28/04/2026
Ustad dərslərimizdən
Tədrisin keyfiyyətinin artırılması, ümumtəhsil məktəbləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə 28 aprel 2026-cı il tarixində Lənkəran rayon Şilavar kənd M.Həsənov adına tam orta ümumtəhsil məktəbində IXa sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Abdulova Gülərin Azərbaycan dili fənnindən “Vasitəli və vasitəsi nitq. Dil qaydaları üzrə iş” mövzusuna həsr olunmuş ustad dərsi dinlənilib.Həmçinin məktəbin fizika müəllimi Mirzəzadə Qönçənin VIa sinfində təbiət fənnindən "Canlılar ekstremal mühitdə necə yaşayır" mövzusunda ustad dərsi dinlənilmişdir.
Dərsdə dinləmədə Lənkəran Təhsil Sektorunun müdiri Ağamməd Şənmədov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin A Liqasının 2-ci qrup rəhbəri Mayis Kazımov, Lənkəran şəhər 8 və 10 nömrəli tam orta ümumtəhsil məktəblərinin, İnternat Tipli Humanitar Fənlər Təmayüllü Gimnaziyanın,Şilavar və Digah kənd tam orta ümumtəhsil məktəblərinin direktorları, rəhbər heyəti və təcrübəli müəllimlər iştirak ediblər.
Dərs yüksək səviyyədə təşkil olunub, müəllim mövzunu xüsusi peşəkarlıq və ustalıqla təqdim edib. Şagirdlərin fəallığı, mövzuya yaradıcı yanaşmaları, dərsin interaktiv şəkildə aparılması və istifadə olunan müasir təlim üsulları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dərsdən sonra dərsdinləmənin müzakirəsi aparılıb, dərsin təşkili, istifadə olunan metod və yanaşmalar ətraflı müzakirə olunub və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.