18/10/2023
17.10.2023
Lənkəran Mədəniyyət Mərkəzində
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kitab.xana26, Education, Lankaran.
18/10/2023
17.10.2023
Lənkəran Mədəniyyət Mərkəzində
27/09/2023
27.09.2023
Bu gün Lənkəran Dövlət Dram Teatrında anım gününə həsr olunmuş teatr təşkil olundu.Teatrda MKS-in əməkdaşları da iştirak etdi.
25/09/2023
25.09.2023
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində "Bilsin Ana torpaq, eşitsin Vətən"adlı anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə şəhid anaları,qazilərimiz,MKS-in əməkdaşları iştirak edib.
23/09/2023
23/09/2023
23.09.2023
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Cəlalə Nəzəroğlunun təqdimatında "Danış səni tanısınlar"lahiyəsi təqdim olundu.
08/09/2023
Bu gün tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyidir.
1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açan Rəsul Həmzətovun ilk müəllimi atası olub. R.Həmzətov ilk şeirini 11 yaşında olarkən yazıb. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1943-cü ildə ilk şeirlər toplusu olan “Sevgi məşəli və acı ədavət” çap edilib. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin Mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos Mükafatına layiq görülüb. O, Dağıstan şairi olsa da, orada böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub.
Rəsul Həmzətov 2003-cü il noyabrın 3-də vəfat edib.
08/09/2023
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Bu il Beynəlxalq Savadlılıq Günü “Keçid dövründə dünyada savadlılığın təşviqi: Dayanıqlı və sülhsevər cəmiyyətlər üçün təməlin qurulması” devizi altında qeyd olunur.
01/09/2023
Kitabxanın az yaşlı oxucularını kitabxanamıza dəvət edib,kitab tövsiyyə etdik📚
26/08/2023