24/08/2026
Tələbə adınız mübarək, əziz məzunlarımız!
Ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlanması münasibətilə bütün tələbə adını qazanan gənclərimizi, xüsusilə də məktəbimizin bu il ali təhsil müəssisələrinə qəbul olan məzunlarını səmimi qəlbdən təbrik edirik!
Bu uğur onların əzmkarlığının, zəhmətinin, məqsədyönlü çalışmalarının, eləcə də onları bu yolda dəstəkləyən valideynlərin və müəllimlərin böyük əməyinin nəticəsidir.
Əziz məzunlarımız, siz artıq həyatınızın yeni və mühüm mərhələsinə qədəm qoyursunuz. Arzu edirik ki, qazandığınız bilik və təcrübə ilə həm ailənizin, həm məktəbimizin, həm də doğma yurdumuzun qürur mənbəyinə çevriləsiniz.
Sabah məktəbimizin ali məktəblərə qəbul olan məzunlarının adlarını və qazandıqları uğurları ayrıca paylaşacağıq. Hər bir məzunumuzla qürur duyuruq!
Ali məktəbə qəbul ola bilməyən məzunlarımıza da müraciət edirik: ruhdan düşməyin! Bir imtahan sizin bacarığınızı, potensialınızı və gələcəyinizi müəyyən etmir. Qarşınızda hələ çox imkanlar və yeni yollar var. Özünüzə inanın, məqsədinizdən vaz keçməyin və mübarizəni davam etdirin. Unutmayın: uğur yalnız ilk cəhddə qazananların deyil, yıxıldıqdan sonra yenidən ayağa qalxaraq yoluna davam edənlərin də adıdır.
Tələbə adınız mübarək, əziz məzunlarımız!
Yolunuz açıq, gələcəyiniz parlaq, uğurlarınız davamlı olsun!
Məzunlarımız nəticələri bağlı ətraflı paylaşım edəcəyik.