Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Lankaran
  • Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi

Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi Ümumtəhsil məktəbi

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür.Türk ölkələ...
08/07/2024

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür.Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.

İki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç də...
06/07/2024

İki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

02/07/2024

Məktəbimizin fiziki tərbiyə müəllimi Babayev Orucun anasının vəfatı ilə əlaqədar olaraq başsağlığı veririk. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Viravul kənd orta məktəbinin 1979-cu il məzunlarının 45 illik tədbiri. Tədbirin Veravul kənd  2 saylı orta ( əvvəlki 8 i...
29/06/2024

Viravul kənd orta məktəbinin 1979-cu il məzunlarının 45 illik tədbiri. Tədbirin Veravul kənd 2 saylı orta ( əvvəlki 8 illik ) məktəbdə keçirilən hissəsinə aid şəkillər.




Məktəbimizdə 45 il bundan qabaq  məktəbi bitirmiş məzunlarla görüş keçirildi.
28/06/2024

Məktəbimizdə 45 il bundan qabaq məktəbi bitirmiş məzunlarla görüş keçirildi.

İbtidai sinif müəllimimiz Musayeva Könül Karyera və Psixologiya mərkəzi tərəfindən "İLİN MÜƏLLİMİ" adına layiq görüldü. ...
27/06/2024

İbtidai sinif müəllimimiz Musayeva Könül Karyera və Psixologiya mərkəzi tərəfindən "İLİN MÜƏLLİMİ" adına layiq görüldü.
Təbrik edirik

16.06.2024- cü il tarixində məktəbimizin IX sinif şagirdləri sinif rəhbərləri Fərzullayeva Sevinc və Cavadova Bəyim müəl...
24/06/2024

16.06.2024- cü il tarixində məktəbimizin IX sinif şagirdləri sinif rəhbərləri Fərzullayeva Sevinc və Cavadova Bəyim müəllimənin təşkilatçılığı ilə ekskursiyaya getdilər.




Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.  Milli enerji şəbəkəmizi gücləndirməliyik. ...
22/06/2024

Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.
Milli enerji şəbəkəmizi gücləndirməliyik. Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq.
Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır.
Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir.
İlham Əliyev.
Azərbaycan Respublikasının Prezidenti.

22/06/2024
İngilis dili müəllimimiz Gülay m. sertifikatlaşdırmanın test mərhələsində 51 bal topladı. Təbrik edirik.
22/06/2024

İngilis dili müəllimimiz Gülay m. sertifikatlaşdırmanın test mərhələsində 51 bal topladı. Təbrik edirik.

Address

Lankaran

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:15
Wednesday 07:30 - 17:15
Thursday 07:30 - 17:15
Friday 07:30 - 17:15

Telephone

+994707920190

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lənkəran rayon Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi:

Shortcuts

Share

Category