18/06/2026
“Son zəng” tədbiri keçirilib
13.06.2026-cı il tarixində 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbiri keçirildi. Tədbir Dövlət Himninin ifası və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Tədbirin gedişində çıxış edən məktəb rəhbərliyi və müəllimlər və valideynlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, təhsil yolunda qazandıqları bilik və bacarıqların daim onların yolunu işıqlandıracağını vurğulayıblar.
14/06/2026
📌 Pedaqoji Şuranın yekun iclası keçirilib.
12 iyun 2026-cı il tarixdə 2025/2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi.
İclasda tədris ilinin yekunları müzakirə edildi, şagirdlərin illik qiymətləri və təlim nailiyyətləri nəzərdən keçirildi, sinifdən-sinfə keçirmə, buraxılış və digər müvafiq məsələlər barədə qərarlar qəbul olundu. Həmçinin məktəbin tədris-tərbiyə fəaliyyəti təhlil edilərək növbəti tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Sonda tədris ilinin uğurla başa çatdırılmasında əməyi olan müəllimlərə təşəkkür bildirildi və kollektivə gələcək fəaliyyətində uğurlar arzulandı.
10/06/2026
📢 Sağlamlıq və təhlükəsizlik mövzusunda maarifləndirici söhbət keçirilib.
Məktəb üzrə təşkilatçı Səxavət Bayramov və məktəb psixoloqu Hacıyev Teymur tərəfindən şagirdlərlə görüş keçirilib.
Görüş zamanı şagirdlər mövzu ətrafında çıxış edərək öz fikirlərini bölüşübülər.
06/06/2026
IV və VI sinif şagirdləri üçün təşkil olunan monitorinq imtahanında şagirdlərin iştirakı təmin olunub.
Şagirdlərimizə uğurlar arzulayırıq
06/06/2026
BSQ - 2 - nin V günü.
Şagirdlərimizə uğurlar arzulayırıq.
05/06/2026
BSQ - 2 - nin lV günü.
Şagirdlərimizə uğurlar arzulayırıq.
04/06/2026
BSQ - 2 - nin lll günü.
Şagirdlərimizə uğurlar arzulayırıq.
03/06/2026
Məktəbin Kimya və biologiya müəllimi Əliyev İlham tərəfindən kütləvi qırğın silahları,onun zərərləri və bu silahlardan qorunmaq üçün görüləcək tədbirlər barədə maarifləndirici görüş keçirilmişdir.
02/06/2026
Məlumat verildiyi kimi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər olmaqla ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində monitorinq təşkil olunacaq.
Bununla əlaqədar olaraq məktəb rəhbərliyi tərəfindən 02.06.2026 tarixində monitorinqdə iştirak edəcək şagirdlərin valideynləri ilə göruş keçirib.
Valideynlərə monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirmək olduğu izah edilib.