Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lerik
  • Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbi Təhsil
(1)

Təbrik edirik!
25/08/2026

Təbrik edirik!

24/08/2026

Məktəbimizin uğurları bu tədris ilində də davam edir. Belə ki, məktəbimizin 7 məzunundan 4-ü tələbə adını qazanıb.

🎓 İbadov Seymur Sabir oğlu — Sumqayıt Dövlət Universiteti, İnformasiya təhlükəsizliyi ixtisası — dövlət sifarişi əsasında;(345.8)

🎓 Mərəyev Hidayət Surac oğlu — Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mexatronika və radiotexnika mühəndisliyi ixtisası — dövlət sifarişi əsasında;(355.8)

🎓 Cəbiyev Məmməd Şaiq oğlu — Azərbaycan İdman Akademiyası, Ümumi fiziki hazırlıq ixtisası;(125.3)

🎓 Şərbətov Fərid Cəlal oğlu — Lənkəran Dövlət Universiteti, Aqromühəndislik ixtisası — dövlət sifarişi əsasında.(216)

Tələbə adını qazanan məzunlarımızı, onların valideynlərini və bu uğurda əməyi olan bütün məktəb kollektivimizi səmimi-qəlbdən təbrik edirik! 🌟

Əziz məzunlarımız, sizə tələbəlik həyatınızda və gələcək fəaliyyətinizdə bol uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq! 🇦🇿📚🎓

Uğurlarınız daim olsun!

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Bu gün məktəbimizin şəhid məzunu Həmidov Kitabəli Tərlan oğlunun anım günüdür. Şəhidimizə Allahdan rəhmət, doğmalarına s...
23/08/2026

Bu gün məktəbimizin şəhid məzunu Həmidov Kitabəli Tərlan oğlunun anım günüdür. Şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

24/07/2026
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Yaşı...
02/07/2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Yaşıl ASAN” ekoloji proqramı və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində VII “Yaşıl dağ” ekoloji sosial aksiyasının keçirilməsi ilə əlaqədar Lerik rayon Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil
məktəbində 01.07.2026-cı il tarixində istifadəyə yararsız kağız tullantılarının toplanması prosesinə cəlb edilməsi, toplanmış tullantıların mərkəzləşdirilmiş qaydada bir araya gətirilməsi təşkil edilmiş və aksiya çərçivəsində həyata keçirilmiş toplama prosesinə lazımi dəstək göstərilmişdir.
Aksiyaya könüllü qoşularaq ətraf mühitin qorunmasına öz töhfələrini verən bütün şagirdlərimizə və müəllimlərimizə səmimi təşəkkürümüzü bildiririk. Göstərdiyiniz həssaslıq, fəallıq və məsuliyyət hər birimiz üçün nümunədir. Birlikdə daha təmiz və daha yaşıl gələcək naminə!


Bu gün müəllimlərin sertifikasiya imtahanında məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Saday  Rəhmətov te...
25/06/2026

Bu gün müəllimlərin sertifikasiya imtahanında məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Saday Rəhmətov texnologiya fənni üzrə 52 bal, fiziki tərbiyə müəllimi Allahşükür Babazadə 49 bal , informatika müəllimi Aysel Nurizadə 45 bal toplayaraq yüksək nəticə göstərmişlər.
Məktəb rəhbərliyi və pedaqoji kollektiv adından hər iki müəllimi əldə etdikləri uğurlu nəticə münasibətilə səmimi qəlbdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Address

Lerik Rayonu Ambu Kəndi
Lerik
4300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994505499180

Website

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category