14/09/2026
10 sentyabr 2026-cı il tarixində məktəbimizdə yeni tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şura iclası keçirildi.
Məktəbin direktoru Tural Əliyevin rəhbərliyi ilə keçirilən iclasda məktəbin pedaqoji kollektivi iştirak etdi.
İclas zamanı yeni tədris ilində qarşıda duran əsas vəzifələr, təlim-tərbiyə prosesinin düzgün və səmərəli təşkili, müəllimlərin fəaliyyətinin əlaqələndirilməsi, şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi və məktəbdaxili işlərin təşkili ilə bağlı məsələlər,IV və VI siniflərdə keçirilən monitorinq nəticələri müzakirə olundu.
Yeni dərs ilində görüləcək işlər, qarşıya qoyulan məqsədlər və pedaqoji kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparıldı.
Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi və pedaqoji kollektivə tapşırıq və tövsiyələr verildi.
Yeni tədris ilində bütün müəllim və şagirdlərimizə uğurlar arzulayırıq!