10/07/2024
Lankaran State University Lənkəran Dövlət Universitetinin rəsmi səhifəsi
Lənkəran Dövlət Universitetinin (LDU)
MƏZUN SƏHİFƏSİ
10/07/2024
Lankaran State University Lənkəran Dövlət Universitetinin rəsmi səhifəsi
LDU MƏZUNLARININ NƏZƏRİNƏ!
LDU məzunları ilə universitet arasında əlaqələrin daha da genişləndirilməsi və səmərəli təşkili məqsədi ilə Lənkəran Dövlət Universitetinin rəsmi www.lsu.edu.az veb səhifəsində MƏZUN KABİNETİ yaradılmışdır.
Məzunlarımız şəxsi kabinetin açılması məqsədi ilə https://mezun.lsu.edu.az/ keçidindən istifadə edərək həmin səhifədə yerləşdirilmiş formanı doldurub qeydiyyatdan keçməlidirlər.
LDU Elm, İKT və Kitabxana mərkəzi.
LDU - Məzun Cv üzərinde qeyd etdiyiniz mobil nömrəyə təsdiq kodu göndərildi, cari kodu daxil edib parolları təyin etdikdən sonra, cv niz göndəriləcək.
08/08/2023
Lənkəran Dövlət Universiteti (LDU) tələbələrinə xoş müjdəmiz var. 2023/2024-cü tədris ilində oğlan tələbələr müasir tələblərə cavab verən yeni- 250 yerlik yataqxana binasından istifadə edə biləcəklər. Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində bu ali təhsil ocağına qəbulu gözlənilir, onda oğlan tələbələri üçün yeni tələbə yataqxanasının istifadəyə verilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi aydın görünür.
Yeni yataqxana binası universitetin II saylı tədris korpusunun ərazisində inşa olunub və burada oğlan tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub.Yataqxanada idman, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq.Yataqxana binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri qurulub, internet və telefon xətləri çəkilib. 5 mərtəbə, 100 otaqdan ibarət olan tələbə yataqxanasında otaqlar 2 və 3 nəfərlik nəzərdə tutulub və çarpayı, soyuducu, sanitar qovşağı, fasiləsiz su, mətbəx ləvazimatları vəs.ilə təchiz edilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov oğlanlar üçün nəzərdə tutulmuş yeni tələbə yataqxanasını LDU-nun 30 illik tarixinin ürəkaçan nailiyyətlərindən biri kimi dəyərləndirərək gələcəkdə bu işin davamlı aparılacağını, tələbələrin sayı artıqca yeni yataqxana binalarının, kampusların inşa olunacağını deyib. Rektor LDU-nun tədris-təhsil bazasının yenilənməsini, modern tələblərə cavab verməsini son illərdə ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda təhsilə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsi adlandırıb, Lənkəran Dövlət Universitetinə tələbə qəbulunun təqribən 3 dəfəyə qədər artdığına diqqət çəkərək bu artan tendesiyanın tələbələrin yataqxana ilə təminatını önə çıxartdığını bildirib.
05/08/2023
05/08/2023
Lənkəran Dövlət Universitetinin qaynar tələbə həyatı sizləri gözləyir!!!
05/08/2023
Əziz abitufiyentlər! Sizləri 30 yaşını yenicə qeyd etmiş, lakin respublikanın qocaman ali təhsil məktəbləri ilə bir sırada addımlayan Lənkəran Dövlət Universitetinə dəvət edirik!
QƏDƏMLƏRİNİZ UĞURLU OLSUN!!! ❤️
Bu mahnı Lənkəran Dövlət Universitetinin 30-illik yubileyinə həsr olunur
08/04/2022
08/11/2021
BAYRAMINIZ MÜBARƏK!!!
03/10/2021
Xaricə getmək istəyən müəllimlər, aşağıdakı fürsətdən yararlanın!
Son müraciət tarixi: 21 oktyabr, 2021-ci il
http://apply.iie.org/ffsp2022/
2022-2023-cü illər üçün Amerika Birləşmiş Ştatlarında keçirilən Fullbright (Fulbrayt) Fakültə İnkişaf Proqramı Müsabiqəsi hazırda açıqdır!
Proqram modeli hal hazırda öz ölkəsində universitetlərdə dərs deyən müəllimlər üçün nəzərdə tutulub. Proqramın məqsədi iştirakçılara ABŞ-da kurikulumun inkişafına ən yaxşı təcrübələr və nəzəri yanaşmalarla yanaşı, akademik və tədqiqat ehtiyatlarına ümümi baxış da nəzər alınmaqla, bir kurs üçün tədris planını (kurikulumu) necə inkişaf etdirmək olar məsələlərinə dair konkret strategiyalarla təminatı təqdim ediləcəkdir. Amerika Birləşmiş Ştatlarda keçirilən Fullbright (Fulbrayt) Fakültə İnkişaf Proqramı Müasbiqəsinə qoşulmaq üçün iştirakçı nə etməlidir:
• Azərabycan Respublikasıının vətəndaşı olmalı, eyni zamanda bunu təsdiq edən passportu olmalıdır;
• J-1 vizası üçün uyğun olmaq (iki illik vətəndə yaşamaq tələbi ilə)
• Hal-hazırda ali təhsil müəssisəsində müəllmilik fəailiyyətinin olması
• Müraciəti edən zamana qədər ən azı 2 illki müəllimlik stajı (təcrübəsi) olması
• İngilis dilində danışıq və yazı bacarıqları olmalıdır (seçilmiş finalçılar TOEFL testindən keçməli olacaqlar)
Fullbright (Fulbrayt) Fakültə İnkişaf Proqramı avqustun ortalarında başlayıb, yanvarın ortalarında bitən 5 aylıq təqaüdlü (grant) proqramdır. Proqramlara qoşulduqdan sonra qalib iştirakçılar əvvəlcə seminarlara, sonra isə təcrübələrdə iştirak edəcəklər.
Əlavə suallarınız olarsa, [email protected] Ramina Mürşüdovaya müraciət edin.
ABŞ Azərbaycandakı Səfirliyi, İctimai İşlər bölməsi
Əlaqə tel: (+994 12) 488 33 00, (daxili) 3636
04/09/2021
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib