13/03/2026
13.III.2026 ci il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində "Coğrafiya" fənn aylığı çərçivəsində məktəbin coğrafiya müəllimi Usubov Nazim tərəfindən VIIIa sinifində "İnkişaf etmiş ölkələr" mövzusunda açıq dərs keçirmişdir.
13/03/2026
13.03.2026- cı il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Usubov Dövlət tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı "Kollektiv mühafizə qurğularının istifadəyə hazır vəziyyətdə saxlanılması " mövzusunda söhbət aparmışdı
13/03/2026
13.03.2026- cı il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı "Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək şərait üzrə qiymətləndirmələrin aparılması və zərərin minimallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi" mövzusunda söhbət aparmışdı.
06/03/2026
Təhsilverənlərin etik davranış qaydaları müzakirə olundu.
-------
06.03.2026-cı il tarixində Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində məktəbin pedaqoji və texniki işçilərin iştirakı ilə "Təhsilverənlərin etik davranış qaydalarına" dair iclas keçrildi.
İclasda etik davranış qaydaları, peşə etikası, obyektivlik, qərəzsizlik, pedaqoji mədəniyyət, şagirdlər və valideynlərlə ünsiyyət etikası, həmkarlarararsı münasibətlər və təhsil işçisinə xas olan nümunəvi davranış prinsipləri müzakirə edilmiş və hər bir pedaqoji işçinin buna riayət edilməsi qeyd edilmişdir.
Təhsilverənlərin etik davranış qaydaları, müəllim nüfuzu, təhsilalanların hüquqlarının qorunması, xidməti məsuliyyət və intizam məsələri müzakirə edilmişdir. Müvafiq tövsiyələr verilmişdir. Pedaqoji və Texniki işçilərin birgə iclasından sonra Pedaqoji işçilərin iştirakı ilə iclas davam etdirildi, IV və VI siniflərin monitorinq qiymətləri müzakirə olundu.
05/03/2026
05.03.2026-cı il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində məktəbin coğrafiya müəllimi Usubov Nazim tərəfindən "coğrafiya fənn aylığı" çərçivəsində VII, VIII, IX siniflər arasında bilik yarışı keçirildi.
05/03/2026
İdman həftəsinin 4 cü günü.
Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində məktəbin fiziki tərbiyə müəllimi Kərimov Abuzər tərəfindən VII siniflər arasında qol güləşi keçirildi
2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsinin” keçirilməsinə start verilib.
Layihə çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə səhər gimnastikası keçirilib.
Məqsəd, təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişaf etdirilməsindən ibarətdir.
04/03/2026
Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi İsmayılova Lamiyə Azərbaycan dili-Ədəbiyyat ayılığı çərçivəsində keçirdiyi bilik yarışında qalib kamandanı diplomlarla qiymətləndirmişdi.
04/03/2026
İdman həftəsinin 3 cü günü.
6-cı sinif şagirdləri ilə "Sağlam qidalanma ilə maarifləndirici söhbət aparıldı.
5-ci sinif şagirdləri arasında "Ən sürətli qaçış yarışı"keçirildi.
2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsinin” keçirilməsinə start verilib.
Layihə çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə səhər gimnastikası keçirilib.
Məqsəd, təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişaf etdirilməsindən ibarətdir.
03/03/2026
İdman həftəsinin I günü - səhər gimnastikası,qaçış və onun faydaları
- - - -
2–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində “İdman həftəsinin” keçirilməsinə start verilib.
Layihə çərçivəsində təsdiq edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə səhər gimnastikası keçirilib.
Məqsəd, təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişaf etdirilməsindən ibarətdir.
27/02/2026
27.02.2026-cı il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində 1 Mart- Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi" mövzusunda məktəbin şagird , müəllim və texniki işçilərin iştirakı ilə tədbir keçirilmişdir.
26/02/2026
26.02.2026-cı il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində "Xocalı faciəsi"nin 34 cü il dönümünə həsr edilmiş anım tədbiri keçirildi. Tədbir Xocalı faciəsinə həsr edilmiş sərgi ilə başladı.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Sonra şagirdlərin hazırladıqları bədii kompazisiyalar nümaiş edildi.
26/02/2026
25.II.2026 ci il tarixdə Kürdəmir rayon Pirili kənd tam orta ümumtəhsil məktəbində "Azərbaycan dili-Ədəbiyyat" fənn aylığı çərçivəsində məktəbin Azərbaycan dili -Ədəbiyyat müəllimi İsmayılova Lamiyə tərəfindən VIII siniflər arasında bilik yarışı keçirmişdir.