Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi, School, Daştatük kendi, Lankaran.

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat
19/05/2026

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

🇦🇿 Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
10/05/2026

🇦🇿 Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüd...
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.

Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.

Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.

Lənkəranda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
08/05/2026

Lənkəranda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il...
08/05/2026

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş nümunəvi dərs keçirildi. Dərsdə məktəbin tarix müəllimi Reyhanə Tağıyeva çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahı və ölkənin inkişafı istiqamətində gördüyü mühüm işlər haqqında ətraflı məlumat verdi.

Dərs zamanı Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Şagirdlər Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dərsin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, milli-mənəvi dəyərlərin təbliği və Heydər Əliyev irsinin daha yaxından öyrədilməsidir.

Lənkəran Şəhər Təhsil Sektoru
Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində 9 May – Qələbə Günü münasibətilə kitabxanada dəyirmi masa ...
07/05/2026

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində 9 May – Qələbə Günü münasibətilə kitabxanada dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktoru Sarvan Babayev və tarix müəllimi Reyhanə Tağıyeva çıxış edərək İkinci Dünya müharibəsində qazanılmış qələbənin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Şagirdlər mövzu ətrafında öz fikirlərini bölüşdü, müharibə iştirakçılarının xatirəsi ehtiramla yad edildi.

Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

Lənkəranda "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.
24/04/2026

Lənkəranda "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda tədbir keçirilib.

Sinif: IIMüəllim: Hüseynova JaləFənn: Həyat bilgisiMövzu: Bitkiləri tanıyaq – balaca bağbanlarımız iş başında!🌱Lənkəran ...
21/04/2026

Sinif: II
Müəllim: Hüseynova Jalə
Fənn: Həyat bilgisi
Mövzu: Bitkiləri tanıyaq – balaca bağbanlarımız iş başında!🌱

Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

16/04/2026

"İnklüziv təhsildə ən ciddi problemlərdən biri müəllim hazırlığı, ixtisaslı kadr çatışmazlığıdır”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı Slavyan Universitetində keçirilən "İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli" mövzusunda IV beynəlxalq elmi-praktik konfrasda bildirib.

Direktor qeyd edib ki, hər il 20-dən çox təhsil müəssisəsi inküziv təhsilə cəlb edilir. Hazırda inklüziv təhsil 400-dən çox şagirdi əhatə edir. Sentyabr ayından inklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayının 500-ü keçməsi gözlənilir.

Direktorun sözlərinə görə, təhsil müəssisələrində minlərlə uşaq xüsusi təhsil xidmətlərindən faydalanır.

Ətraflı: https://muallim.edu.az/esqi-bagirov-inkluziv-tehsile-celb-edilecek-sagirdlerin-sayi-500-u-kececek

03/04/2026

Aprel döyüşləri ordumuzun şanlı tarixi qələbəsidir!🇦🇿

Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Baxşıyeva tər...
03/04/2026

Lənkəran rayon Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Baxşıyeva tərəfindən “Oxu klubu” təşkil olunub.
Görüş zamanı şagirdlər Astrid Lindgren-in “Karlson və Balaca” əsərini mütaliə edərək fikir mübadiləsi aparıblar. Onlar oxuduqları əsər haqqında düşüncələrini bölüşmüş, maraqlı müzakirələr aparıblar.
Tədbirin əsas məqsədi şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatına marağın artırılması olub.

Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi

Address

Daştatük Kendi
Lankaran

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran rayonu Daştatük kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category