Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbi

Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbi Ümumtəhsil, tam orta məktəb

Bilik Günü münasibətilə bütün müəllim və şagirdlərimizi təbrik edir, yeni tədris ilində hər kəsə möhkəm can sağlığı, yük...
15/09/2026

Bilik Günü münasibətilə bütün müəllim və şagirdlərimizi təbrik edir, yeni tədris ilində hər kəsə möhkəm can sağlığı, yüksək nailiyyətlər və bol uğurlar arzulayırıq.
Yeni tədris ili uğurlu olsun.

Əziz şagirdlər, uğurlarınız daimi və axarlı olsun.
26/08/2026

Əziz şagirdlər, uğurlarınız daimi və axarlı olsun.


Məktəbimizin IX sinif şagirdi Bağırova Nuray Çingiz qızı ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüş...
02/08/2026

Məktəbimizin IX sinif şagirdi Bağırova Nuray Çingiz qızı ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüşdür.
Bu yüksək nəticəyə görə şagirdimizi ,onun valideynlərini və üzərində əməyi olan müəllimlərini təbrik edirəm.
Əziz şagirdimiz, gələcək təhsil və həyat yolunuzda sizə yeni-yeni zirvələr arzulayırıq. Arzu edirik ki, uğurlarınız daimi və axarlı olsun


25 iyun 2026-cı il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi  Həsənli ...
25/06/2026

25 iyun 2026-cı il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Həsənli Şəbnəm Elşən qızı təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində mümkün 60 baldan 55 bal toplamışdır.Bu uğura görə həmkarımızı təbrik edir və ona müsahibə mərhələsində uğurlar arzulayırıq.

13 iyun 2026-cı il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində "Son zəng "lə bağlı tədbir keç...
14/06/2026

13 iyun 2026-cı il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində "Son zəng "lə bağlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı .Çıxışlar dinlənildi.Məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirildi.Tədbirin sonunda Gənc nəslin təlim-tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətlərinə görə bir qrup fəal müəllimlərimiz təşəkkürnamələrlə təltif olundular.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun 2026-cı il tarixində IV siniflə...
04/06/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən 5 iyun 2026-cı il tarixində IV siniflər, 6 iyun 2026-cı il tarixində VI siniflər olmaqla ölkə üzrə bütün ümumi təhsil müəssisələrində monitorinq keçiriləcək. Sözügedən monitorinqə hazırlıq məqsədi ilə 4-cü sinifdə olduğu kimi 6-cı sinifdə də növbəti sınaq monitorinqi təşkil etdik. Yeni qaydalara uyğun cavab kartlarının doldurulması qaydaları izah edildi.
Qeyd etmək istərdim ki, hazırkı VI sinif şagirdləri IV sinifdə təhsil aldıqları dövrdə keçirilmiş monitorinqin nəticələrinə əsasən 83 məktəb arasında 65-ci yerdən 21-ci yerə yüksəlməyi bacarmışlar.Həmin uğurun əldə olunmasında məktəbimizin ibtidai sinif müəllimi,diaqnostik qiymətləndirmədə və sertifikasiyada yüksək nəticə toplamış Həsənov Kazım Şəkür oğlunun böyük əməyi olmuşdur.
Bu gün qarşımızda daha böyük məsuliyyət dayanır.Əsas məqsədimiz əldə etdiyimiz ən azı 21-yeri qorumaq və nəticələrimizi daha da yaxşılaşdırmaqdır.İnanırıq ki, şagirdlərimizin, müəllimlərimizin və valideynlərimizin birgə səyi nəticəsində hədəfimizə nail olacağıq.
Əziz şagirdlər, hər birinizə yüksək nəticələr əldə etməyi arzulayırıq.



Bu gün Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində "İnsan hüquqları "mövzusunda tədbir keçirildi. Tədbir...
03/06/2026

Bu gün Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində "İnsan hüquqları "mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbin məktəbdənkənar və sinifdəxaric tərbiyə işləri üzrə təşkilatçı E.Hüseynov şagirdlərə sözügedən mövzu ilə bağlı geniş məlumat verdi.

25 may 2026-ci il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində Məktəbəhazırlıq qrupunun son də...
01/06/2026

25 may 2026-ci il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində Məktəbəhazırlıq qrupunun son dərs günündə sərgi təşkil olundu.Sözügedən tədbirdə şagirdlərin əl işləri nümayiş etdirildi.Sonda qrupda təhsil alan şagirdlərə sertifikat verildi.
Şagirdlərimizə sentyabr ayında başlayacaqları əsl məktəb həyatında böyük uğurlar arzulayırıq.



21 may 2026-ci il tarixində  Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində valideyn iclası keçirildi.İcla...
21/05/2026

21 may 2026-ci il tarixində Lənkəran rayonun Qumbaşı kənd tam orta ümumtəhsil məktəbində valideyn iclası keçirildi.İclasda məktəbin direktoru Pərviz Əliyev şagird nailiyyətlərinin qiymətləndirilməsi və təlim keyfiyyətinin yüksəkdilməsi istiqamətində görülən işləri barədə valideynləri məlumatlandırdı.Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, şagirdlərlə məktəbdənkənar və sinifdəxaric tərbiyə işləri üzrə təşkilatçı Elşad Hüseynov, eləcədə sinif rəhbərləri iştirak etdilər.Çıxışlar zamanı valideynlərlə məktəb əməkdaşlığının əhəmiyyəti vurğulandı.Şagirdlərin təhsil nailiyyətlərinin artırılması istiqamətində fikir mübadiləsi aparıldı.


Daha böyük uğurlara doğru irəliləyirik...
16/05/2026

Daha böyük uğurlara doğru irəliləyirik...


Address

Qumbaşı
Lankaran

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994703766068

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lənkəran rayonu Qumbaşı kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share