30/08/2013
Bu ildən orta məktəblərdə ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunacaq.
Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə bu gün ASAIF-in “XI Yay Forumu”nda təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, bununla bağlı əmr imzalayacaq:
“Bu bizim üçün vacib mövzulardan biridir. Buna görə də bununla bağlı əmr imzalayacağam”.