13/06/2026
13.06.2026.
Bu gün respublikamızın bütün ümumtəhsil məktəblərində 2025-2026 -cı tədris ilinin "SON ZƏNG " tədbirləri keçirilmişdir.Elm və Təhsil Nazirliyinin son zəng tədbirləri ilə bağlı müvafiq sərəncamına tam uyğun olaraq Lənkəran rayonun Gəgiran kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.
Tədbirdən əvvəl kənd şəhidlərinin xatirəsinə hazırlanmış "Şəhidlər xiyabanı" ziyarət edilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlamışdır. Təqribən iki saata yaxın davam edən tədbirdə 11-ci və 1 -ci sinif şagirdləri, müəllimlər və valideyinlər iştirak edirdilər.
Məktəbin direktoru Nail İsayev, müavinlələr Həsən Məhərrəmov, Mehman Əliyev, sinif rəhbəri Teyyub Əzizov, müəllimlər Vurğun Axundov, Hüseyn İbadlı,Xalid Ağazadə, İlahə Axundova, Günay Tağızadə,Şəbnəm Həsənova çıxış edərək məzunları təbrik etmiş, onalara qəbul olduqları ali və orta ixtisas məktəblərində də həmişə uğurlar qazanmalarını, gəlcək həyat yollarında daim valideynlərinin və müəllimlərinin başlarını uca etmələrini arzuladılar.
Tədbirin ikinci hissəsində birincilərin və onbirincilərin ifasında şeirlər, mahnılar,və rəqslər ifa olunmuş, birincilərin son zəngin sədaları altında tədbiri başa vurmuşlar.
Sonda məktəbin direktoru Nail İsayev təşkilatçılara təşəkkür elan etmiş və onları təltif etmişdir.