Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey

Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey

Share

Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb-lisey

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 10/05/2026

08.05.2026-ci il tarixdə Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb - liseydə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir təşkilatçı Nərmin Səlimova, psixoloqlar Aynur Kərimova və Nigar Məmmədova, UBTR Mələk Məmmədovanın və məktəbin bır sıra şagirdlərinin iştirakı ilə keçirilmişdir.
Tədbirin əsas məqsədi şagirdlərə ulu öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermək, gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək idi.
Sonda tədbir iştirakçıları belə tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynadığını vurğuladılar və xatirə şəkilləri çəkdirildi.

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 10/05/2026

08.05.2026-ci il tarixdə Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseydə “Ulu Öndər Heydər Əliyevin irsi yaşadılır” möbzusunda kitabxanaçı Günay Cəfərova, UBTR Mələk Məmmədovanın və məktəbin bır sıra şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi iştirakçılara Ulu Öndərin zəngin siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətləri və milli-mənəvi dəyərlərimizin qorunmasındakı rolunu çatdırmaq idi. Tədbir çərçivəsində ulu öndərə həsr olunmuş kitab sərgisi təşkil edildi.
Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, qəzet və jurnal materialları nümayiş etdirildi. İştirakçılar sərgi ilə yaxından tanış olaraq təqdim olunan materiallara böyük maraq göstərdilər.

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 29/04/2026

Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyin
8-ci sinif şagirdləri arasında Fizika fenni uzre Viktorina keçirildi.
----------------------------------------------------------
Viktorina məktəbin müəllimləri tərəfindən təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdlərin fizika fənninə marağının artırılması, onların məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi və elmi biliklərinin möhkəmləndirilməsi olmuşdur.
Yarış zamanı şagirdlər müxtəlif fizika mövzuları üzrə sualları cavablandırmış, yüksək fəallıq və bilik nümayiş etdirmişlər.
Yarışın qalibi 8A sinfi olmuşdur.

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 29/04/2026

"Fizika aylığı çərçivəsində açıq dərs keçirildi"
9 aprel 2026-cı il tarixində Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseydə fizika müəllimi Vəfa Səlimovanın 7L sinfində "Elektrik cərəyanı" mövzusunda açıq dərsi keçirildi.

Photos from Mərkəzi Aran Regional Təhsil İdarəsi's post 22/04/2026
Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 18/03/2026

10.03.2026 - cı il tarixində M.Ə.Rəsulzadə adına 2 nömrəli tam orta məktəb - liseydə Coğrafiya aylığı çərçivəsində coğrafiya müəllimi Ləman Kərimovanın “ Azərbaycanda temperatur və yağıntının miqdarı “ mövsuzunda açıq dərsi keçirildi

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 18/03/2026

📍 Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseydə
“Məişət zorakılığına qarşı maarifləndirmə” mövzusunda 8-ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirildi.
Görüş məktəbin psixoloqu Kərimova Aynur tərəfindən təşkil olunmuşdur. Tədbirin əsas məqsədi şagirdlərin məişət zorakılığı haqqında məlumatlandırılması, bu kimi halların psixoloji və sosial təsirləri barədə onların maarifləndirilməsi, həmçinin sağlam və təhlükəsiz münasibətlərin formalaşdırılmasına dəstək vermək olmuşdur.
Görüş zamanı şagirdlərə məişət zorakılığının növləri, yaranma səbəbləri və qarşısının alınması yolları haqqında ətraflı məlumat verilmiş, real həyat nümunələri əsasında mövzu izah olunmuşdur. Şagirdlərlə interaktiv müzakirələr aparılmış, onların fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.
Eyni zamanda şagirdlərə bildirildi ki, belə hallarla qarşılaşdıqları zaman düzgün davranış qaydalarını bilmələri, etibarlı böyüklərə və müvafiq qurumlara müraciət etmələrinin vacibliyi xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin maariflənmə səviyyəsinin artırıldığı və onların mövzuya həssas yanaşmasının formalaşdığı müşahidə olundu. 📚

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 18/03/2026

M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseydə
Coğrafiya aylığı çərçivəsində coğrafiya müəlliminin təşkilatçılığı ilə 8-ci siniflər arasında viktorina keçirildi. 🌍
Viktorinada şagirdlər coğrafiya fənni üzrə biliklərini nümayiş etdirmiş, müxtəlif mövzular üzrə sualları cavablandıraraq fəal iştirak etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün genişləndirilməsi, fənnə marağın artırılması və sağlam rəqabət mühitinin formalaşdırılması olmuşdur. 📚

Photos from Kürdəmir şəhər 2 saylı tam orta məktəb-lisey's post 17/03/2026

Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseydə xalqımızın qədim adət-ənənələrindən biri olan Torpaq çərşənbəsi qeyd olunub.
Tədbirdə şagirdlərə Torpaq çərşənbəsinin mahiyyəti, onun təbiətlə bağlılığı, torpağa olan hörmət və bağlılığın xalqımızın dünya görüşündə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Torpaq çərşənbəsi həyatın yenilənməsini, torpağın oyanışını və bolluq-bərəkətin başlanğıcını simvolizə edir.
Tədbirdə təşkil olunan müxtəlif maarifləndirici və əyləncəli proqramlar şagirdlərin böyük marağına səbəb olub. Onlar milli geyimlərlə oyunlarda iştirak edib, səhnəciklər nümayiş etdirib, şeirlər səsləndirib və adət-ənənələrimizi əks etdirən təqdimatlarla çıxış ediblər.

Want your school to be the top-listed School/college in Kjurdamir?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


M. F. Axundov 25 A
Kjurdamir
3300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00