Lenkoran School No 4

Lenkoran School No 4 Lenkoran school No 4 Rus məktəbi – 1885-ci ildən təşkil edilmiş, kilsə daxilində fəaliyyət göstərmişdir. İlk illərdə təhsil müddəti 5-il olmuşdur.

Oranı bitirənlərə şəhərdəki gimnaziyada oxumaq hüququ verilirdi. Şəhər gimnaziyası indiki 4№li məktəbin yerində, keçmiş xəstəxananın önündə yerləşirdi. Gimnaziya 11-illik idi. Məktəb Lənkəran məktəblərində rus dilini tədris etmək üçün pedaqoji kadr hazırlayırdı. Direktoru İvan İosifoviç Kalantarov idi.

Şəhər 1-saylı orta məktəbin keçmiş binasının (indiki Heydər Əliyev meydanında) yanında daha bir

məktəb yerləşirdi. Həmin binalar 1906-1907-ci illərdə tikilmişdir. Bu binaların ikisinə birlikdə “ikisinifli şəhər məktəbi” (“Dvuxklassnaya qorodskaya şkola”) deyilirdi. İlk günlərdə həmin məktəbin Azərbaycan dili şöbəsinə Mirzə Səlim Axundov (Mirzə İsmayılın böyük öğlu) rəhbərlik etmişdir. Məktəbin rus şöbəsinin direktoru Kuzma İvanoviç Kiriminitski, tədris hissə müdiri Pavel Nikolayeviç Kandakov idi. Sovet dövrünün ilk illərində məktəbin direktoru Davudxan Talışınski, Vorfolomeyev dərs hissə müdiri olmuşlar. Məktəbdə “Zimniy teatr” da deyilirdi. Səbəbi hər il yanvarın ilk günlərində məktəbdə yeni il şənliklərinin keçirilməsi olmuşdur.

1906-cı ildə Lənkəranda daha bir rus məktəbi fəaliyyət göstərmişdir. Dördsinifli məktəb adlanan həmin təhsil ocağı “Vorontsov-Daşkov” adını daşıyırdı. Bu məktəb indiki tibb məktəbinin binasında yerləşirdi. Direktoru Qriqori Nikolayeviç Tiretyatnikov olmuşdur.

“Ziya” məktəbi bağlandıqdan sonra 1911-ci ildə Teymur Bəy Bayraməlibəyov “Rus-Müsəlman məktəbini” təhsis etdi. Həmin il fevralın 15-də qızlar üçün rus məktəbi açıldı. 1915-ci ildə məktəb yeddi sinifli gimnaziyaya çevrilmişdir. Bu məktəblər Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində də fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi dövründə 4№li məktəb 3 saylı məktəblə müəllim və şagird mübadiləsi apararaq beynəlmilər təhsil ocağına çevrilmişdir. Müxtəlif illərdə məktəbin direktoru işləmişlər Yekaterina Katina, Heybət Quliyev, Bahadır Şərifov, Vladimir Arutyunov, Yeganə Əsgərova (Babayeva) (1990-ci ildən).

İndiki məktəb binası 1980-cı ildə istifadəyə verilmişdir. Məktəbdə 1754 şagird 80 sinifdə təhsil alır və onların təlim tərbiyəsi ilə 218 müəllim məşğul olur

Address

Lankaran

Alerts

Be the first to know and let us send you an email when Lenkoran School No 4 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category