -10 mart 2025- ci il tarixlərind...
06/03/2025

Elm və Təhsil nazirinin 28.02.25- ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4 -10 mart 2025- ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
“İdman həftəsi”çərçivəsində 6 mart 2025-ci il tarixdə Şuşa şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlərə ümumi fiziki hazırlıq keçirildi.

Elm və Təhsil nazirinin 28.02.25- ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4 -10 mart 2025- ci il tarixlərind...
06/03/2025

Elm və Təhsil nazirinin 28.02.25- ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4 -10 mart 2025- ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
“İdman həftəsi”çərçivəsində 6 mart 2025-ci il tarixdə Şuşa şəhər 5 nömrəli tam orta məktəbdə volebol yarışı keçirildi.

Address

Baku
Mardakyany

Opening Hours

Monday 13:00 - 19:00
Tuesday 13:00 - 19:00
Wednesday 13:00 - 19:00
Thursday 13:00 - 19:00
Friday 13:00 - 19:00

Telephone

(012) 454-48-26

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa şəhər 5 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şuşa şəhər 5 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category