13/06/2026
Lerik rayon Piran kənd tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Elvin Səmədov çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı. Çıxışdan sonra tədris ili ərzində nümunəvi davranışları, akademik göstəriciləri və fəallıqları ilə seçilən şagirdlərimizə, eləcə də tədris ili boyunca səmərəli fəaliyyət göstərən müəllimlərimizə təşəkkürnamələr təqdim olundu.
Daha sonra məzunlarımızın sinif rəhbəri Əbdüləzim Talıbi çıxış edərək şagirdlərinə xoş arzularını çatdırdı. Tədbirdə iştirak edən müəllimlərimizdən Mətləb müəllim və Ramin müəllim övladları məzun olan valideynlər kimi çıxış edərək öz ürək sözlərini, arzu və tövsiyələrini bölüşdülər. Digər məzun valideynləri də çıxış edərək övladlarının bu əlamətdar günündə sevinc və qürur hisslərini ifadə etdilər.
Məzunlar çıxışlarında müəllimlərinin onlara verdiyi bilikdən, göstərdikləri diqqət və zəhmətdən danışaraq təşəkkürlərini ifadə etdilər.