Lənkəran rayonu Mais Mirzəcanov adına
Yuxarı Nüvədi kənd tam orta
ümumtəhsil məktəbinin
“Facebook” səhifəsinə xoş gəlmişsiniz. 🏫
Fəaliyyətimiz, nailiyyətlərimiz və yeniliklərimizlə ətraflı tanış olmaq üçün bizi izləməyi unutmayın! Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin rəsmi Facebook səhifəsinə xoş gəlmisiniz! 👋🏻📚
🏫 Təhsil müəssisəmiz 1932–1933-cü tədris ilində Məşədi Yusif İbrahimovun mülkündə fəaliyyətə başlamış, 1936-cı ildə isə uyğunlaşdırılmış binaya köçürülmüşdür. 1980-ci ildən etibarən məktəb 10 illik orta məktəb statusu almışdır.
🇦🇿 1996-cı ildən etibarən məktəbimiz Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş məzunumuz Mais Hüseynağa oğlu Mirzəcanovun adını daşıyır. Eyni zamanda, İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) canını Vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə ucalmış Vüsal Kamran oğlu Kazımov da məktəbimizin məzunudur. 🕊 Hər iki şəhidimizin xatirəsi daim ehtiramla yad edilir.
📜 Məktəbə müxtəlif illərdə aşağıda adları qeyd olunan şəxslər rəhbərlik etmişlər:
📌 1936–1946: Məzahir Cəfərov
📌 1946–1960: Əlişah Dadaşov
📌 1960–1969: Mirnəva Həsənov
📌 1970–1977: Əhəd Əliyev
📌 1977–1990: Rzaqulu Rzayev
📌 1990–1999: Əlimərdan Əliyev
📌 1999–2009: Səməd Səmədov
📌 2010–2020: İlhamə Orucova
📌 2021–2022: Faiq Vəliyev (direktor əvəzi)
🎓 94 illik tarixə malik olan məktəbimizə hazırda Ramiz Novruz oğlu Ramazanov rəhbərlik edir. O, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin 12 sentyabr 2022-ci il tarixli əmrinə əsasən direktor vəzifəsinə təyin olunmuşdur. 📄
Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin əsas missiyası — milli-mənəvi dəyərlərə sadiq ❤, vətənpərvər 🇦🇿, müasir bilik və bacarıqlara yiyələnmiş 📚, yaradıcı və məsuliyyətli gənclər yetişdirməkdir. Təhsil prosesimizdə hər bir şagirdin fərdi inkişafına dəstək göstərmək, onun intellektual, mənəvi və sosial potensialını üzə çıxarmaq 💡 və gələcək uğurlarına möhkəm təməl yaratmaq əsas hədəfimizdir. Dəyərli izləyicilərimiz, ümumtəhsil məktəbi olaraq fəaliyyətimiz barədə ictimaiyyəti mütəmadi, əhatəli və operativ şəkildə məlumatlandırmaq məqsədilə həmçinin rəsmi sosial media hesablarımız vasitəsilə açıq və şəffaf informasiya mühiti yaradırıq. Məktəbimizin əsas hədəflərindən biri də təhsil müəssisəsi ilə cəmiyyət arasında qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, həmçinin maarifləndirmə və ictimai iştirakçılıq prinsiplərinə əsaslanan kommunikasiya platforması yaratmaqdır. Bu məqsədlə sosial media hesablarımız vasitəsilə izləyicilərimizə müxtəlif istiqamətlərdə faydalı və etibarlı məlumatlar təqdim edirik. 📰🤝
Rəsmi sosial media kanallarımızda aşağıdakı mövzular üzrə mütəmadi məlumat paylaşılır:
🔹 Tədris və tərbiyə prosesində həyata keçirilən yeniliklər ✏📖
🔹 Məktəbin daxili həyatını əks etdirən tədbir və layihələr 🎉📚
🔹 Şagirdlərimizin uğurları, nailiyyətləri, müsabiqə və olimpiada nəticələri 🏅🎓
🔹 Valideynlər və təhsilverənlər üçün nəzərdə tutulan elanlar, bildirişlər, metodik məsləhət və tövsiyələr 📌📝
Təhsil müəssisəsinin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bizi aşağıdakı rəsmi sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz:
📎 Facebook: https://www.facebook.com/yuxarinuvedimektebi
📎 Instagram: https://www.instagram.com/yuxarinuvedimektebi
📎 YouTube: https://www.youtube.com/
📎 TikTok: https://www.tiktok.com/
📎 Telegram kanalı: https://t.me/yuxarinuvedimektebi
📎 X: https://x.com/yuxarinuvedi
📎 WhatsApp kanalı: https://whatsapp.com/channel/0029VaBGQZe8vd1IehCGpO1h
ℹ Məktəb rəhbərliyi olaraq bütün valideynləri 👨👩👧👦, şagirdləri 👩🎓👨🎓 və təhsil ictimaiyyətinin bütün üzvlərini 📚 rəsmi sosial media hesablarımızı izləməyə dəvət edirik. Bu platformaları izləməklə siz məktəbimizin fəaliyyəti, nailiyyətləri və yenilikləri barədə operativ və etibarlı məlumatları birbaşa rəsmi mənbədən əldə edə biləcəksiniz. ✅⏱🔒
🤝 Dəstəyiniz və diqqətiniz bizim üçün çox önəmlidir.