Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd tam orta məktəbi

Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd tam orta məktəbi

Share

Tam orta məktəb

23/06/2026

Azərbaycan və Türkmənistan arasındakı münasibətlər möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyun ayının 22-də ölkəmizdə səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla bərabər mətbuata bəyanatla çıxış etmişdir. Dövlətimizin başçısı əvvəlcə dəvəti qəbul edərək ölkəmizə səfərə gələn Türkmənistanlı həmkarını salamlayaraq Qarabağın bərpasında köməyə görə Türkmənistana və şəxsən Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürlərini bildirdi. Prezident qeyd etdi ki, O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi. Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.
Azərbaycan və Türkmənistan arasındakı münasibətlər möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər. Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq. Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq. Əlbətdə ki, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik. Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında qarşılıqlı münasibətlərin daha da yüksək səviyyədə inkişafı üçün mühüm sənədlər imzalanmış və ikitərəfli müzakirələr aparılmışdır.

23/06/2026

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ölkəmizin inkişafına, vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsinə, eləcə də elm və təhsil sahəsində həyata keçirilən islahatların uğurla davam etdirilməsinə töhfə verən dövlət qulluqçularını təbrik edir, onlara məsul və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

14/06/2026

15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndərə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC- “Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu xalqın təkidli istəyini nəzərə alıb 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş eyni zamanda tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin bu vəziyyətdən çıxacağına inamı artırdı. Bakıya qayıdan Heydər Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan yaranmış problem öz həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca dahi lider, digər təxirəsalınmaz tədbirlər həyata keçirdi. “... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” söyləyən , daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Bütün bunları görən, dəyərləndirən xalqımız ona etimad göstərdi və Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçildi. Ulu öndərin Azərbaycan Parlamentinin sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 iyunda bu tarixi hadisə yaşanmasa , nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Məhz Ulu Öndərin yenidən rəhbərliyə qayıtması sayəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, dövlət idarəçiliyindəki dərin böhran aradan qaldırıldı, ölkədə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoyuldu, iqtisadi və siyasi inkişaf üçün zəmin yaradıldı.
Tarixi əhəmiyətinə görə 15 iyun günü təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir.Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır. 1993-cü ilin ağrı-acılı günlərinə nəzər salıb ölkəmizin, xalqımızın yaşadıqlarını ürəkağrısı ilə qeyd etsək də zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu günü ilə qürur duyur, belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağımızla fəxr edirik.

Photos from Kürdəmir rayonu Siyavuş Dəmirov adına Karrar kənd tam orta məktəbi's post 13/06/2026

13.06.2026-cı il tarixində S.Dəmirov adına Karrar kənd tam orta ümumtəhsil məktəbində “Son Zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra məktəbin direktoru Xəyal Novruzov çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzuladı. Daha sonra söz tədbirdə iştirak edən qonaqlara verildi.Vaxtilə məktəbimizdə çalışmış müəllimlər iştirak edərək öz xatirələrini bölüşdülər, məzunlara dəyərli tövsiyələrini və xoş arzularını çatdırdılar.
Tədbir XI sinif şagirdlərinin hazırladıqları bir-birindən maraqlı rəqs və musiqi nömrələri ilə davam etdi. Məzunlarımızın sevinc və həyəcan dolu anları tədbirə xüsusi rəng qatdı.
Əziz məzunlar! Qarşıda sizi yeni üfüqlər, yeni hədəflər və yeni uğurlar gözləyir. Sizə sağlam, xoşbəxt və uğurlu həyat yolu arzulayırıq.

12/06/2026

Azərbaycanda ilk dəfə!

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

İyunun 20-də Bakı Kristal Zalında ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının (MRİO) açılış mərasimi baş tutacaq.

Azərbaycanın müxtəlif bölgələrindən məktəblilər bu olimpiadada bir araya gələcək və bir çox idman növləri üzrə mübarizə aparacaqlar.

🗓️ 21–26 iyun
🥇 12 idman növü
📍 59 bölgə
👥 2000+ iştirakçı

Bu layihə məktəblilər arasında idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə, fiziki hazırlığın yüksəldilməsinə və istedadlı gənclərin üzə çıxarılmasına xidmət edir.

Gələcəyin çempionları ilk Respublika İdman Olimpiadasında müəyyənləşəcək!

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23160-1

Photos from Mərkəzi Aran Regional Təhsil İdarəsi's post 12/06/2026
Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 12/06/2026
12/06/2026

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilir 📢

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.

Müsahibədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 10 iyun saat 18:00-dan – 16 iyun saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

🔗 Qeydiyyat linki:
https://forms.gle/zo8Ttbg2sCWga71z7

Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra müvafiq keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət ediləcək. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil edilir.

Qeyd edək ki, müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməlidir.

Diplom üzrə ixtisasının müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılır və hər hansı məlumat uyğun gəlmədiyi təqdirdə namizədlə müsahibə keçirilmir.

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

📄 Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:

https://docs.google.com/spreadsheets/d/1Da8kW1gDnwWYiGyPGOkmMoxnk_G1PoEs/edit?usp=sharing&ouid=104863531755438534354&rtpof=true&sd=true

Qeydiyyat üçün son tarix 16 iyun saat 18:00-dır.

-müəllim

Want your school to be the top-listed School/college in Kjurdamir?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kürdəmir Rayonu Karrar Kəndi
Kjurdamir
AZ3316

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00