Lənkəran Şəhər Təhsil Sektoru

Lənkəran Şəhər Təhsil Sektoru

Share

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran rayonu üzrə təhsil sektorunun rəsmi səhifəsidir.

Photos from Lənkəran Şəhər Təhsil Sektoru's post 01/03/2025

“Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır”.

Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin könüllüləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagird təhlükəsizliyinin təminatı üçün xüsusi hallarla bağlı, həmçinin baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı davranış qaydalarını şagirdlərə öyrətməkdən ibarət olub.

Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zamanı davranış qaydaları haqqında məlumat verilib. Onlara əleyhqaz, yanğınsöndürmə balonu və digər vasitələrdən istifadə qaydaları izah edilib.

Görüşdə çıxışlar dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Photos from Lənkəran - Astara Regional Təhsil İdarəsi's post 28/02/2025

Ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib.

Photos from Lənkəran Şəhər Təhsil Sektoru's post 26/02/2025

İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımı 🥀

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Lənkəran rayonu üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər qərənfillər düzüblər.

Xalqımız bu dəhşətli faciəni heç vaxt unutmayacaq!

26/02/2025

Xocalı soyqırımından 33 il ötür.

Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

25/02/2025

📢 IX-XI sinif şagirdlərinin nəzərinə!

📢 IX-XI sinif şagirdlərinin nəzərinə!

Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zona Fənn Olimpiadası (ZFO) keçiriləcək.

ℹ️ Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin IX, X və XI sinif şagirdləri fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə biliklərini sınaya biləcəklər.

📌 Qeydiyyatdan keçmək istəyən şagirdlər təhsil aldıqları məktəblərin rəhbərlərinə 28 fevral 2025-ci il saat 17:00-a kimi müraciət etməlidirlər.

📍 ZFO 05 aprel 2025-ci il tarixində, saat 10:00-da Lənkəran Dövlət Universitetinin 2 saylı tədris binasında (Lənkəran şəhəri, Əli Məmmədov küçəsi 40) keçiriləcək. Olimpiada otaqlarına telefon və digər əlavə vasitələrlə daxil olmağa icazə verilmir.

Nəticələrinə görə şagirdlər müvafiq yerlərə layiq görüləcəklər:
🥇 I yer (26-30 bal toplayan şagird)
🥈 II yer (22-25 bal toplayan şagird)
🥉 III yer (16-21 bal toplayan şagird)

Olimpiadanın nəticələri Lənkəran Dövlət Universitetinin rəsmi veb saytında (www.lsu.edu.az) elan ediləcək.

Photos from Lənkəran - Astara Regional Təhsil İdarəsi's post 21/02/2025

Əziz balalarımızın dilimizi, mədəniyyətimizi, soy kökümüzü sevməkdə və gələcək nəsillərə ötürməkdə nümunə olacaqlarına inanırıq! 🇦🇿

21/02/2025

21 Fevral Beynəlxalq Ana Dili Günüdür.

18/02/2025

Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini gətirməli və imtahan başlamazdan 1 saat əvvəl imtahan binasında olmalıdırlar.

📢 Yardımçı pedaqoji heyət vəzifələrinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində vakant olan laborant, kompüter laborantı, kitabxanaçı, kitabxana müdiri, katibə-makinaçı, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələri üzrə test imtahanları keçiriləcək.

📌 İmtahanlar 22-23 fevral tarixlərində Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunacaq. 22 fevral saat 11:00-da UBTR və psixoloq, saat 15:00-da təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri, 23 fevral saat 11:00-da laborant və kompüter laborantı, saat 15:00-da kitabxanaçı, kitabxana müdiri və katibə-makinaçı vəzifələri üzrə imtahan keçiriləcək.

✉️ Namizədlərə müvafiq imtahanın vaxtı və məkanı haqqında qeydiyyatdan keçdikləri nömrələrə mesaj göndərilməklə məlumat verilib.

📍 Namizədlər imtahana gələrkən şəxsiyyət vəsiqələrini gətirməli və imtahan başlamazdan 1 saat əvvəl imtahan binasında olmalıdırlar.

Qeyd edək ki, test imtahanı kompüter vasitəsilə keçiriləcək, namizədlərə iddia etdiyi vəzifə üzrə 20, informatika üzrə 15, məntiq üzrə 15 sual təqdim olunacaq. İmtahan bitdikdən sonra nəticələr ekranda görsənəcək. Yüksək nəticə göstərənlər birbaşa vəzifəyə təyin olunacaqlar.

Bütün namizədlərə uğurlar arzulayırıq!

17/02/2025

❗️“Müasir metodist” müsabiqəsi üzrə qeydiyyatın bitməsinə 3 gün qaldı.

❗️“Müasir metodist” müsabiqəsi üzrə qeydiyyatın bitməsinə 3 gün qaldı

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün əsas tələblər:
✔️ Pedaqoji təhsil
✔️ Minimum 7 illik pedaqoji təcrübə
✔️ Sertifikasiya balı – 51 və daha yüksək
✔️ İKT bacarıqları
✔️ Xarici dil bilikləri (arzuolunandır)

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibədən uğurla keçənlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcək. Təlimləri uğurla tamamlayan namizədlər metodik xidmətə qoşulmaq imkanı əldə edəcəklər.

📅 Son müraciət tarixi: 20 fevral 2025-ci il
🔗 Qeydiyyat: https://docs.google.com/forms/d/11Hd_a745-enO0YnBckquQ0mmXOSeWIoQ6gVCVi54z6o/edit

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 14/02/2025
Photos from Lənkəran - Astara Regional Təhsil İdarəsi's post 14/02/2025
13/02/2025

BilBacar müsabiqəsində fərqli tipli sualları necə cavablandırmaq olar❓

Want your school to be the top-listed School/college in Lankaran?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Lənkəran ş. Akademik Z. Əliyeva Küç. Döngə 2
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00