27/05/2026
🇦🇿 26.05.2026-cı il tarixində Lerik rayonu Azər Təhməzov adına Pirasora kənd tam orta ümumtəhsil məktəbi ndə 28 May – Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir zamanı 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat verildi. Çıxış edən məktəbin Sinifdənxaric məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı rəhbər Həsənov qeyd etdi ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuş və milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən birini təşkil etmişdir.