Qrızdəhnə kənd ümumi orta məktəb

Qrızdəhnə kənd ümumi orta məktəb

Share

Öğretim sitesi

01/06/2022
Photos from Qrızdəhnə kənd ümumi orta məktəb's post 01/06/2022

Məktəbimizdə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və dirçəlişi ilə bağlı məlumat verildi.Şagirdlər tədbirdə Azərbaycana həsr olunmuş şeirlər, musiqilər oxudular, həmçinin kiçik səhnəciklərlə çıxış etdilər.

Photos from Qrızdəhnə kənd ümumi orta məktəb's post 19/05/2022

Ekskursiyamızın növbəti məkanı Quba rayonu Tarix-Diyarşünaslıq Muzeyi oldu.Muzeydə V və VI sinif şagirdləri Quba haqqında informasiya, ibtidai insanların məişətini əks etdirən əşyalar, müxtəlif ov səhnələri, Ağbil türbəsinin maketi, arxeoloji qazıntılar zamanı tapılan saxsı əşyalar, Fətəli xanın portreti, Quba xalq sənətkarlıq nümunələri və "Şəhid guşəsi" ilə yaxından tanış olublar.

Photos from Qrızdəhnə kənd ümumi orta məktəb's post 19/05/2022

Bu gün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Şükürovanın rəhbərliyi ilə V və VI sinif şagirdləri ADPU Quba filialına ekskursiya təşkil ediblər.Universitetin Heydər Əliyev lektoriyasının müdiri Leyla Nurullayevanın və Strateji məsələlər üzrə məsləhətçi Şəhriyar Laçınovun rəhbərliyi ilə filialın tədris binasında kitabxana, elektron resurslar şöbəsi, akt zalı, komputer laboratoriyası, həmçinin idman meydançası ,bufet və.s yaxından tanış olublar.Məktəbin şagirdləri auditoriyada gedən dərslərdə iştirak etmişlər.Universitetin tarix müəllimi Mürvət Əliyev şagirdlər ilə yaxından söhbət aparmış və şagirdlərə uğurlu peşə seçimi ilə əlaqədar bir çox məsləhətlər vermişdir.

17/05/2022

Bu gün Qrızdəhnə kənd ümumi orta məktəb şagirdləri ilə dramaturq Əbdürrəhim bəy Haqverdiyevin doğum günü ilə əlaqədar tədbir keçirildi.Şagirdlərə yazıçı Əbdürrəhim bəy Haqverdiyevin qısa metrajlı filmi göstərilərək yazıçının həyatı, yaradıcılığı və misilsiz fəaliyyətləri barədə məlumat verildi.Filmin sonunda "Əsgər marşı" musiqisi səsləndirildi.Bundan əlavə VI sinif şagirdi Nicat Sərkərov; V sinif şagirdləri Mövlud Aslanov, Fərid Sədiyev, Zaur Sərkərov və IV sinif şagirdləri Vüsal Əhmədov və Yusif Əhmədov Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər" hekayəsindən tamaşa göstərdilər.

02/05/2022

Həyat nəfəs aldığımız qədərdir.Gerçək olan gözəlliklər yaşandıqca aydınlaşır.Bu gözəl gündə birlikdə yaşamağın ümidi ilə Ramazan Bayramınız Mübarək Olsun!

02/05/2022

Qrızdəhnə kənd ümumi orta məktəbinin şagirdlərindən Yusif Əhmədov. IV sinif şagirdi olan Yusif Vidadi oğlu Əhmədov dərslərində hər zaman fəallığını göstərir.
Yusif 17 mart 2022-ci il 14:00-da Şəhər 2 nömrəli məktəb-liseyində keçirilən "Oxuyub-anlama" müsabiqəsinin final mərhələsində iştirak etdiyi üçün sertifikat ilə təltif olunub.
Həmçinin Yusif şagirdimiz 30 mart tarixində "Quba Express Təhsil Mərkəzində" verdiyi imtahandan Respublika üzrə 2-ci yerə qalib olmuşdur və qızıl sertifikat ilə təltif olunmuşdur.
Biz də Yusif və müəllimi Aygün Məmmədovanı təbrik edirik və Yusifin gələcək nailiyyətləri üzərində uğurla addımlamasını izləməyə davam edirik.
Xudu Məmmədovun dediyi kimi "Müəllim yalnız dərs deyən, sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs, adi tərbiyəçi deyil.O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır".

29/04/2022

Quba rayon Qrızdəhnə kənd məktəbi 2008-ci ildə tikilmişdir.
2006-cı ildə Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın Qubaya səfəri zamanı Qrızdəhnə kəndində yeni məktəb tikilməsi ilə əlaqədar qərar qəbul edir.Bu xəbər həm müəllimlərin, həm şagirdlərin, həm də kənd sakinlərinin sevincinə səbəb oldu.

Photos from Qrızdəhnə kənd ümumi orta məktəb's post 16/04/2022

Qrızdəhnə kənd ümumi orta məktəb.
Məktəb təxmini 1939-cu illərdə ibtidai sinif üzrə fəaliyyət göstərməyə başlamışdır.Qubanın ucqar kəndi olan Qrızdəhnə kəndində həmin illərdə məktəb şəraiti çətin idi.Buna baxmayaraq məktəbdə işləyən müəllimlər şagirdlərə sevə-sevə təlim, təhsil, tərbiyə bacarıqlarını aşılamağa çalışmışlar.Həmin müəllimlərdən biri Sabir müəllim olmuşdur.
1998-ci ildən Xəlil müəllim həmin məktəbdə ibtidai sinif üzrə dərs deməyə başlamışdır.Xəlil müəllimin şagirdlərə, kəndinə olan sevgisi onun hələ də bu məktəbdə dərs deməyinin, həmçinin həmin məktəbin direktor olmasının sübutudur.Xəlil müəllimin direktor olduqdan sonra məktəb üçün fəaliyyətləri əvəzolunmazdır.
2020-ci ildən Qrızdəhnə kəndi ümumi orta məktəb adı aldı.
Məktəb ibtidai və 5, 6-cı siniflər üzrə fəaliyyət göstərir.Məktəbdə ibtidai sinif müəllimi Xəlil müəllim, Aygün müəllim;
Azərbaycan dili və ədəbiyyat müəllimi Ətlaz müəllim, Türkan müəllim;
Riyaziyyat və informatika müəllimi Elvin müəllim;
Musiqi, fiziki tərbiyə və.s müəllimi Alim müəllim;
İngilis dili müəllimi Nurlanə müəllim;
Tarix müəllimi Şahin müəllimdir.

Want your school to be the top-listed School/college in Kuba?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Qrızdəhnə Kənd
Kuba
AZ4000