Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi

Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi

Share

Lerik rayonu Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi

08/10/2025

Vətən müharibəsinin başladığı ilk günlərdən “Dəmir yumruq” əməliyyatını uğurla həyata keçirən Azərbaycan Ordusunun rəşadəti sayəsində hər gün cəbhədən qələbə xəbərləri alırdıq.
Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk rayon oldu və bu xəbəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi.
Cəbrayıl şəhərinə səfər etmişdilər. İşğaldan azad olunmuş Xudafərinə üçrəngli Azərbaycan bayrağının sancılması çox böyük əhəmiyyət kəsb edirdi. Dünyada yaşayan bütün azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunmasını çox böyük fəxarət hissi ilə qeyd edirdilər. Cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və praqmatik siyasət nəticəsində Azərbaycan Qafqazın ən güclü ölkəsinə çevrilmişdir. İşğldan azad olunmuş torpaqlarımızın hamısında geniş abadlıq-quruculuq işləri görülməkdədir. Dost və qardaş Türkiyə şirkətlərinin dəstəyi və birgə iştirakı ilə böyük infrastruktur layihələri icra edilir. Şəhərlərimiz, kəndləriimiz, qəsəbələrimiz gündən-günə abadlaşaraq daha gözəl olacaqdır. Yağı düşmənə göz dağı verən Rəşadətli Ordumuz vətənimizin sərhədlərini, ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur. Üzun illər davam edən münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan bütün addımlar heç bir nəticə vermədi. Beynəlxalq təşkilatlatların münaqişənin həllinə biganə yanaşması və ikili standartları hərb variantını qaçılmaz edirdi. Azərbaycan hər zaman öz rəsmi mövqeyini bildirmişdir ki, Ermənistan işğal edilmiş torpaqlarımızı barış yolu ilə geri qaytarmasa hərb yolu ilə geri alınacaqdır. BMT qətnamələrinin heç birinə məhəl qoymayan mənfur Ermənistanın başı üzərində “dəmir yumruğu” göstərməyin zamanı gəlmişdir. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti və qədirbilən xalqımızın həmrəyli ilə bütün torpaqlarımız işğaldan xilas edildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfərimz bütün cahanda dillər əzbəridir. Qarabağın işğaldan azad olunması yolunda ilk cığırlarımız Suqovuşandan, Cəbrayıldan, Hadrutdan başlamışdır. Azadlığın mübarək Cəbrayıl!

08/10/2025

Bəxtiyar Vahabzadənin 100 illiyi – Millətin Səsi, Zamanın Vicdanı

2025-ci il Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi kimi tarixə düşür. Bu yubiley təkcə bir sənətkarın ömrünü qeyd etmək deyil, həm də bütöv bir xalqın yaddaşını, ruhunu və milli kimliyini anmaq deməkdir.

Millətin Oğlu – Xalqın Şairi

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində dünyaya göz açmışdır. O, təkcə söz ustası deyil, həm də milli düşüncənin, azadlıq ideallarının daşıyıcısı idi. Onun yaradıcılığında Azərbaycan xalqının taleyi, vətən sevgisi, azadlıq arzusu və insanlıq duyğuları bir-birinə qovuşur.

Şairin səsi bəzən bir xalqın hayqırtısı kimi, bəzən isə bir ana laylası qədər sakit və dərin duyğulu eşidilir. Onun hər misrasında xalqın dərdi, sevinci, ümid və qüruru yaşayır.

Yaradıcılığında Vətən və Azadlıq Nəfəsi

Vahabzadə “Gülüstan”, “Ana dili”, “Ölüm və zaman”, “Vicdan”, “Latın dili” kimi əsərləri ilə təkcə Azərbaycan ədəbiyyatında deyil, bütöv türk dünyasında azad düşüncənin səsi oldu. Xüsusilə “Gülüstan” poeması uzun illər sovet senzurasına meydan oxuyan bir milli manifestə çevrildi.

Onun poeziyası vətənə yalnız coğrafi anlamda deyil, mənəvi bağlılıq, dilə, mədəniyyətə və tarixə sədaqət kimi dəyərlərlə yanaşırdı. Şair üçün Vətən sadəcə torpaq deyil, həm də mənəviyyat və yaddaşın birliyidir.

Elm və Ədəbiyyatın Birləşdiyi Zirvə

Bəxtiyar Vahabzadə uzun illər Bakı Dövlət Universitetində müəllimlik etmiş, yüzlərlə gəncin ədəbi zövqünün formalaşmasına təsir göstərmişdir. O, şair olmaqla yanaşı, alim, filosof və vətəndaş ziyalısı idi. Onun fikrincə, ədəbiyyat təkcə hissin deyil, həm də düşüncənin məhsuludur.

Əbədiyaşar Ad və İrs

Bu gün Bəxtiyar Vahabzadənin adı təkcə ədəbiyyatda deyil, xalqın yaddaşında əbədiləşib. Onun misraları dillərdə, məktəb dərsliklərində, xalqın ürəyində yaşayır:

> “Vətən demək – torpaq demək deyil,
Vətən demək – mən demək, sən demək deyil,
Vətən böyük bir xalq deməkdi!”

Onun 100 illiyi həm keçmişə ehtiram, həm də gələcəyə borcdur. Bu yubiley bizə bir daha xatırladır ki, xalqını sevən söz adamı heç vaxt unudulmur.

Nəticə

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının, milli düşüncəsinin və mənəvi dünyasının ən parlaq simalarından biridir. Onun yüz illiyi yalnız bir tarix deyil – mənəvi dirçəlişin, milli qürurun və azadlıq ruhunun bayramıdır.

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 05/07/2025

25.06.2025 ci il tarixində məktəbimizdə ümumi orta təhsil pilləsini (IX sinif) başa vurmuş məzunlara ümumi orta təhsil haqqında attestatlar təqdim edildi.
Məzunları təbrik edir, növbəti təhsil pilləsində uğurlar arzulayırıq.

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 27/05/2025

27.05.2025-ci il tarixində Lerik rayonu Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Qurbanzadə Nicat tərəfindən "Uşaqların ekoloji sahədə maarifləndirilməsi" mövzusunda tədbir keçirtdi.
Tədbir zamanı müəllim, insanların ətraf mühitə vurduğu ziyanlar barədə məlumat verərək, hər bir insanın təbiətə qayğı ilə yanaşmasının vacibliyini şagirdlərin diqqətinə çatdırdı.
Tədbir zamanı şagirdlər, bu sahədə görülə biləcək işlər haqqında öz fikirlərini söylədilər.
2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik" ili elan olunması, respublikamızın bu sahəyə göstərdiyi diqqət, şagirdlərin nəzərinə bir daha çatdırıldı.

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 14/05/2025

14 aprel 2025-ci il tarixdə Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbində məktəbin fəaliyyəti planına uyğun olaraq lV sinifdə Azərbaycan dili və riyaziyyat, VI sinifdə isə Azərbaycan dili, riyaziyyat və təbiət fənləri üzrə növbəti monitorinq qiymətləndirmə imtahanı keçirildi.
Şagirdlərimizə uğurlar arzulayırıq..

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 09/05/2025

10 May-Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür!
08 may 2025-ci il tarixində Lerik rayonu Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbində Heydər Əliyevin anadan olmasının 102 -ci il dönümü ilə əlaqədar tədbir keçirildi.
Yığıncaq Himninin səsləndirilməsi ilə açıq elan edildi. Məktəbin direktoru Əkrəm Hüseynov Ulu Öndərin uğurlu həyat yolundan danışaraq çoxşaxəli nitq söyləyərək tədbir iştirakçılarını məlumatlandırdı.
Daha sonra söz məktəbin Kimya və biologiya müəllimi Mehriban Muradova verildi. Mehriban müəllimə şahidi olduğu hadisələrdən,faktlardan , Heydər Əliyevin şəffaf siyasət yolundan söhbət açdı.
Şagirdlərin hazırladıqları təqdimat və şeirlərlə tədbir davam etdi .


22/04/2025

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 22/04/2025

Məktəbin fəaliyyət planına uyğun olaraq IV və VI siniflərdə məktəbdaxili Monitorinq sınaq imtahanı keçirildi. Şagirdlərin 4 və 6-cı siniflərdə keçiriləcək monitorinq imtahanlarına daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.Şagirdlərimizə uğurlar arzulayırıq.

15/04/2025

📢1-ci sinfə qəbulda yenilik: Şəxsi kabinetə giriş “Digital Login” vasitəsilə həyata keçiriləcək

ℹ️2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.

💻Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər.

❗Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 13/04/2025

Reproduktiv sağlamlıq mövzusunda dərslərin keçirilməsi qrafikinə uyğun olaraq məktəbin Kimya-biologiya müəllimi Mehriban Muradovanın təşkilatçılığı ilə 8 sinifdə "Erkən nikahın fəsadları" , 9 sinifdə "Qohumlararası nikahın fəsadları" ilə bağlı dərslər keçirildi

Photos from Lerik rayonu T.Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbi's post 19/03/2025

Bu gün Teymur Məhərrəmov adına Şonaçola kənd ümumi orta ümumtəhsil məktəbində " Novruz "bayramı qeyd olundu.
Şənlik Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Əkrəm Hüseynov bayramın gözəlliklərindən, adət-ənənələrimizdən geniş nitqi ilə söylədi .
Tədbirimiz Novruzun simvolları olan Kosa, Keçəl və Bahar qızı ilə daha da gözəlləşdi.
Müxtəlif tamaşa, lətifə və yarışmalarla davam edən tədbirimiz "Qalib xonça" yarışması ilə davam etdi. Qalib sinif əziz Vl-lar oldu.
Daha sonra şagirdlərimiz tərəfindən gözəl şeirlər dinlənildi.
Məktəbin pedaqoji kollektivinin şagirdlərə olan xoş diləkləri eşidildi.
Ruh oxşayan bahar mahnıları ilə tədbir yekunlaşdı .

Want your school to be the top-listed School/college?

Telephone

Website