Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbi

Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbi Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbi

23/07/2026

📢 Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbi şagird qəbulu elan edir!

✅ Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbinə şagird qəbulu Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın qərarı əsasında həyata keçirilir.

📚 Müəssisə sağlamlıq imkanları məhdud uşaqların təhsil ehtiyaclarının qarşılanmasına və onların inkişafına dəstək göstərir. Tədris prosesi təhsil alanların fərdi xüsusiyyətləri nəzərə alınmaqla sadələşdirilmiş proqramlar əsasında təşkil olunur.

🧶 Məktəbin şagirdləri hər il müxtəlif tədbir və sərgilərdə iştirak edərək uğurlar qazanırlar. Eyni zamanda, şagirdlərə “Tikişçi-toxucu” istiqamətləri üzrə ilkin peşə bilikləri və bacarıqları aşılanır.

📌 Məktəbə qəbul üçün müvafiq rayon (şəhər) üzrə Psixoloji-Tibbi-Pedaqoji Komissiyaya müraciət edilməlidir.

Şagirdlərimizin yay tətilinin səmərəli təşkili məqsədilə Heydər Əliyev Mərkəzində yaradıcılıq günü təşkil olundu.Tədbir ...
16/07/2026

Şagirdlərimizin yay tətilinin səmərəli təşkili məqsədilə Heydər Əliyev Mərkəzində yaradıcılıq günü təşkil olundu.

Tədbir çərçivəsində şagirdlərimiz çantalar üzərində rəngarəng əl işləri hazırlayaraq yaradıcılıq bacarıqlarını nümayiş etdirdilər, həm öyrəndilər, həm də maraqlı və yaddaqalan vaxt keçirdilər.

Bu gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərimiz Günay Nəhmətli və Aygün Vəliyevanı ürək...
18/06/2026

Bu gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərimiz Günay Nəhmətli və Aygün Vəliyevanı ürəkdən təbrik edirik. Hər iki müəllimimiz 54 bal toplayaraq uğurlu nəticə əldə etmişdir. Qazandıqları bu uğur onların biliklərinin, peşəkarlıqlarının və zəhmətlərinin bariz göstəricisidir. Müəllimlərimizə gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.


Bu gün məktəbimizdə tədris ilinin başa çatması münasibətilə səmimi və yaddaqalan bir tədbir keçirildi. Şagirdlərimiz, mü...
13/06/2026

Bu gün məktəbimizdə tədris ilinin başa çatması münasibətilə səmimi və yaddaqalan bir tədbir keçirildi. Şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz birlikdə bu gözəl günü qeyd etdilər.

İl ərzində göstərdikləri səylərə, qazandıqları uğurlara görə bütün şagirdlərimizi təbrik edir, onlara xoş və mənalı yay tətili arzulayırıq. Müəllimlərimizə və valideynlərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirik.

Xüsusi internat məktəbimizin bütün kollektivinə uğurlar diləyir, yeni tədris ilində yenidən görüşməyi səbirsizliklə gözləyirik! 🌸📚🎉

Məktəbimizdə şagirdlərin sağlam və təhlükəsiz həyat tərzinə marağının artırılması məqsədilə “Narkomanlıq və onun fəsadla...
09/06/2026

Məktəbimizdə şagirdlərin sağlam və təhlükəsiz həyat tərzinə marağının artırılması məqsədilə “Narkomanlıq və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir zamanı şagirdlərə zərərli vərdişlərin insan sağlamlığına, gələcəyinə və cəmiyyətə mənfi təsirləri haqqında məlumat verildi. Sağlam həyat tərzinin üstünlükləri, düzgün seçim etməyin vacibliyi və öz sağlamlıqlarını qorumağın yolları barədə söhbətlər aparıldı.

Məqsədimiz şagirdlərdə sağlam həyat tərzinə maraq yaratmaq, onları zərərli vərdişlərdən uzaq durmağa təşviq etmək və gələcəyə inamla addımlayan sağlam fərdlər kimi formalaşmalarına dəstək olmaqdır.


1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizdə uşaqlarımız üçün yaddaqalan və sevinc dolu anlar yaşandı.Uşa...
01/06/2026

1 İyun – Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizdə uşaqlarımız üçün yaddaqalan və sevinc dolu anlar yaşandı.
Uşaqlarımızın sevimlisi, dəyərli qonağımız Ziya müəllim məktəbimizi ziyarət edərək şagirdlərimizə xoş sürprizlər bəxş etdi. Müxtəlif hədiyyələr, maraqlı oyunlar və səmimi ünsiyyət sayəsində uşaqlarımızın üzündə təbəssüm yarandı, onların bayram sevinci daha da artdı.
Uşaqlarımıza göstərdiyi diqqət və qayğıya görə Ziya müəllimə dərin təşəkkürümüzü bildiririk.
Uşaqların gülüşü və xoşbəxtliyi hər zaman ən böyük dəyərimizdir. 💐🎈❤️

20/05/2026
Bu gün məktəbimizdə coğrafiya müəllimi X.İmaməliyevanın “Vulkanlar” mövzusunda açıq dərsi keçirildi. 🌋Dərs zamanı şagird...
19/05/2026

Bu gün məktəbimizdə coğrafiya müəllimi X.İmaməliyevanın “Vulkanlar” mövzusunda açıq dərsi keçirildi. 🌋
Dərs zamanı şagirdlər vulkanların yaranması, növləri və təbiətdə yaratdığı dəyişikliklər haqqında ətraflı məlumat əldə etdilər. İnteraktiv təqdimatlar və maraqlı müzakirələr dərsin daha yaddaqalan və faydalı keçməsinə səbəb oldu.
Açıq dərs həm şagirdlərin, həm də müəllim kollektivinin böyük marağına səbəb oldu. Şagirdlərin fəallığı və mövzuya olan marağı dərsin uğurunu bir daha nümayiş etdirdi.
Əməyi keçən Xuraman müəlliməyə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq! 👏📚

10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür.

Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir.

Heydər Əliyevin söylədiyi kimi, təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir.

Address

Lankaran

Website

Alerts

Be the first to know and let us send you an email when Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category