Xaçmaz Rayon K.Gəncəliyev adına Manafoba kənd ümumi orta məktəbi

Xaçmaz Rayon K.Gəncəliyev adına Manafoba kənd ümumi orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xaçmaz Rayon K.Gəncəliyev adına Manafoba kənd ümumi orta məktəbi, School, Xaçmaz rayonu Manafoba kəndi, Manafoba.

Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkil qarşıdan gələn Beynəlxalq Süh Günü münasibətilə. 21 avqust - 21 se...
18/09/2026

Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkil qarşıdan gələn Beynəlxalq Süh Günü münasibətilə. 21 avqust - 21 sentyabr ölkədə "Sülh aylığı" elan etmişdir.
Bu səbəblə Sülh günü tədbirlərimiz davam edir.
Təşkilatçı: Günay Ağayeva
Sinif Vl

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə- Azərbaycan və Özbəkistan ar...
23/08/2026

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə barədə
- Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır.
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb;

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəya...
23/07/2026

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat barədə

- Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq.
Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir.
İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir;

MİQ imtahanında yüksək nəticə göstərən Kazım Gəncəliyev adına  Manafoba kənd ümumi orta ümumtəhsil məktəbinin dəyərli mü...
21/07/2026

MİQ imtahanında yüksək nəticə göstərən Kazım Gəncəliyev adına Manafoba kənd ümumi orta ümumtəhsil məktəbinin dəyərli müəllimlərini ürəkdən təbrik edirik! Əldə etdiyiniz uğur zəhmətinizin, bilik və peşəkarlığınızın göstəricisidir. Sizə gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər, möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq!

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zam...
23/06/2026

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat barədə

- Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim.
O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik;

🔔"Son Zəng" tədbirindən görüntülər...13.06.2026
14/06/2026

🔔"Son Zəng" tədbirindən görüntülər...
13.06.2026

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyini...
12/06/2026

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Ulu Öndər Heydər Əliyev
- Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər;

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. 1918-ci il mayın 28-də...
26/05/2026

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin müstəqilliyi elan olunub, xalqımızın azadlıq və dövlətçilik tarixinə yeni bir səhifə yazılıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.

28 May – Müstəqillik Günü münasibətilə məktəbdə “Müstəqillik yolunun işığında” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar Nəzərov açaraq 28 May tarixinin Azərbaycan xalqının taleyində mühüm yer tutduğunu, müstəqilliyimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın əsas vəzifəsi olduğunu vurğulayıb. O, şagirdlərə milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə daim sadiq qalmağı tövsiyə edib.
Daha sonra məktəbin direktor müavini və müəllimləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, milli dövlətçilik ənənələri və müstəqilliyimizin əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompozisiyalar təqdim olunub.

28 May - Müstəqillik Günü ilə əlaqədarŞərqdə və müsəlman dünyasında ilk demokratik dövlət - Şərqin ilk demokratik, hüquq...
23/05/2026

28 May - Müstəqillik Günü ilə əlaqədar

Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
- Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası.
Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb;

İnsan hüquqları aylığı çərçivəsində məktəbdə maarifləndirici dərs keçirilmişdir. Dərsin əsas məqsədi şagirdlərdə insan h...
22/05/2026

İnsan hüquqları aylığı çərçivəsində məktəbdə maarifləndirici dərs keçirilmişdir. Dərsin əsas məqsədi şagirdlərdə insan hüquq və azadlıqları, bərabərlik, tolerantlıq və hüquqi biliklər barədə məlumatlılığın artırılması olmuşdur.
Dərs zamanı şagirdlərlə insan hüquqlarının qorunması, uşaqların hüquqları, qarşılıqlı hörmət və cəmiyyət qarşısında məsuliyyət mövzularında fikir mübadiləsi aparılmış, maarifləndirici çıxışlar təqdim edilmişdir. Şagirdlər mövzu ilə bağlı təqdimatlar və nümunələr əsasında öz fikirlərini bölüşərək fəal iştirak etmişlər.
Keçirilən dərs şagirdlərin hüquqi dünyagörüşünün formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması baxımından əhəmiyyətli olmuşdur.
Sinif:Vll
Müəllim:Aysel B.
Fən:Azərbaycan dili və ədəbiyyat
Tarix:22.05.2026

Address

Xaçmaz Rayonu Manafoba Kəndi
Manafoba

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz Rayon K.Gəncəliyev adına Manafoba kənd ümumi orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xaçmaz Rayon K.Gəncəliyev adına Manafoba kənd ümumi orta məktəbi:

Shortcuts

Share

Category