Lerik rayonu Telman Kazımov adına Veri kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Lerik
  • Lerik rayonu Telman Kazımov adına Veri kənd tam orta ümumtəhsil məktəbi

Lerik rayonu Telman Kazımov adına Veri kənd tam orta ümumtəhsil məktəbi Telman Kazımov adına Veri kənd tam orta ümumtəhsil məktəbi

Admin : Mahir Əliyev

20/08/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri, kitabxanaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, katibə-makinaçı, laborant) işə qəbul üzrə müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ Qeydiyyat
2️⃣ Test imtahanı

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 19 avqust 2026-cı il tarixindən 26 avqust 2026-cı il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayonlar (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- təhsil haqqında sənədin surəti (attestat, diplom);
- əmək kitabçasının surəti (olduğu halda);
- şəhid ailəsi üzvü olduqda müvafiq vəsiqənin surəti;
- hərbi biletin surəti (GÇHR vəzifəsi üzrə müraciət etdikdə).

Təqdim olunmuş sənədlər əsasında namizədlərin müvafiq tələblərə uyğunluğu yoxlanıldıqdan sonra, test imtahanında iştirakı təsdiq edilmiş namizədlərin qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrəsinə müsabiqənin keçiriləcəyi tarix və yer barədə məlumat göndəriləcək.

Şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla və qanunvericiliyin tələbləri gözlənilməklə müsabiqədənkənar qaydada həyata keçirilir.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:
🔗 https://shorturl.at/vEXRr
İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

🔗 Müvafiq vəzifələrin tutulmasına dair tələblər və müsabiqə proqramı ilə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz: https://shorturl.at/sxvDE

Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:
✔️ 10 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 10 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 40 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir və səhv cavablar düzgün cavablara təsir göstərmir. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab edilir. İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malik olurlar. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun azalan sıra ilə davam etdirilir.

Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
1) müharibə iştirakçıları və onların ailə üzvləri;
2) təhsil səviyyəsi daha yüksək olan şəxslər;
3) iş stajı daha çox olan şəxslər;
4) müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir. Müsabiqədən keçmiş namizədlər müvafiq təhsil müəssisəsində mövcud olan vakansiyaya təyin edilməzdən əvvəl namizədin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbəsi ilə razılaşdırıldıqdan sonra rəsmiləşdirmə həyata keçiriləcək.

Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

📌 Qeyd:
- Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.
- Təqdim edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır.
- Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.

15/07/2026
16/06/2026
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

https://www.facebook.com/share/p/1NvcJMecmq/
11/06/2026

https://www.facebook.com/share/p/1NvcJMecmq/

Polis əməkdaşlarının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında narkomaniya və erkən nikahın zərərli təsirləri ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.

📍Növbəti belə görüş Lerik rayon Veri kənd tam orta ümumtəhsil məktəbində keçirilib.

🔴 Narkomaniyanın insan sağlamlığına, cəmiyyətin sosial rifahına və ailə institutuna vurduğu ağır zərərlər ətraflı izah edilib.

🔴 Erkən nikahın hüquqi, psixoloji və sosial fəsadları konkret faktlar və real nümunələr əsasında diqqətə çatdırılıb.

Görüş interaktiv müzakirə formatında keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

Address

Lerik
AZ4300

Alerts

Be the first to know and let us send you an email when Lerik rayonu Telman Kazımov adına Veri kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category