Lənkəran rayonu A.Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəb

Lənkəran rayonu A.Xəlilov adına Vel kənd tam orta  ümumtəhsil məktəb Vel məktəbi

Lənkəran rayonu Asif Xəlilov adına Vel kənd tam orta ümumtəhsil  məktəbi növbəti uğura imza atdı! Məktəbimizin builki mə...
25/08/2026

Lənkəran rayonu Asif Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəbi növbəti uğura imza atdı! Məktəbimizin builki məzunları ali məktəblərə qəbul olaraq bizləri sevindirdilər.Ali məktəbə qəbul olan bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək təhsil və tələbəlik həyatlarında sonsuz uğurlar arzulayırıq! Yolunuz açıq olsun! 🇦🇿🎉

25/08/2026

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üçün müsabiqə elan edilir.

📝 Müsabiqə 2 mərhələdən ibarətdir:
1️⃣ seçim
2️⃣ müsahibə

Müsabiqədə iştirak üçün tələblər aşağıdakılardır:
✅ pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
✅ 3 (üç) ildən az olmayaraq pedaqoji staj;
✅ təhsilalanların sayı 500-dən çox olan təhsil müəssisələri, eləcə də lisey, gimnaziya, internat tipli lisey və gimnaziyalar üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 51 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 85% və daha yuxarı nəticə;
✅ digər təhsil müəssisələri üzrə – təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 42 bal və daha yuxarı nəticə, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında iştirak etməmiş namizədlərə münasibətdə isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanında 70% və daha yuxarı nəticə.

Müraciət etmək istəyən şəxslər 24 avqust 2026-cı il saat 15:00-dan 27 avqust 2026-cı il saat 15:00-dək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq rayon (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər:
☑️ şəxsiyyəti təsdiq edən sənədin surəti;
☑️ ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
☑️ əmək kitabçasının surəti.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

📌 Müsahibə mərhələsində namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Namizədlərin yekun nəticəsi onlara Regional Təhsil İdarəsi tərəfindən mesaj formasında göndəriləcək.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər:
🔗 https://shorturl.at/6MZtz

Qeyd edək ki, müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Asif Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəbində tədrisə yardımçı və texniki heyəti ilə təlim-tərbiyə (tədris)...
14/08/2026

Asif Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəbində tədrisə yardımçı və texniki heyəti ilə təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini Şahnaz Cabbarova tərəfindən iclas keçirildi.

İclas zamanı əməkdaşlara icbari tibbi müayinədən vaxtında keçmək, əmək və iş qaydalarına düzgün riayət etmək, məktəbdə təmizlik və nizam-intizama diqqətlə yanaşmaq tövsiyə olundu.

Sonda yeni tədris ilində hər bir əməkdaşa möhkəm cansağlığı, işlərində uğurlar və bol nailiyyətlər arzulandı. 🌸📚

Yeni tədris ili uğurlu və düşərli olsun! ✨

31/07/2026

❓ Niyə bir dərs 45 dəqiqədir?

Məktəbdə hər gün eşitdiyimiz zəng və 45 dəqiqəlik dərslər bizə adi gəlir. Bəs bu müddət necə müəyyən edilib?

📚 45 dəqiqəlik dərs modeli XX əsrdə Avropada formalaşıb, sonradan isə keçmiş SSRİ məkanında geniş tətbiq olunub. Məqsəd şagirdlərin diqqətini saxlamaqla müəllimə mövzunu izah etmək üçün kifayət qədər vaxt yaratmaq idi.

🌍 Maraqlıdır ki, dünyanın hər yerində bu qayda eyni deyil:
🔹 Bəzi ölkələrdə dərslər 40 dəqiqə,
🔹 Bəzilərində 50 dəqiqə,
🔹 Digər məktəblərdə isə 80–90 dəqiqə davam edir.

✅ Müasir təhsil yanaşmasına görə isə əsas məsələ dərsin neçə dəqiqə olması deyil, həmin vaxtın nə qədər səmərəli istifadə edilməsidir. Yaxşı təşkil olunmuş 45 dəqiqəlik dərs, planlaşdırılmamış 90 dəqiqəlik məşğələdən daha effektiv ola bilər.

Ətraflı: https://muallim.edu.az/mekteblerde-dersler-niye-45-deqiqe-olur

23/07/2026
23/07/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

Qəbul qaydaları:
✅ İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
✅ Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23240-1

Address

Vel Kəndi
Lankaran
4232

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran rayonu A.Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lənkəran rayonu A.Xəlilov adına Vel kənd tam orta ümumtəhsil məktəb:

Shortcuts

Share