Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb

Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb, School, Gəncə kəndi, Kol-Yelendorf.

Photos from Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi's post 13/06/2026
Photos from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb's post 13/06/2026

Məktəbimizdə "Son Zəng" qeyd edildi
Bu gün məktəbimizdə XI sinif məzunları üçün "Son Zəng" tədbiri keçirildi. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak etdilər. Məktəbin direktoru məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı.
Şagirdlər şeirlər söylədilər, məzunlar məktəb illəri ilə bağlı xatirələrini bölüşərək müəllimlərinə minnətdarlıqlarını ifadə etdilər.
Sonda "Son Zəng" səsləndi və məzunlar məktəb həyatına vida etdilər. Bu əlamətdar gün hər kəs üçün unudulmaz xatirə olaraq yadda qaldı.

Photos from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb's post 10/06/2026

10.06.2026-cı il tarixində məktəbimizdə valideyn iclası keçirildi.
İclasda məktəb rəhbərliyi və valideynlər iştirak etdilər. Görüş zamanı 9-cu sinif şagirdlərinin tədris nəticələri təhlil edildi, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olundu. Valideynlərlə fikir mübadiləsi aparılaraq şagirdlərin uğurlarının artırılması istiqamətində tövsiyələr verildi.
Məktəb–ailə əməkdaşlığının gücləndirilməsi və şagirdlərin inkişafına birgə dəstək göstərilməsi əsas müzakirə mövzularından oldu.

Photos from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb's post 09/06/2026

“İnsan hüquqları ilə bağlı maarifləndirici görüş təşkil olundu və iştirakçılara bu sahədə ətraflı məlumat verildi.”

Photos from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb's post 05/06/2026

II yarımilin yekünlarına dair böyük summativ qiymətləndirmələrə start verildi.

Photos from Göygöl rayon X. Muradov adına Gəncə kənd tam orta məktəb's post 03/06/2026

WUF13-ün Azərbaycanda keçirilməsi ilə bağlı dəyirmi masa keçirildi
Məktəbimizdə şagirdlərin qlobal şəhərsalma, dayanıqlı inkişaf və müasir şəhərlərin gələcəyi barədə məlumatlandırılması məqsədilə WUF13 (Ümumdünya Şəhərsalma Forumu) ilə bağlı dəyirmi masa təşkil olundu. Tədbirdə iştirakçılar forumun əhəmiyyəti, Azərbaycanın ev sahibi kimi rolu və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi apardılar.
Şagirdlər mövzu ətrafında təqdimatlarla çıxış edərək öz baxışlarını bölüşdülər və şəhərlərin gələcəyinə dair maraqlı müzakirələr apardılar.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!

Want your school to be the top-listed School/college in Kol-Yelendorf?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gəncə Kəndi
Kol-Yelendorf