Lənkəran STEAM Mərkəzi

Lənkəran STEAM Mərkəzi

Share

Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Lənkəran STEAM Mərkəzi

Photos from Lənkəran STEAM Mərkəzi's post 21/04/2026

21 aprel – İnnovasiya Günü münasibətilə Masallı ASAN xidmət əməkdaşları və könüllüləri Lənkəran STEAM Mərkəzi-də qonaq oldular.

Görüş zamanı innovasiya, texnologiya və yaradıcı düşüncənin inkişafı istiqamətində maraqlı fikir mübadiləsi aparıldı. STEAM yanaşmasının əhəmiyyəti vurğulanaraq, gənclərin bu sahəyə marağının artırılması məsələləri müzakirə edildi.

Səmimi və məhsuldar keçən görüş iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici oldu.










Photos from Lənkəran STEAM Mərkəzi's post 10/04/2026

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran STEAM Mərkəzimizin qonağı olmuşdur.

Səfər çərçivəsində mərkəzimizdə həyata keçirilən təlim və tədris prosesi ilə yaxından tanış olunmuş, şagirdlərin müxtəlif modullar üzrə bilik və bacarıqları yerində izlənilmişdir.

Görüş zamanı STEAM təhsilinin inkişafı, innovativ yanaşmaların tətbiqi və şagirdlərin praktiki biliklərinin artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.






Photos from Lənkəran STEAM Mərkəzi's post 06/04/2026

Lənkəran STEM Mərkəzində müxtəlif modullar üzrə təhsil alan şagirdlər ayrı-ayrı vaxtlarda müxtəlif yarışlara sistemli şəkildə hazırlanmışdır.

Bu proses şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların praktiki təcrübə qazanmasına və rəqabət mühitində özlərini sınamalarına mühüm töhfə vermişdir.











Photos from Lənkəran STEAM Mərkəzi's post 31/03/2026

📢 Lənkəran STEAM Mərkəzində təlimlər davam edir!

🔬 Lənkəran STEAM Mərkəzində müxtəlif modullar üzrə təlimlərimiz uğurla davam edir. Şagirdlər robototexnika, proqramlaşdırma, mühəndislik və yaradıcı texnologiyalar sahəsində bilik və bacarıqlarını inkişaf etdirirlər.

🚀 Təlimlər zamanı iştirakçılar praktik layihələr üzərində işləyərək komanda işi, analitik düşünmə və innovativ yanaşma kimi bacarıqlarını gücləndirirlər.

Gələcəyin mühəndis və ixtiraçıları məhz burada formalaşır!









Photos from Lənkəran STEAM Mərkəzi's post 17/03/2026

14 mart tarixində STEAM İnnovasiya Mərkəzində "Pi" Gününə həsr olunmuş “Fast and Furious (Xətt izləyən maşınların yarışı)” Respublika turniri həyata keçirildi.

Turnirin əsas məqsədi 12-18 yaşlı məktəblilərin robototexnika, proqramlaşdırma və mühəndislik sahələrinə marağını artırmaq, onların texniki bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Yarışda iştirak edən komandalar özlərinin hazırladıqları xətt izləyən robotlarla xüsusi hazırlanmış trayektoriyada sürət və dəqiqlik üzrə mübarizə apardılar. Turnir zamanı iştirakçılar robotların dizaynı, proqramlaşdırılması və optimallaşdırılması sahəsində əldə etdikləri bilikləri nümayiş etdirdilər.

Ümumilikdə ölkənin müxtəlif bölgələrindən 30-dan çox komanda iştirak etdi.

Turnirin sonunda yüksək nəticə göstərən komandalar müəyyən edilərək qaliblər mükafatlandırıldı.

Lənkəran STEAM Mərkəzinin TurboLine-R komandası aktiv iştirakçı sertifikatını qazanmışdır.

Photos from Lənkəran STEAM Mərkəzi's post 25/02/2026



🚁 Lənkəran STEAM Mərkəzində Dron Texnologiyaları üzrə Təlimlər Davam Edir

Lənkəran STEAM Mərkəzi-də keçirilən Dron Texnologiyaları təlimləri çərçivəsində şagirdlər pilotsuz uçuş aparatlarının quruluşu, idarə olunması və tətbiq sahələri üzrə nəzəri və praktik biliklər əldə edirlər.

Təlim proqramı iştirakçıların texniki savadlılığının artırılması, mühəndislik düşüncə tərzinin formalaşdırılması və təhlükəsizlik qaydalarına əməl etmə bacarıqlarının inkişafına yönəlib. Dərslər zamanı şagirdlər uçuş planlaması, idarəetmə sistemləri və real uçuş simulyasiyaları üzərində çalışırlar.

Dron texnologiyaları sahəsində əldə olunan bilik və bacarıqlar müasir texnoloji ixtisaslara hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.









Photos from Lənkəran STEAM Mərkəzi's post 24/02/2026

⚙️ Lənkəran STEAM Mərkəzində Mexatronika Təlimləri Davam Edir!

Lənkəran STEAM Mərkəzi-də təşkil olunan Mexatronika dərslərində şagirdlərimiz mexanika, elektronika və proqramlaşdırmanı bir arada öyrənərək real layihələr üzərində çalışırlar.

Təlimlər zamanı iştirakçılar:
🔹 Mexaniki sistemlərin qurulmasını öyrənir
🔹 Sensor və mühərriklərlə işləmə bacarığı qazanır
🔹 Mikroprosessor və idarəetmə sistemləri ilə tanış olur
🔹 Öz funksional modellərini hazırlayırlar

Mexatronika – gələcəyin ağıllı sistemlərinin əsasını təşkil edir və biz bu bilikləri şagirdlərimizə tətbiqi şəkildə öyrədirik 🚀










Photos from Lənkəran STEAM Mərkəzi's post 24/02/2026

🚁 Lənkəran STEAM Mərkəzində Dron Texnologiyaları Təlimləri Davam Edir!

Lənkəran STEAM Mərkəzi-də keçirilən Dron Texnologiyaları dərslərində şagirdlərimiz pilotsuz uçuş aparatlarının idarə olunması, proqramlaşdırılması və təhlükəsizlik qaydaları ilə tanış olurlar.

Təlimlər zamanı iştirakçılar:
✅ Dronların quruluşunu öyrənir
✅ Uçuş simulyasiyaları həyata keçirir
✅ Real uçuş təcrübəsi qazanır
✅ Texnoloji və mühəndislik bacarıqlarını inkişaf etdirirlər

Gələcəyin mühəndisləri və texnologiya mütəxəssisləri məhz burada yetişir! 🚀










Photos from Lənkəran STEAM Mərkəzi's post 22/02/2026

21–22 fevral tarixlərində Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “FIRST LEGO League Challenge” Respublika turniri həyata keçirilib.

Turnirin əsas məqsədi şagirdlər arasında elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrinə marağın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması, komanda işi və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi olub.

Respublikanın müxtəlif regionlarını təmsil edən komandalar turnirdə iştirak edərək əvvəlcədən müəyyən edilmiş mövzu çərçivəsində hazırladıqları innovativ layihələri və robot proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar robot dizaynı, robot oyunu, innovasiya layihəsi və əsas dəyərlər kateqoriyaları üzrə qiymətləndiriliblər.

İki gün davam edən turnir çərçivəsində komandalar həm texniki biliklərini, həm də təqdimat və əməkdaşlıq bacarıqlarını sərgiləyiblər. Münsiflər heyəti tərəfindən qiymətləndirmə beynəlxalq FIRST meyarlarına uyğun şəkildə aparılıb.

“FIRST LEGO League Challenge” turniri şagirdlərin erkən yaşlardan mühəndislik və innovasiya sahələrinə yönləndirilməsi, onların qlobal səviyyədə rəqabətədavamlı bacarıqlara yiyələnməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“STEAM Azərbaycan” layihəsi gələcəkdə də şagirdlərin potensialının üzə çıxarılması və onların texnologiya inkişafının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.






Photos from Lənkəran STEAM Mərkəzi's post 21/02/2026

Lənkəran STEAM Mərkəzində innovasiya və yaradıcılıq dolu təlimlərimiz davam edir! 🚀

Şagirdlərimiz Dron Texnologiyaları istiqamətində uçuş prinsiplərini, təhlükəsizlik qaydalarını və proqramlaşdırma əsaslarını öyrənərək real praktik bacarıqlar qazanırlar.

Eyni zamanda ArtLab məşğələlərində kreativ düşüncə, dizayn bacarıqları və layihə əsaslı yanaşma inkişaf etdirilir. Burada ideyalar reallığa çevrilir, texnologiya ilə incəsənət bir araya gəlir.

Gələcəyin mühəndisləri və yaradıcı beyinləri məhz burada formalaşır! ✨









Want your school to be the top-listed School/college in Lankaran?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


A. Məhərrəmov Adına 7 Nömrəli Orta Məktəb
Lankaran

Opening Hours

Monday 02:00 - 18:00
Tuesday 02:00 - 18:00
Wednesday 02:00 - 18:00
Thursday 02:00 - 18:00
Friday 02:00 - 18:00
Saturday 02:00 - 18:00