08/01/2022
5 yanvar 2022-ci il tarixindən “Kitabla danış” proqramının yayımına start verilir.
Məqsəd təhsilin idarə olunması və pedaqogika ilə bağlı beynəlxalq ədəbiyyatın təhsil ictimaiyyətinə təqdim edilməsidir. Bu məqsədlə hər həftə silsilə olaraq bir kitab barədə təqdimat nümayiş ediləcək.
Bu gün saat 19:30-da baş tutacaq ilk təqdimat professor Peter Norshausun “Liderlik: nəzəriyyə və təcrübə” kitabına həsr olunacaq.
“Kitabla danış” proqramını hər həftənin çərşənbə günü saat 19:30-da "T-Network"-un “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.
08/01/2022
“Düşünən oxucu” müsabiqəsinə start verilib
Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqəyə start verilib. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq.
3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5 – 21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar – 7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8 – 21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.
Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”nda bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdır. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməli, eyni zamanda təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.
Sonda müsabiqə qaliblərinin diplom və hədiyyələrlə təltif edilməsi nəzərdə tutulub.
08/01/2022
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan
Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.
Ətraflı: https://baku.edu.gov.az/az/page/9/6032
08/01/2022
Fənn olimpiadaları üçün qeydiyyatdan keçən şagirdlərin nəzərinə!
10 yanvar tarixindən Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə biləcəklər. Proses 15 yanvar saat 18:00-dək davam edəcək.
IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Həmin şagirdlərin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçirildiyindən, onlar buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə biləcəklər.
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi 22 yanvar 2022-ci il tarixində keçiriləcək.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
Respublika fənn olimpiadaları "Kapital Bank" ilə əməkdaşlıq əsasında həyata keçirilir.
08/01/2022
12 yanvar saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Ətraflı: https://bit.ly/337Nqcf
08/01/2022
Təhsil tələbə krediti üçün müraciətlərin qəbulu davam edir.
Cari tarixədək olan müraciətlərin sayı 4083 nəfər təşkil edir. Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.
Ətraflı: https://bit.ly/3mYBKzE