23/07/2026
⚡️Mərkəzi Aran regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.
Mingəçevir şəhəri üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1200 şagird bitirib, onların 1199 nəfəri buraxılış imtahanında iştirak edib. Şəhər məzunlarının 167 nəfəri 500-dən, o cümlədən 55 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi, Texniki-humanitar liseyi, 1 və 9 nömrəli şəhər tam orta məktəbləri daxil edilib.
Ağdaş rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 930 şagird bitirib, onların 928 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 40 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 40 məktəbin məzunları iştirak etsə də, rayon üzrə respublikanın ən yaxşı məktəbləri siyahısına məktəb daxil edilməyib.
Göyçay rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1129 şagird bitirib, onların 1127 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 76 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2, 3 və 7 nömrəli şəhər tam orta məktəbləri, eləcə də E.Seyidov adına Ulaşlı-Şıxlı kənd tam orta məktəbi qeyd olunub.
Kürdəmir rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1090 şagird bitirib, onların 1083 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 52 nəfəri 500-dən, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında 2 və 3 nömrəli şəhər tam orta məktəbləri yer alıb.
Ucar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 694 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 38 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 4 nömrəli şəhər tam orta məktəbi daxil olub. Rayonun ən yaxşı məktəbi kimi isə 2 nömrəli şəhər tam orta məktəbi göstərilib.