18/06/2026
Xanbulan kənd tam orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş növbəti pedaqoji şura iclası keçirilib.
İclasda geridə quyulan tədris ili ərzində görülmüş işlər, monitorinq və buraxılış imtahanlarında şagirdlərin nəticələri, eləcə də il boyu həyata keçirilən layihələr geniş təhlil olunub. Qarşıda qoyulan hədəflər müəyyənləşdirilib və növbəti tədris ili üçün prioritet istiqamətlər barədə geniş müzakirələr aparılıb.
Məktəbin direktoru Mərziyə Əliyeva fədakar əməyinə və göstərdiyi yüksək peşəkarlığa görə məktəbin bütün pedaqoji heyətinə təşəkkürünü bildirib, müəllim və şagirdlərə xoş yay tətili arzulayıb